Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Erlangen-Nürnberq Universiteti və ya Fridrix-Aleksandr adına Erlangen-Nürnberq Universiteti (alm. Friedrich-Alexander-Universität Erlangen-Nürnberg‎, qısaltması

Erlangen–Nürnberq Universiteti

49°36′02″ şm. e. 11°00′17″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Erlangen–Nürnberq Universiteti
FAU
Friedrich-Alexander-Universität Erlangen-Nürnberg
Loqonun şəkli
Əsası qoyulub 1961
Tələbə sayı 39.658
Ölkə
  •  Almaniya Federativ Respublikası
Sayt fau.eu
fau.de
49°36′02″ şm. e. 11°00′17″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erlangen-Nürnberq Universiteti və ya Fridrix-Aleksandr adına Erlangen-Nürnberq Universiteti (alm. Friedrich-Alexander-Universität Erlangen-Nürnberg, qısaltması: FAU) — təxminən 40.000 tələbəsi, 5 fakültəsi və 300-dən çox tədris proqramı ilə Almaniyanın ən böyük 15 universitetindən biridir. Münhen Lüdviq-Maksimilian Universiteti və Münhen Texniki Universitetindən sonra Bavariyanın üçüncü ən böyük ali təhsil müəssisəsidir. Universitet 1743-cü ildə Erlangen şəhərində yaradılmışdır və 1961-ci ildən bəri Nürnberq şəhərində də fəaliyyət göstərir.

Ümumi məlumat

Erlangen Sarayı: Hal-hazırda universitet administrasiyasının bir hissəsi burada yerləşir.

Universitet öz adını onu quran Frankoniya bəyi Fridrix fon Brandenburq-Bayreyt və ona əhəmiyyətli dərəcədə dəstək verən Karl Aleksandr fon Brandenburq-Ansbaxın şərəfinə almışdır.

Universitetdə 308 müxtəlif tədqiqat və tədris fəaliyyəti göstərən kafedra mövcuddur. Tələbələrin təxminən üçdə ikisi Erlangen, üçdə biri isə Nürnberq şəhərlərində təhsil alır. 2019/2020-ci il qış semestri məlumatlarına görə, 38.494 tələbənin 19.451-i qadın, 5.220-si isə xarici tələbələrdir.

Almaniya hökumətinin dünya miqyasında rəqabətədavamlı elmi-tədqiqat fəaliyyətlərini dəstəkləmək üçün 2006-cı ildən bəri həyata keçirdiyi "Ekselent təşəbbüsü" (alm. Exzellenzinitiative) çərçivəsində universitet nəznində iki əsas mərkəz maliyyələşdirilir: Telekommunikasiya mühəndisliyi və materialşünaslıq sahəsində fəaliyyət göstərən "Erlangen Qabaqcıl Optik Texnologiyalar Aspirantura Məktəbi" (ing. Erlangen Graduate School in Advanced Optical Technologies, qısaltması: SAOT) və "Qabaqcıl Materiallar və Proseslərin Mühəndisliyi" (ing. Engineering of Advanced Materials and Processes, qısaltması: EAM) klasteri.

Beynəlxalq reytinqlər

FAU Materialşünaslıq, Kimya, Kimya mühəndisliyi, Maşınqayırma, Telekommunikasiya və Elektrik-Elektronika mühəndisliyi başda olmaqla bir çox beynəlxalq reytinqlərdə dünyanın ən yaxşı 200 universiteti sırasına daxil olmuşdur. Universitetin ən mühüm nailiyyətlərindən biri "Reuters" tərəfindən müəyyən edilən dünyanın ən innovativ universitetləri siyahısında Almaniya universitetləri arasında 1-ci, dünya miqyasında isə 14-cü yeri tutmasıdır.

  • Times Higher Education 2020: 183-cü yer
  • QS World University Rankings 2020: 319-cu yer
  • Reuters Top 100 World's Most Innovative Universities 2019: Dünyada 14-cü yer, Avropada 2-ci yer, Almaniyada 1-ci yer.
  • U.S. News & World Report Best Global Universities 2019: 240-cı yer

Fakültələr

2007-ci ildən bəri universitet aşağıdakı beş fakültəyə bölünmüşdür:

  • Tibb fakültəsi
  • Təbiət elmləri fakültəsi
  • Fəlsəfə və İlahiyyat fakültəsi
  • Hüquq və İqtisadiyyat fakültəsi
  • Texniki fakültə

Həmçinin bax

  • Almaniya universitetlərinin siyahısı
  • Hüququn tarixi məktəbi
Üst