Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bir xalq, bir reyx, bir fürer (alm. Ein Volk, ein Reich, ein Führer‎) — nasional-sosialistlərin təbliğat sözü və prinsipi.

Ein Volk, ein Reich, ein Führer

  • Ana Səhifə
  • Ein Volk, ein Reich, ein Führer

Bir xalq, bir reyx, bir fürer (alm. Ein Volk, ein Reich, ein Führer‎) — nasional-sosialistlərin təbliğat sözü və prinsipi.

Ein Volk, ein Reich, ein Führer

Bu prinsip Üçüncü Reyxin xarici siyasətinin əsasını formalaşdırmışdır. Adolf Hitler 1933-cü ildə hakimiyyətə gəldikdən sonra bu məqsədə doğru addım irəliləmişdir və onu reallaşdırmağa başlamışdır. 1934-cü ildə Almaniya ilə Avstriyanın birləşdirilməsi üçün etdiyi ilk cəhd uğursuzluqla nəticələndi. Ancaq bundan sonra Versal sülh müqaviləsinə görə Fransaya verilmiş olan Saar əyaləti referendum yolu ilə yenidən Üçüncü Reyxə birləşdirildi. 1938-ci ildəki ikinci anşlüs cəhdi isə uğurla nəticələnmişdir və 1938-ci ilin mart ayında Avstriya Almaniyaya birləşdirilmişdir. Həmin ildə Hitler Çexoslovakiyanın Sudet vilayətinin Almaniyaya birləşdirilməsi üçün bu ölkəyə təzyiqlərə başladı. 1938-ci ilin sentyabr ayında baş tutmuş olan Münhen Konfransında əvvəlcə Sudet vilayəti, daha sonra isə bütün Çexoslovakiya Almaniyaya birləşdirilmişdir. Hitler “Tək Xalq, tək İmperatorluq, tək Lider” şüarını böyük miqyasda həyata keçirdikdən sonra xarici siyasətinin ikinci mərhələsi olan Lebensraum (həyat sahəsi) üçün fəaliyyətə başladı.

Lebensraum, dünyanın supergücü halına gətirmək istədiyi Almaniya üçün mərkəzi bölgə hakimiyyətinin şərt olduğunu fikirləşən Hitlerin müharibə səbəblərindən biri idi. Hitler, Alman xalqının Lebensrauma ehtiyac duyduğu inancına malik idi. Böyük Almaniya İmperiyası üçün xammallar Şərqdən alınmalı idi. Rus və digər Slavyan xalqlarının Almaniyaya məxsus olan koloniyalar halına gətirilməsi, onların qul halına salınması və ya ölkə sərhədlərindən çıxardılması, boşalmış bu bölgələrə Alman xalqının (Ari irqi) yerləşdirilməsi nasional-sosialist hökumətinin müəyyənləşdirdiyi siyasət idi.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Xızı

  • Mart 26, 2026

    Böyük Səlcuq İmperiyası

  • Aprel 09, 2026

    Qara İsgəndər

  • Mart 26, 2026

    Azərbaycan rəqsləri

  • Mart 26, 2026

    İsrail

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst