| Eldar Tağızadə | |
|---|---|
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 sentyabr 1963 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 3 iyun 1992 (28 yaşında) |
| Vəfat yeri |
|
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Qoşun növü | |
| Rütbəsi | Kapitan |
| Vəzifəsi | Əməliyyat müvəkklili |
| Döyüşlər |
|
| Təltifləri | |
Eldar Abdulla oğlu Tağızadə (6 sentyabr 1963, Bakı – 3 iyun 1992, Dağlıq Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Eldar Tağızadə 1963-cü il 6 sentyabr Bakı şəhərində anadan olmuşdur. 1970–1980-ci illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyi (Azərbaycan)ndə əməliyyat müvəkklili vəzifəsində çalışırdı.
Döyüşlərdə iştirakı
Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Eldarın sayəsində neçə–neçə insan girovluqdan azad edilmişdi. 1991-ci ildə ona kapitan rütbəsi də verilmişdi. Onu DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edirlər. 3 iyun 1992-ci il Tağızadə yenidən Qarabağa göndərildi.
Döyüş zamanı "Şaka" ləqəbli təhlükəli qatili zərərsizləşdirmək lazım idi. O, polis işçilərinə atəş açaraq gizlənmişdi, Eldar onun gizləndiyi binaya daxil olur, polis kapitanının silahsız olduğunu görən namərd Şaka qəfil olaraq Eldarın sinəsinə atəş açır cəsur polis qəhrəmancasına həlak oldu.
Ailəsi
Ailəli idi, iki övladı qalıb. Anası Zemfira Tağızadə Vera Şiryenin bacısı qızıdır. Bakı Dövlət Universitetinin dosenti vəzifəsində çalışmış, "Şəhid övladları və şəhid anaları" xeyriyyə mərkəzinə rəhbərlik etmişdir.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı fərmanı ilə Tağızadə Eldar Abdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Təhsil aldığı 164 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır.
Həmçinin bax
- Birinci Qarabağ müharibəsi
- Erməni terrorizmi
- Azərbaycanlıların Soyqırımı Günü
- 6 sentyabrda doğulanlar
- 1963-cü ildə doğulanlar
- Bakıda doğulanlar
- 3 iyunda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 28 yaşında vəfat edənlər
- Dağlıq Qarabağda vəfat edənlər
- Bakı şəhəri 6 nömrəli tam orta məktəbin məzunları
- Azərbaycan Silahlı Qüvvələrinin kapitanları
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Bioqrafik qaralamalar
- Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları