Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Domeniko Çimaroza (17 dekabr 1749[…], Aversa – 11 yanvar 1801[…], Venesiya) — italyan bəstəkarı, buffa-operanın görkəmli nümayəndələrindən biri.

Domeniko Çimaroza

Vikipediya, azad ensiklopediya
Domeniko Çimaroza
it. Domenico Cimarosa
Doğum tarixi 17 dekabr 1749(1749-12-17)[…]
Doğum yeri
  • Aversa, İtaliya
Vəfat tarixi 11 yanvar 1801(1801-01-11)[…] (51 yaşında)
Vəfat yeri
Fəaliyyəti bəstəkar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Domeniko Çimaroza (17 dekabr 1749[…], Aversa11 yanvar 1801[…], Venesiya) — italyan bəstəkarı, buffa-operanın görkəmli nümayəndələrindən biri.

Həyatı

Qeyri-adi musiqi istedadı olan Çimaroza 1761-ci ildə "Santa-Mariya di Loreto" konservatoriyasına daxil olmuş və 1772-ci ildə oranı bitirmişdir. 1772-ci ildə Neapolda "Qrafın qəribəlikləri" adlı ilk buffa-operası tamaşaya qoyul muşdur. Çimaroza 1787-ci ildə Peterburqa dəvət olunmuş və 1791-ci ilə qədər saray kapel meysteri işləmişdir. Burada "Günəş qızı" (1788), "Kleopatra" (1789) operalarını yazmış və tamaşaya qoymuşdur.

Fəaliyyəti

1791– 92-ci illərdə Avstriya imperatorunun saray kapelmeysteri olmuş və burada dünya şöhrəti qazanmış, ən məşhur "Gizli nikah" (1792; bu əsər 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyası yanında Ş. Məm — mədova adına Opera studiyasında tamaşaya qoyulmuşdur) buffa-operasını yaratmışdır. 1793-cü ildə Çimaroza İtaliyaya qayıtmış, Neapolda saray kapelmeysteri vəzifəsini tutmuşdur. 1799-cu ildə Neapolda respublika elan olunmasını sevinclə qarşılamış, bu hadisə ilə bağlı "Patriotik himn"i (sözləri L. Rossinindir) yazmışdır. Çimaroza həmçinin "Olimpiada" (1784), "Horatsilər və Kuriatsilər" (1796) seria- operalarının, oratoriyaların, kantataların, orkestr və kamera-instrumental əsərlərin və s. müəllifidir.

Üst