| Elbəy Rzaquliyev | |
|---|---|
| | |
| Doğum tarixi | 17 iyun 1926 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 15 sentyabr 2007 (81 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | rəssam |
| Təhsili |
|
| Mükafatları | |
Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17 iyun 1926, Bakı – 15 sentyabr 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1977), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986).
Həyatı
Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olmuşdur. Hələ məktəbdə oxuyarkən Bakı Pionerlər evinin rəssamlıq studiyasında məşğul olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olmuşdur.Burada rəssamlıq fakültəsində oxuyan gənc rəssam Q.Şeqal, Y.Pimenov, A.Dixtyar və M.Boqdanov kimi peşəkar rəssam-pedaqoqlardan dərs alıb.
Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlamışdır. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir: rəngkar və kino rəssamı.
Rəssamın kinostudiyada ilk işi kinorejissor Hüseyn Seyidzadə və Yan Fridin 1954-cü ildə quruluş verdikləri “Doğma xalqımıza” bədii-sənədli filmidir. O, bu film üzərində rəssamlardan C.Əzimov və A.Freydlə birgə işləyib. Bu filmin ardınca 1955-ci ildə dostu C.Əzimovla birgə “Bəxtiyar” və “Görüş” kinokomediyalarına bədii tərtibat verib.
1960-cı ildə Bakıda, 1960–1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur.
Yaratdığı əsərlərdən "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digərləri böyük maraqla qarşılanmışdır. "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s. kinofilmlərin rəssamı olmuşdur.
2007-ci il 15 sentyabrda 81 yaşında vəfat etmişdir.
Mükafatları
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 5 dekabr 1977
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 29 iyun 1964
- Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1986 ("Azərbaycan Böyük Vətən müharibəsində" mövzusunda silsilə rəsmləri üçün)
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
- "Şöhrət" ordeni — 19 iyun 1998
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
Filmoqrafiya


- Araqarışdıran (film, 1987)
- Arşın mal alan (film, 1965)
- Arxadan vurulan zərbə (film, 1977)
- Arzularını çəkən rəssam (film, 2007)
- Bakıda küləklər əsir (film, 1974)
- Baladadaşın İlk Məhəbbəti (1974)
- Bəxtiyar (film, 1955)
- Bəyin oğurlanması (film, 1985)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Dənizə çıxmaq qorxuludur (film, 1973)
- Dərviş Parisi partladır (film, 1976)
- Doğma xalqıma (film, 1954)
- Əsl dost (film, 1959)
- Əzablı yollar (film, 1982)
- Fitnə (film, 1970)
- Görüş (film, 1955)
- Gün keçdi (film, 1971)
- İstintaq davam edir (film, 1966)
- Qara daşlar (film, 1956)
- Qəm pəncərəsi (film, 1986)
- Qəzəlxan (film, 1991)
- Möcüzələr adası (film, 1963)
- Musiqi müəllimi (film, 1983)
- Ögey ana (film, 1958)
- Onun bəlalı sevgisi (film, 1980)
- Onun böyük ürəyi (film, 1958)
- Sahilsiz gecə (film, 1989)
- Səadət və əmək mahnıları (film, 1957)
- Səhər (film, 1960)
- Sevil (film, 1970)
- Şeytan göz qabağında (film, 1987)
- Skripkanın sərgüzəşti (film, 1972)
- Sözsüz mahnı (film, 1972)
- Telefonçu qız (film, 1962)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Tütək səsi (film, 1975)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Vulkana doğru (film, 1977)
- Xüsusi vəziyyət (film, 1986)
- Yarımçıq qalmış mahnı (film, 1979)
- Yeddi gözəl (film, 1982)
Xatirəsi
2007-ci ildə Mübariz Nağıyev tərəfindən Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edən “Arzularını çəkən rəssam” adlı qısametrajlı sənədli film çəkilmişdir.
- 17 iyunda doğulanlar
- 1926-cı ildə doğulanlar
- Bakıda doğulanlar
- 15 sentyabrda vəfat edənlər
- 2007-ci ildə vəfat edənlər
- 81 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları
- Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunları
- Azərbaycan SSR xalq rəssamları
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə rəssamlar
- Elbəy Rzaquliyev
- Azərbaycan rəssamları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- XX əsr Azərbaycan rəssamları
- XXI əsr Azərbaycan rəssamları
- SSRİ film rəssamları