Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Orta təhsilini Bakının Səbail rayonu 7 nömrəli məktəbində bitirmişdir. 1997-ci ildə uşaq futbol komandası "Neftqaz" Bakıya qəbul olunub. Peşəkar futboluna 15 ya

Elvin Əliyev

Vikipediya, azad ensiklopediya
Elvin Əliyev
Ümumi məlumatlar
Ləqəbi Kələş
Doğum tarixi (42 yaş)
Doğum yeri Sabirabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Azərbaycan
Boyu 178
Çəkisi 67 kq
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Bakı FK
Karyerası
Klub karyerası
2001  Neftçi 0 (0)
2004–2005  MO
2005–2006  Neftçi 7 (0)
2006–2007  Şüvəlan 20 (0)
2007  Mil-Muğan
2007–2008  Şüvəlan 23 (0)
2010–2011 →  Şüvəlan 27 (0)
2008–2015  Bakı 67 (0)
2015–h. h.  Rəvan
Milli yığma
2007–2008  Azərbaycan 5 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Elvin Füzuli oğlu Əliyev- 21 avqust 1984-cü ildə Sabirabad şəhərində anadan olmuşdur.

Bədən tərbiyəsi Akademiyasını bitirmişdir.

Orta təhsilini Bakının Səbail rayonu 7 nömrəli məktəbində bitirmişdir. 1997-ci ildə uşaq futbol komandası "Neftqaz" Bakıya qəbul olunub. Peşəkar futboluna 15 yaşından başlamışdır. Azərbaycan Futbol Çempionatı 1-ci Liqa — "Neftqaz" komandası, sonra Bakı klublarında (Neftçi PFK, "Karat","MOİK Bakı FK", "Olimpiya") çıxış edib. Hal-hazırda Bakı klubunda çıxış edir.

Milli Yığma

2007-ci ilin iyun ayında o, Azərbaycan Milli Futbol Komandasına dəvət olundu. Polşa Futbol Komandası və Avropa Futbol Çempionatının seçmə oyunları çərçivəsində milli komandanın üzvü olaraq debüt etdi. Onun tərkibində 4 oyun keçirib. O, həmçinin olimpiyada (21 yaşadək) və gənc kimi(19 yaşadək) Azərbaycan komandalarında çıxış edib.

Ailə

  • Ailədən 8 nəfərdən ibarətdir: ata, ana, 3 qardaş və 3 bacısı. Elvin uşaqların ən böyüyüdür.
  • Ata — Füzuli Əliyev, Bakıdakı futbol stadionlarından birinin direktorudur.
  • Ortancıl qardaşı — Elgün Əliyev "Neftçi" uşaq futbol komandasını təmsil edir.
Üst