Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd.

Düz Qırıqlı

  • Ana Səhifə
  • Düz Qırıqlı

Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd.

Düz Qırıqlı
40°56′22″ şm. e. 45°48′02″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 6.304 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6025
Xəritəni göstər/gizlə
Düz Qırıqlı xəritədə
Düz Qırıqlı
Düz Qırıqlı

Mündəricat

Toponimikası

Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır.

Tarixi

Tarixi abidələri

Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1803 Kurqanlar Orta tunc dövrü Düz-Qırıqlı kəndi və
Zəyamçay arasında
Arxeoloji Ölkə
1804 Kəblə Namaztəpə yaşayış yeri Eneolit Düz-Qırıqlı kəndindən
şərqdə
Arxeoloji Ölkə
5199 Məscid XIX əsr Düz Qırıqlı kəndi Memarlıq Yerli

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 5531 2738 2793
2009 ↗6304 ↗3268 ↗3036

Tanınmış şəxsləri

  • Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü.
  • Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi.
  • Həmid Həsənov — Azfen MMC-nin Baş Direktoru
  • Günay Həsənova — Tarix üzrə fəlsəfə doktoru, ədliyyə mayoru

İqtisadiyyatı

Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.

Kənddə ticarət obyektləri, dəyirman, çörək sexləri, mebel sexi fəaliyyət göstərir.

Mədəniyyəti

Kənddə Düz Qırıqlı kənd kitabxana filialı, Düz Qırıqlı kənd Mədəniyyət Evi, Düz Qırıqlı poçt şöbəsi (AZ6025) fəaliyyət göstərir.

Kənddə ATS, park vardır.

Təhsil

Kənddə N.Əmiraslanov adına Düz Qırıqlı kənd tam orta məktəbi və Düz Qırıqlı kənd 1№-li tam orta məktəbi, Düz Qırıqlı kənd Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Düz Qırıqlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.

Din

Kənddə 23 may 2011-ci ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100111 A1-536 olan Düz Qırıqlı kənd məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə

Kənddə Düz Qırıqlı kənd xəstəxanası yerləşir.

Həmçinin bax

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    İvrit dili

  • Mart 26, 2026

    İçərişəhər

  • Mart 26, 2026

    Cəlilabad rayonu

  • Aprel 05, 2026

    Müharibə sənəti

  • Mart 26, 2026

    Yarasa

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst