| Doğum | 29 iyul 1991 (35 yaş)
| ||
|---|---|---|---|
| Yerli səviyyədə | |||
| İllər | Liqa | Rolu | |
| 2019– | Azərbaycan Premyer Liqası | hakim | |
| Beynəlxalq səviyyədə | |||
| İllər | Liqa | Rolu | |
| 2021– | FİFA kateqoriyası | hakim | |
Elçin Məsiyev — (29 iyul 1991, Bakı) — Azərbaycan futbol hakimi. FİFA referisi.
Karyerası
29 iyun 1991-ci ildə Bakı şəhərində anadan olub.
2017-ci ildən hakimlik fəaliyyətinə başlayıb. 2019-cu ildən Azərbaycan Premyer Liqası oyunlarına referi kimi təyinat alır. 2021-ci ildən FİFA referisidir.
2021-22 mövsümündə Azərbaycan Kubokunun final oyununu idarə edib.
2025-ci ildə "Pari Sen-Jermen" və "Tottenhem Hotspur" komandaları arasında oynanılan UEFA Superkuboku qarşılaşmasında dördüncü hakim kimi fəaliyyət göstərib. Məsiyev, bu təyinatla UEFA Superkuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi tarixə düşüb. Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif edilib.
Şəxsi həyatı
Ali təhsillidir. 2013-2018-ci illərdə Azərbaycan İdman Akademiyasında qiyabi təhsil alıb.
- 29 iyulda doğulanlar
- 1991-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Əlifba sırasına görə futbol hakimləri
- Azərbaycan futbol hakimləri
- Azərbaycan İdman Akademiyasının məzunları