Elgiz Əkbər (22 yanvar 1974, Yaroslavl vilayəti) — Azərbaycan jurnalisti, televiziya aparıcısı.
| Elgiz Əkbər | |
|---|---|
| |
| Doğum tarixi | 22 yanvar 1974 (52 yaş) |
| Doğum yeri |
|
Həyatı
Elgiz Əkbər (Mustafayev Əkbər Yaşar oğlu) 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınmışdır. Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləmişdir. 2007-ci ildə ANS TV-də “Bağlama” verilişinin aparıcısı kimi fəaliyyətə başlamışdır. “Bağlama”‚ “Elgizin Cümə Axşamları”‚ “Elgizli Axşamlar”‚ “Toy Olsun”, “Sən Tək Deyilsən Xoşqədəm Hidayətqızı ilə birlikdə”, “Adam içində”, “Günəbaxan”, hazırda isə ARB TV-də “Elgizlə İzlə” verlişinin aparıcısıdır.
Elgiz Əkbər 9 may 2015-ci ildə ailə həyatı qurub və Lalə adında 1 qız övladı var.
2026-cı il 25 fevral tarixində Elgiz Əkbərin aparıcı olduğu, 7 mövsüm davam edən “Elgizlə izlə” verilişinin yayımı dayandırılıb.
