Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputa

Elşad Həsənov

Vikipediya, azad ensiklopediya
Elşad Həsənov
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
12 noyabr 2019-cu ildən
ƏvvəlkiƏziz Əzizov
Azərbaycan Respublikasının Milli Məclisi V çağırış deputatı
2015 – 12 noyabr 2019
Seçki dairəsi2015 — 17 saylı Yasamal üçüncü
ƏvvəlkiÜlvi Quliyev
SonrakıElnur Allahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 sentyabr 1976(1976-09-27) (50 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR
Təhsili
  • Bakı şəhəri 23 nömrəli tam orta məktəb[d],
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (1992–1997)
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019).

Həyatı

27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib.

1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb.

İngilis və rus dillərini bilir.

Ailəsi

Ailəlidir, iki övladı var.

Fəaliyyəti

Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Üst