Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Elşad Saday oğlu Əhədov (4 mart 1968, Təzə Alvadı, Masallı rayonu – 11 dekabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Elşad Əhədov

Vikipediya, azad ensiklopediya
Elşad Əhədov
Elşad Saday oğlu Əhədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Təzə Alvadı, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Ağdaş yüksəkliyi
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri Təzə Alvadı, Masallı rayonu, Azərbaycan
Təhsili
  • Cəmşid Naxçıvanski adına hərbi lisey
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
"Azərbaycan Bayrağı" ordeni

Elşad Saday oğlu Əhədov (4 mart 1968, Təzə Alvadı, Masallı rayonu11 dekabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur. 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir.

Döyüşlərdə iştirakı

Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə o, mərdliklə həlak olur.

Ailəsi

Ailəli idi.İki uşağı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Təzə Alvadı kəndində dəfn edilmişdir.

Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 66.
Üst