| Elvin Adıgözəl | |
|---|---|
| | |
| Doğum tarixi | 18 noyabr 1989 (36 yaş) |
| Doğum yeri |
|
| Fəaliyyəti | kinorejissor |
| Təhsili |
|
| IMDb | ID5855967 |
Elvin Adıgözəl (18 noyabr 1989) — kinorejissor.
Həyatı
Elvin Adıgözəl 18 noyabr 1989-cu ildə Azərbaycanın Goranboy rayonunda dünyaya gəlib. Uşaqlığından başlayan kino sevgisi onu 2005-ci ildə paytaxt Bakıya gətirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aldığı təhsillə kifayətlənməyərək Bakı Kamera Teatrı nəzdində aktyorluq kurslarına da yazılır. Bir çox teatr sənətçilərindən dərs alır. 2008-ci ildə işdən kənar pul qazanmaq üçün çalışdığı televiziya kanalının avadanlığı hesabına ilk qısa filmlərini çəkməyə başlayır.
Elvin Adıgözəl 2009-cu ildə çəkdiyi “Dönüş” filmi onu dünya kinosunda azad produsserliklə məşğul olan məşhur Qiyom De Siel (Guillaume De Seille) ilə tanış etdi. Bu tanışlıq filmin çəklişindən 2 il sonra 2011-ci ildə baş verdi.
Elvin Adıgözəl 2010-cu ildə çəkdiyi “Dumanda” adlı qısa filmi “START” kinofestivalının juri mükafatına layiq görülür. Sonra “Buqələmun” adlı film çəkir. “Buqələmun” filmi 2013-cü ildə Azərbaycan kino sənəti tarixində ilk dəfə LOCARNO beynəlxalq film festivalının yarışma siyahısına daxil olur. Həmin film 10-na yaxın nüfuzlu festivallarda nümayiş olunub..
- 18 noyabrda doğulanlar
- 1989-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Goranboyda doğulanlar
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan rejissorları
- Rusiya kinorejissorları
- Rusiya ssenaristləri
- Azərbaycan ssenaristləri
- Azərbaycan kinorejissorları