Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elnur Şəmistan oğlu Bağırov (1973, Bakı) — Azərbaycan iqtisadçısı və marketinq mütəxəssisi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehla

Elnur Bağırov

  • Ana Səhifə
  • Elnur Bağırov

Elnur Şəmistan oğlu Bağırov (1973, Bakı) — Azərbaycan iqtisadçısı və marketinq mütəxəssisi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri (2025-ci ildən).

Elnur Bağırov
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
Vəzifədədir
12 fevral 2025-ci ildən
ƏvvəlkiMəmməd Abbasbəyli (xidmət rəisi kimi)
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini
16 dekabr 2022 – 12 fevral 2025
RəisMəmməd Abbasbəyli
Şəxsi məlumatlar
Doğum tarixi 1973(1973) (52–53 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan İnşaat Mühəndisləri Universiteti (1991–1996)

Həyatı

Elnur Şəmistan oğlu Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991–1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil almışdır.

Əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətində başlamış, 2000-ci ilədək burada maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə, 2001–2002-ci illərdə isə "Coca-Cola" şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində işləmişdir. 2003–2021-ci illərdə "Imperial Tobacco" şirkətinin Azərbaycandakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərmişdir. 2021-ci ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 27 avqust 2024-cü ildə bu qurum əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılmış və 12 fevral 2025-ci ildə Elnur Bağırov həmin agentliyinin sədri təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Ramiz Quliyev

  • Aprel 03, 2026

    Standart azərbaycanca

  • Mart 26, 2026

    Azərbaycanın sərhədləri

  • Mart 26, 2026

    Şirvanşahlar dövləti

  • Aprel 08, 2026

    Bərbər dilləri

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst