| Erməni Rita | |
|---|---|
Bizans imperatriçası | |
| 21 may 1294 – 12 oktyabr 1320 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 11 yanvar 1278 |
| Vəfat tarixi | iyul 1333 (55 yaşında) |
| Atası | II Levon |
| Anası | Keran |
| Həyat yoldaşı |
|
| Uşaqları |
|
| Ailəsi | Hetumilər |
Erməni Rita (erm. Ռիտա Հայաստանի; 11 yanvar 1278 – iyul 1333) — Erməni-Kilikiya çarı II Levonun qızı, Bizans imperatriçası. Evləndikdən sonra adı Mariya Dukan Paleoloq (yun. Μαρία Δούκαινα Παλαιολογίνα) olaraq dəyişdirildi.
16 yanvar 1294-cü ildə Ayasofiyada keçirilən mərasimlə Bizans imperatoru II Andronikin varisi Mixaillə evləndirildi. 21 may 1294-cü ildə baş tutan tacqoyma mərasimində ortaq imperator elan edilən ərinin yanında imperatriça elan edildi. Ancaq o əsnada ortaq imperator olan qaynatası II Andronikin xanımı İrina həyatda idi və bu səbəblə, Montferratlı İrinanın öldüyü 1317-ci ilədək kiçik imperatriça olaraq anımağa başlandı. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.
- III Andronik (1297-1341), Bizans imperatoru
- Manuel Paleoloq – qardaşı III Andronikin əmriylə 1320-ci ildə öldürüldü.
- Anna Paleoloq (ö. 1320) – İlk evliliyi 1307-ci ildə Epir çarı I Tomas Komnini ilə, ikinci evliliyi isə 1318-ci ildə Epir çarı Nikolay Orsini ilə baş tutdu.
- Teodora Paleoloq (ö. 1330'dan sonra) – İlk evliliyi 1308-ci ildə Bulqar çarı Fyodor Svetoslavla, ikinci evliliyi isə 1324-cü ildə digər Bulqar çarı III Mixaillə baş tutdu.
Övladları Anna və Manuelin, ardından isə əri IX Mixailin vəfatından sonra monastıra çəkilən Rita Xene adını alaraq qalan həyatını rahibə olaraq yaşadı və 1333-cü ilin iyulunda vəfat etdi.
- 11 yanvarda doğulanlar
- 1278-ci ildə doğulanlar
- 1333-cü ildə vəfat edənlər
- 55 yaşında vəfat edənlər
- Hetumilər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ermənistan tarixi