Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Eldar Rüstəmov 13 iyul 1946-cı ildə anadan olub. Skripka və piano üçün Sonata (1990), "Sən gedəndən" romansı (1991), solist, xor və simfonik orkestr üçün "Heyra

Eldar Rüstəmov

Vikipediya, azad ensiklopediya
Eldar Rüstəmov
Eldar Səid oğlu Rüstəmov
Ümumi məlumatlar
Doğum adı Eldar Səid oğlu Rüstəmov
Doğum tarixi (79 yaş)
Vəfat tarixi 23 aprel 2010(2010-04-23) (63 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Səid Rüstəmov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar

Eldar Səid oğlu Rüstəmov — Azərbaycan bəstəkarı.[mənbə göstərilməlidir]

Həyatı

Eldar Rüstəmov 13 iyul 1946-cı ildə anadan olub. Skripka və piano üçün Sonata (1990), "Sən gedəndən" romansı (1991), solist, xor və simfonik orkestr üçün "Heyranam, Vətən" Odası (1992), Solo skripka üçün Sonata (1994), 2 akapella xoru – "Səadət nəğməsi", "Bahar" (1996), "Düşdü yada" romansı (1998), kiçik tərkibli simfonik orkestr üçün "Meşə nağılı" Süitası (1999), "Bir də baxsan mənə" akapella xoru (2001), Xor və simfonik orkestr üçün işləmələr (1990–2001), "Подземная история" (1993), "Haqqın səsi" (1994) sənədli filmlərinə musiqi və başqa bəstələrinin müəllifidir.

Filmoqrafiya

  1. Bəxt üzüyü (film, 1991)
  2. Qoca palıdın nağılı (film, 1984)
  3. Mən Xəzəri görürəm (film, 1980)
  4. Özünü onun yerinə qoy (film, 1983)
  5. Təqib (film, 1984)
  6. Yay gününün xəzan yarpaqları (film, 1986)
  7. Yeraltı əhvalat (film, 1975)
Üst