Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən, elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşə

Elmi fantastika

  • Ana Səhifə
  • Elmi fantastika

Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən, elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.[mənbə göstərilməlidir]

Mündəricat

Elmi fantastikanın farixi və inkişafı

  • Qədim dövrlər – yunan mifologiyasında Ay və ulduzlara səyahət mövzuları.
  • XVII-XVIII əsrlər – İohann Kepler və Sirano de Berjerak kimi yazıçılar fərziyyələrə əsaslanan elmi hekayələr yazırdılar.
  • XIX əsr – Jül Vern və Herbert Vells kimi yazıçılar elmi fantastikanın əsasını qoydular.[mənbə göstərilməlidir]
  • XX əsr – İsaak Asimov, Rey Bredberi və Artur Klark janrı daha da inkişaf etdirdi və elmi fantastikanı kütləvi populyar etdi.[mənbə göstərilməlidir]

Elmi fantastikanın əsas xüsusiyyətləri

  • Elmi əsaslandırma – hekayələr mövcud və ya gələcək elmi prinsiplərə əsaslanır.
  • Texnoloji inkişafa dair görüş – süni intellekt, kosmos səyahəti və robot texnologiyaları kimi mövzular işlənilir.
  • Bəşəriyyətin gələcəyi haqqında fərziyyələr – cəmiyyətin inkişafı, sosial dəyişikliklər və etik problemlər.
  • Fantastik, lakin məntiqli dünya – utopiya və ya distopiya ssenariləri.
Elmi dantastikanın əsas altjanrları
Altjanr Xüsusiyyətləri
Klassik elmi fantastika Elmi əsaslı gələcək ssenarilər təsvir edilir; məsələn, Jül Vernin əsərləri.
Kosmik opera Uzaq gələcəkdə və kosmosda keçən epik hekayələr; məsələn, "Ulduz müharibələri".
Kiberpank Süni intellekt və texnologiyanın insan həyatına təsiri; məsələn, "Matris".
Distopiya Gələcəkdə avtoritar rejimlər və sosial problemlər; məsələn, "1984" (Corc Orvell), "Cəsur yeni dünya" (Oldos Haksli).
Alternativ tarix Tarix fərqli axarda davam edərsə, nə baş verə bilər; məsələn, "Adam hündür qalada"

Elmi fantastikanın kino və televiziyada rolu

  • "Ulduz müharibələri" – kosmik opera janrının ən populyar nümunəsi.
  • "Matris" – süni intellekt və virtual reallıq mövzusunda kiberpank əsəri.
  • "Qara güzgü" – gələcəyin texnologiyalarının insan həyatına təsirini göstərən serial.
  • "Ulduz yolu" – kosmik səyahət və elmi fantastikanın birləşdiyi mədəni fenomen.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Midiya dövləti

  • Mart 26, 2026

    Dərman bitkiləri

  • Mart 26, 2026

    Azərbaycan xanlıqları

  • Mart 28, 2026

    Kimyəvi rabitə

  • Mart 28, 2026

    Azərbaycan teatrlarının siyahısı

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst