| Erməni soyqırımı | |
|---|---|
| Əsas münaqişə: Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsi | |
![]() Osmanlı əsgərlərinin müşayəti ilə Harputdan (Xarpert) yaxınlıqdakı Məzirə həbsxanasına (müasir Elazığ) aparılan erməni mənşəli mülki əhali. Aprel, 1915-ci il | |
| Ümumi məlumatlar | |
| Yeri | Osmanlı imperiyası |
| Hücumun hədəfi | ermənilər |
| Tarix |
|
| Hücum metodu | Deportasiya, Soyqırım, Qətliam |
| Ölü sayı | 1.5 milyon (mübahisəli) |
| Törədən(lər) | Osmanlı imperiyası İttihad və Tərəqqi cəmiyyəti |
Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli barədə iddialar. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin Konstantinopol (indiki İstanbul) və Anqorda (indiki Ankara) yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir. İddialara görə, Birinci Dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir.
Etnik erməni əhalisinin sistematik şəkildə və bilərəkdən məhv edilməsindən təsirlənən Rafael Lemkin, bu hadisələri ifadə etmək üçün 1943-cü ildə soyqırım ifadəsi (ing. genocide) və anlayışını ixtira etmişdir. Erməni soyqırımı ən erkən müasir soyqırımlardan biri kimi qəbul edilmişdir. O, Holokostdan sonra ikinci ən çox öyrənilmiş və tədqiq edilmiş soyqırımı iddiasıdır.
Türkiyə hökuməti baş vermiş hadisələri ifadə etmək üçün "soyqırım" ifadəsini düzgün hesab etmir, lakin, son illərdə ölkə daxilində hadisələri bu adla qəbul etməyə daha çox çağırışlar səslənməkdədir. 2019-cu ildə Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya və Rusiya da daxil olmaqla ümumilikdə 30 ölkə və Amerika Birləşmiş Ştatlarının bütün 50 ştatı iddiaları dövlət və parlament səviyyəsində soyqırım hadisəsi olaraq qəbul etmişdir.
Terminologiya
Erməni soyqırımı hadisəsi "soyqırım" terminin kəşf olunmasından əvvəl baş vermişdir. Bu hadisəni xarakterizə etmək üçün müasir ingilisdilli hesabatlarda "kütləvi qırğın", "vəhşilik", "annihilyasiya", "holokost", "millətin qətli", "irqin məhv edilməsi" və "insanlığa qarşı cinayət" ifadələrindən istifadə olunur. Erməni soyqırımı hadisələrindən təsirlənən Rafael Lemkin "soyqırım" terminini 1943-cü ildə kəşf etmişdir; sonradan o fikirlərini izah edərək deyirdi "bu o qədər çox baş verib…Ermənilərin başına gəlib, bundan sonra isə Hitler hərəkətə keçib."
Soyqırımından sonra sağ qalmış ermənilər, bu hadisələri ifadə etmək üçün erməni dilində müxtəlif terminlərdən istifadə edirdilər. Xaçik Muradyan yazır ki, "Yeğern" (Cinayət/Faciə) və ya onun "Medz Yeğern" (Böyük Cinayət) və "Abrillian Yeğern" (Aprel Cinayəti) variantları daha çox istifadə edilirdi. Qriqor Bələdiyan qeyd edir ki, erməni ədəbiyyatında bu hadisələri ifadə etmək üçün, adətən "faciə" kimi tərcümə edilən "ağed" sözündən istifadə edilir. Soyqırım anlamını ifadə edən "genosid" (ing. genocide) sözünün kəşf edilməsindən sonra isə Erməni soyqırımını ifadə etmək üçün həm də "armenosid" termini istifadə edilmişdir.
Erməni soyqırımını təkzib edən mənbələrdə bu adın qarşısına adətən "qondarma", "uydurma" və ya "mübahisəli" kimi təyinedici sözlər də artırılır, Erməni soyqırımı hadisələri "Erməni iddiaları", "Erməni yalanları" adlandırılır və ya "soyqırım" terminin istifadəsindən qaçmaq üçün evfimizmlər istifadə edilərək hadisələr "hər iki tərəf üçün faciə" və ya "1915-ci il hadisələri" adlandırılır. ABŞ Prezidenti Barak Obama tərəfindən "Medz Yeghern" ifadəsinin istifadə olunması isə "soyqırım sözündən qaçmaq vasitəsi" kimi izah edilir.
Hadisələri tədqiq edən bir neçə beynəlxalq təşkilat, "soyqırım" termininin "1915–1916-cı illərdə Osmanlı imperiyasında ermənilərə qarşı törədilmiş qırğınları" düzgün ifadə etdiyi qərarına gəlmişdir. Bu qərara tərəfdar olan təşkilatlar Beynəlxalq Keçid dövrü Ədliyyəsi Mərkəzi, Beynəlxalq Soyqırım Araşdırmaçıları Assosasiyası və BMT-nin İnsan Haqqlarının Qorunması və Genişləndirilməsi Alt Komissiyasıdır.
Beynəlxalq Soyqırım Araşdırmaçıları Assosasiyası 2005-ci ildə "Osmanlı imperiyasının Gənc türklər hökumətinin sistematik şəkildə silahsız xristian kütlələrdən ibarət olan erməni vətəndaşlarına qarşı soyqırım aktı həyata keçirdiyini" təsdiq etmiş və "bu hadisələr zamanı bir milyondan çox erməninin birbaşa, aclıqdan və ya məcburi ölüm yürüşü zamanı öldürüldüyü"nü qeyd etmişdir. BSAA həm də Türkiyə Cümhuriyyətinin Erməni soyqırımını təkzib etmək cəhdlərini tənqid etmişdir. 2007-ci ildə Eli Vizel adına İnsanlıq Fondu tərəfindən hazırlanmış və 53 Nobel mükafatı laureatı tərəfindən imzalanmış məktubda soyqırım tədqiqatçıları 1915-ci ildə ermənilərə qarşı törədilmiş qırğınların soyqırım xarakteri daşıdığını təsdiq edirlər.
Tədqiqatçı Bat Yeor "Erməni soyqırımının cihad xarakterli qırğın olması"nı ehtimal edir. Erməniilərin köçürülməsinin şahidi olmuş bədəvi Faiz əl-Heseyn isə 1918-ci ildə yazılmış traktatında bu ehtimalı təkzib edərək bildirir ki, "…bu onların milli fanatizmi və ermənilərə paxıllığı ilə bağlı olmaqla və ancaq onlara aid idi; İslam inancının bu işlərə aidiyyatı yox idi." Arnold Toynbi yazır ki, "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün Gənc türklər Pan-İslamizm və Türk millətçiliyini birlikdə işləməyə məcbur etsələr də, sonların siyasəti inkişaf etdikcə İslam elementi geri qalmağa, milliyətçilik isə daha da yerini möhkəmləndirməyə başlamışdır." Toynbi və başqa tədqiqatçılar qeyd edirlər ki, türk qızı ilə ailə qurmuş və İslamı qəbul etmiş bir çox ermənilər ölümdən xilas ola bilmişdilər. Qərb ölkələrinin "ermənilərin qırılması"nı İslam tarixində qara ləkə kimi qəbul etməsindən çəkinən əl-Hüseyn də qeyd edir ki, bir çox yeni dinini dəyişmiş ermənilər də edam edilmişdir. Əl-Hüseyn qeyd edir ki, İslam lideri dinini dəyişmiş ermənilərin əfv edilməsi üçün müraciət etdikdə ona, "siyasətin dini yoxdur" cavabı verilmişdir.
Zəmin
| Ermənistan tarixi |
|---|
![]() |
| Etimologiya • Xronologiya • Ənənə • İlkin məskunlaşma |
| |
Osmanlı hakimiyyəti altında olan ermənilər
1555-ci ildə Səfəvilər və Osmanlılar arasında imzalanmış Amasya sülh müqaviləsinin şərtlərinə görə əhalisinin əksər hissəsini ermənilər təşkil edən Şərqi Anadolunun böyük bir hissəsi Osmanlı imperiyasının hakimiyyəti altına keçir, 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi isə həmin ərazilərin hüquqi statusunu birdəfəlik dəqiqləşdirir. Həmin dövrdən sonra erməni dilli mənbələrdə Qərbi Ermənistan adı ilə yanaşı həm də "Türk Ermənistanı" və "Osmanlı Ermənistanı" adlandrmaları işlədilir. Osmanlı imperiyası tərkibində həmin ərazilərdə yaşayan ermənilər Erməni Qriqoryan Kilsəsinin Konstantinopol Patriarxı tərəfindən idarə edilən bir millət kimi qruplaşdırılır. Osmanlı imperiyasında ermənilər əsasən ölkənin şərq əyalətlərində məskunlaşsalar da, qərb əyalətlərində, o cümlədən paytaxt Konstantinopolda da böyük erməni icması yaşayırdı.
İmperiyada ermənilər üç dini konfessiyanı təmsil edirdilər: katolik ermənilər, protestant ermənilər və qriqoryan ermənilər. Sonuncu konfessiya fərdləri böyük əksəriyyəti təşkil edirdi. Millət sisteminə əsasən erməni icması Osmanlı hökumətinin cüzi müdaxilələri ilə daxili idarə sisteminə malik idilər. Ermənilərin böyük hissəsi – təxminən 70%-i kasıb kənd şəraitində yaşayır, aralarında Duziyanlar (İmperator sikkəxanasının direktorları), Balyanlar (İmperiyanın baş memarları) və Dadiyanlar (Barıt və Silah İstehsalı fabriklərinin direktoru) kimi məşhur ailələr olan qalan hissəsi isə şəhərlərdə yaşayırdı. Osmanlı imperiyasının siyahıyaalma məlumatları ilə Erməni Patriarxının say qeydiyyatı məlumatı uyğun gəlmir. İkincinin qeydlərinə əsasən 1878-ci ildə imperiya ərazisində 3 milyona yaxın (400.000 Konstantinopol və Balkanlarda, 600.000 Kiçik Asiya və Kilikiyada, 670.000 Kiçik Ermənistan və Kayseridə, 1.300.000 isə Qərbi Ermənistanda) erməni əhali yaşayırdı.
Şərq əyalətlərində ermənilər tez-tez qonşuluqda yaşadıqları kürdlər və türklərin təsiri altına düşür, onlar tərəfindən qoyulmuş qeyri-rəsmi vergiləri ödəməyə və İslamı qəbul etməyə məcbur edilir, mərkəzi hakimiyyətin müdaxiləsi olmadan incidilirdilər. Digər İslam ölkələrində olduğu kimi, Osmanlı imperiyasında da zimmi sisteminə uyğun olaraq xristianlar və yəhudilərə müəyyən azadlıqlar verilmişdi. Osmanlı imperiyasında zimmi sistemi Umar müqaviləsinə əsaslanmaqla qeyri-müsəlmanların əmlak hüququnu müəyyənləşdirsə də, faktiki olaraq imperiyada müsəlman olmayanlara ikinci növ vətəndaşlar kimi baxılmış və onlar "gavur" adlandırıldışlar. Umar müqaviləsinin qeyri-müsəlmanlara yeni ibadət yerləri inşa etməyi qadağan edən bəndi, Osmanlı imperiyasında bəzi icmalara münasibətdə dəqiq izlənsə də, bəzi hallarda yerli hakimiyyət nümayəndələri tərəfindən görməzdən gəlinmişdir. Dini gettolar yaradılmasına əsas verən qanun olmamasına baxmayaraq, yaradılmış bu şərait, azlıqların mövcud dini məbədlər ətrafında qruplaşmasına səbəb olmuşdur.
Hüquqi məhdudiyyətlərlə yanaşı, imperiyada yaşayanlar xristianlar müsəlmanlarla bərabər hüquqlu sayılmır və müxtəlif qadağalarla üzləşməli olurdular. Müsəlman təqsirləndirilənə qarşı xristian və yəhudilərin məhkəmədə ifadə vermək hüququ yox idi; bu o anlama gəlirdi ki, onların ifadəsinə yalnız ticari məqsədli məsələlərdə baxıla bilərdi. Müsəlman olmayanlara silah daşımaq, həmçinin dəvə və ata toxunmaq qadağan edilmişdi. Müsəlman olmayanların evləri qonşuluqdakı müsəlmanların evlərindən daha yaxşı görünə bilməzdi; xristian olmayanların dini ayinləri də ciddi şəkildə məhdudlaşdırılırdı, məsələn, Osmanlı imperiyasında kilsə zəngləri bütünlüklə qadağan edilmişdi.
Torpaq münaqişəsi və islahatlar

Osmanlı dövlərinin şərq vilayətlərində, ermənilər yarı-feodal şəraitdə yaşamağa davam edir, tez-tez məcburi əməyə cəlb edilir, qanunsuz vergitutma ilə üzləşir və onlara qarşı törədilən cinayətlər — o cümlədən quldurluq, qətl və cinsi zorakılıq halları — cəzasız qalırdı. 1839-cu ildən etibarən Osmanlı hökuməti mərkəzləşməni gücləndirmək və dini mənsubiyyətindən asılı olmayaraq bütün təbəələrin hüquqi statusunu bərabərləşdirmək məqsədilə bir sıra islahatlar elan etdi. Lakin qeyri-müsəlmanların statusunun bərabərləşdirilməsinə yönəlmiş bu tədbirlər islam ruhani təbəqəsi və geniş müsəlman ictimaiyyəti tərəfindən ciddi müqavimətlə qarşılandı və əsasən nəzəri xarakter daşıdı.
XIX əsrin ortalarında kürd əmirliklərinin ləğvindən sonra Osmanlı hökuməti əvvəllər yalnız kürd torpaq sahiblərinə vergi ödəyən erməni kəndlilərindən birbaşa vergi toplamağa başladı. Bununla yanaşı, keçmiş feodal zümrələri də qeyri-qanuni yığımlarını davam etdirirdi. Eyni dövrdə kürd tayfalarının məskunlaşdırılması və xüsusilə Rusiya-Çərkəz müharibəsindən sonra müsəlman qaçqın və köçkünlərin (əsasən çərkəzlərin) bölgəyə yerləşdirilməsi nəticəsində ermənilər geniş miqyaslı torpaq müsadirəsi ilə üzləşdilər.
1876-cı ildə II Əbdülhəmidin hakimiyyətə gəlməsindən sonra dövlət şərq vilayətlərində ermənilərə məxsus torpaqları sistemli şəkildə müsadirə edərək müsəlman köçkünlərə paylamağa başladı. Bu siyasət Birinci Dünya müharibəsinədək davam etmiş və həmin ərazilərdə erməni əhalisinin sayını azaltmağa yönəlmiş tədbirlər kompleksi kimi qiymətləndirilmişdi. Nəticədə erməni yaylasının demoqrafik göstəricilərində əhəmiyyətli azalma baş verdi: təxminən 300 min erməni imperiyanı tərk etdi, digərləri isə şəhərlərə köçdü. Ermənilərin bir qismi 1890-cı ildə yaradılmış və ən nüfuzlu təşkilatlardan biri sayılan Erməni İnqilabi Federasiyası (ARF) kimi siyasi qurumlara qoşuldu. Bu təşkilatlar əsasən imperiya daxilində islahatlara nail olmağı hədəfləyir və Osmanlı erməniləri arasında məhdud dəstək qazanırdı.

1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsində Rusiyanın qəti qələbəsi nəticəsində Osmanlı imperiyası Şərqi Anadolunun bir hissəsini, Balkan ərazilərini və Kipri itirdi. 1878-ci il Berlin Konqresində beynəlxalq təzyiq altında Osmanlı hökuməti erməni təbəələrinin təhlükəsizliyini təmin etmək və islahatlar aparmaq öhdəliyi götürdü, lakin bu öhdəliklərin icrası üçün effektiv nəzarət mexanizmi mövcud deyildi və vəziyyət pisləşməkdə davam etdi. Berlin Konqresi beynəlxalq diplomatiyada “erməni məsələsi”nin formalaşmasının başlanğıcı kimi qiymətləndirilir; belə ki, bundan sonra böyük dövlətlər ilk dəfə ermənilərdən Osmanlı siyasətinə təsir vasitəsi kimi istifadə etməyə başladılar.
Əvvəllər Osmanlı hakimiyyətinə meydan oxumuş yunanlar və digər xalqlardan fərqli olaraq “sadiq millət” kimi səciyyələndirilən ermənilər 1878-ci ildən sonra hakim dairələr tərəfindən potensial təhlükə kimi qəbul edilməyə başlandı. 1891-ci ildə II Əbdülhəmid kürd tayfalarından ibarət Həmidiyyə süvari alaylarını yaratdı və bu birləşmələrə ermənilərə qarşı cəzasız fəaliyyət imkanı verildi. 1895–1896-cı illərdə imperiyada genişmiqyaslı qırğınlar baş verdi; bu zaman ən azı 100 min erməni öldürüldü. Qətllər əsasən Osmanlı hərbi qüvvələri və hakimiyyət orqanlarının hərəkətə gətirdiyi kütlələr tərəfindən törədilirdi. Bu zaman bir çox erməni kəndi zorla islamlaşdırıldı.
Bu hadisələrə görə son məsuliyyət Osmanlı dövlətinin üzərinə düşürdü. Qırğınların məqsədi xristian əhalinin müsəlman üstünlüyünü qeyd-şərtsiz qəbul etdiyi əvvəlki sosial nizamı zorakı yolla bərpa etmək və eyni zamanda erməniləri mühacirətə məcbur etməklə onların sayını azaltmaq kimi dəyərləndirilir.
Gənc türklər inqilabı
II Əbdülhəmidin despotik idarəçiliyi ona qarşı müxalif hərəkatın — Gənc Türklərin — formalaşmasına səbəb oldu; bu hərəkat onu devirməyi və 1877-ci ildə qüvvədən düşmüş Osmanlı imperiyasının 1876-cı il Konstitusiyasını bərpa etməyi qarşıya məqsəd qoymuşdu. Gənc Türklərin fraksiyalarından biri Salonikidə fəaliyyət göstərən gizli və inqilabi “İttihad və Tərəqqi” Komitəsi (İTK) idi və burada sonradan Tələt Paşa kimi tanınacaq Mehmed Talaat aparıcı fiqurlardan biri kimi ön plana çıxmışdı.
Gənc Türk hərəkatında güclənən istisnaedici türk millətçiliyinə şübhə ilə yanaşmasına baxmayaraq, Erməni İnqilabi Federasiyası (EİF) 1907-ci ilin dekabrında İTK ilə ittifaq qurmağa qərar verdi. 1908-ci ildə Makedoniyada yüksək vəzifəli şəxslərə qarşı həyata keçirilən bir sıra sui-qəsdlərlə başlanan Gənc Türk inqilabı nəticəsində İTK hakimiyyətə gəldi. II Əbdülhəmid 1876-cı il konstitusiyasını yenidən qüvvəyə mindirməyə və Osmanlı parlamentini bərpa etməyə məcbur oldu; bu hadisə imperiyanın müxtəlif etnik və dini icmaları tərəfindən qeyd edildi.
1908-ci ildən sonra şərq vilayətlərinin bəzi hissələrində təhlükəsizlik vəziyyəti nisbətən yaxşılaşdı və İTK yerli jandarma sistemində islahatlar aparmağa cəhd göstərdi, lakin gərginlik yüksək olaraq qalmaqda davam etdi. 1910-cu ildə Saloniki razılaşması çərçivəsində EİF ilə İTK arasında əvvəlki onilliklərdə baş vermiş torpaq müsadirələrinin geri qaytarılması barədə razılıq əldə olunsa da, İTK bu qərarın həyata keçirilməsi istiqamətində real addımlar atmadı.

1909-cu ilin əvvəlində İttihad və Tərəqqi Komitəsinin (İTK) getdikcə sərtləşən idarəçiliyinə qarşı çıxan mühafizəkarlar və bəzi liberallar tərəfindən uğursuz əks-çevriliş cəhdi həyata keçirildi. Bu hadisə barədə xəbər Adanaya çatdıqda silahlı müsəlman qrupları erməni məhəlləsinə hücum etdilər, ermənilər isə cavab atəşi açdılar. Osmanlı əsgərləri erməniləri müdafiə etmədi, əksinə iğtişaşçıları silahlandırdı. Adanada və ətraf yaşayış məntəqələrində, əsasən ermənilər olmaqla, 20–25 min nəfər öldürüldü.
1890-cı illərin qırğınlarından fərqli olaraq bu hadisələr mərkəzi hökumət tərəfindən təşkil edilməmiş, yerli məmurlar, ziyalılar və islam ruhani nümayəndələri — o cümlədən Adanadakı İTK tərəfdarları tərəfindən təşviq olunmuşdur. Qırğınlar cəzasız qalsa da, Erməni İnqilabi Federasiyası (EİF) təhlükəsizliyin yaxşılaşdırılması və torpaqların geri qaytarılması ilə bağlı islahatların həyata keçiriləcəyinə ümidini qoruyurdu; lakin 1912-ci ilin sonlarında EİF, İTK ilə münasibətləri kəsərək Avropa dövlətlərinə müraciət etdi.
1914-cü il 8 fevralda İTK Almaniyanın vasitəçiliyi ilə hazırlanmış islahatları istəksiz şəkildə qəbul etdi; bu sənəd Osmanlı şərq vilayətlərinə iki avropalı müfəttişin təyin edilməsini və Həmidiyyə alaylarının ehtiyata keçirilməsini nəzərdə tuturdu. Lakin həyata keçirilməyən bu islahatların imperiyanın bölünməsinə gətirib çıxara biləcəyindən ehtiyatlanan İTK rəhbərləri sonradan bunu 1915-ci ildə erməni əhalisinin aradan qaldırılması üçün səbəb kimi göstərmişdilər.
Balkan müharibələri

1912-ci ildə baş vermiş Birinci Balkan müharibəsi nəticəsində Osmanlı imperiyası Avropadakı demək olar ki, bütün ərazilərini itirdi və müsəlman əhalinin Balkanlardan kütləvi şəkildə qovulması baş verdi. Balkan müsəlmanlarına qarşı törədilən zorakılıqlar Osmanlı müsəlman cəmiyyətində güclü qəzəb doğuraraq anti-xristian əhval-ruhiyyəsini gücləndirdi və qisas istəklərini artırdı. Məğlubiyyətə görə məsuliyyət imperiyadakı bütün xristianlara, o cümlədən Osmanlı tərəfində döyüşmüş ermənilərə də aid edildi. Balkan müharibələri Osmanlıçılıq ideyasına — plüralizm və birgəyaşayış siyasətinə — son qoydu; bunun əvəzinə İttihad və Tərəqqi Komitəsi imperiyanı qorumaq məqsədilə getdikcə daha radikal türk milliyyətçiliyinə yönəldi.
Tələt Paşa və Ənvər Paşa kimi rəhbərlər strateji bölgələrdə qeyri-müsəlman əhali sıxlığını imperiyanın bir çox problemlərinin səbəbi hesab etməyə başladılar və 1914-cü ilin ortalarınadək onları aradan qaldırılmalı “daxili şişlər” kimi qiymətləndirdilər. Bu qruplar arasında Osmanlı erməniləri xüsusilə təhlükəli sayılırdı, çünki İttihad və Tərəqqi rəhbərləri Balkanlar kimi Anadolunun — türk millətinin son sığınacağı kimi qəbul edilən ərazinin — də imperiyadan ayrılacağından ehtiyat edirdilər.
1913-cü ilin yanvarında İttihad və Tərəqqi Komitəsi (İTK) növbəti çevrilişi həyata keçirərək təkpartiyalı rejim qurdu və real və ya ehtimal edilən bütün daxili düşmənləri sərt şəkildə repressiyaya məruz qoydu. Çevrilişdən sonra İTK sərhəd bölgələrinin demoqrafik tərkibini dəyişdirmək məqsədilə Balkan müsəlman qaçqınlarını yerləşdirir, xristianları isə köç etməyə məcbur edirdi; köçürülənlərə xristianlara məxsus olmuş mülklər vəd olunurdu.
1913-cü ilin ortalarında İkinci Balkan müharibəsi zamanı Şərqi Frakiyanın bəzi hissələri Osmanlı imperiyası tərəfindən yenidən işğal edildikdə yunanlara və ermənilərə qarşı talan və qorxutma kampaniyası aparıldı və bu, bir çoxunun köç etməsinə səbəb oldu. 1914-cü ilin may–iyun aylarında Egey sahillərindən təxminən 150.000 pravoslav yunan, müsəlman silahlı dəstələri tərəfindən zorla deportasiya edildi; bu dəstələr gizli şəkildə İTK tərəfindən dəstəklənir, bəzən isə nizami ordu tərəfindən müşayiət olunurdu.
Tarixçi Matias Byornlundun fikrincə, yunanların deportasiyasının “uğurlu” hesab edilməsi İTK rəhbərlərinə daha radikal tədbirləri — türkləşdirmə yolu ilə sosial mühəndislik siyasətinin növbəti mərhələsini — həyata keçirmək imkanı kimi görünmüşdür.
Osmanlıların Birinci Dünya müharibəsinə girişi
Birinci Dünya müharibəsinin başlanmasından bir neçə gün sonra İttihad və Tərəqqi Komitəsi (İTK) 1914-cü il 2 avqust tarixində Almaniya ilə ittifaq bağladı. Həmin ayın özündə İTK nümayəndələri Erməni İnqilabi Federasiyasının konfransında iştirak edərək belə bir tələb irəli sürdülər: əgər Rusiya ilə müharibə baş verərsə, EİF Rusiyada yaşayan erməniləri Osmanlı dövlətinin tərəfində çıxış etməyə təşviq etməlidir. Lakin konfrans iştirakçıları fərqli mövqe tutaraq qərara aldılar ki, ermənilər hər biri vətəndaşı olduqları dövlətlərin ordularında xidmət etməlidirlər.
Müharibəyə hazırlıq çərçivəsində Osmanlı hökuməti minlərlə məhbusu yarımhərbi qurum olan Xüsusi Təşkilata cəlb etdi. Bu təşkilat ilkin mərhələdə imperiya rəsmi şəkildə müharibəyə daxil olmadan əvvəl, Rusiya cəbhəsinin arxa bölgələrində yaşayan müsəlmanlar arasında üsyanların təşkili ilə məşğul olurdu.
1914-cü il 29 oktyabr tarixində Osmanlı imperiyası Qara dənizdəki Rusiya limanlarına gözlənilməz hücum həyata keçirərək müharibəyə İttifaq dövlətləri tərəfində daxil oldu. Rusiyada yaşayan bir çox ermənilər müharibəni böyük həvəslə qarşılasalar da, Osmanlı ermənilərinin mövqeyi daha tərəddüdlü idi; onlar Rusiyanı dəstəkləməyin Osmanlı hakimiyyətinin repressiyalarına səbəb ola biləcəyindən ehtiyat edirdilər.
Rusiyada yaşayan ermənilər tərəfindən erməni könüllü hərbi dəstələrinin yaradılması və sonradan bəzi Osmanlı erməni dezertirlərinin də onlara qoşulması Osmanlı hakimiyyətinin öz erməni əhalisinə qarşı şübhələrini daha da artırdı.

Müharibə dövründə həyata keçirilən rekvizisiyalar (məcburi müsadirələr) çox vaxt korrupsiyaya məruz qalır və özbaşına şəkildə tətbiq olunurdu; bu tədbirlər xüsusilə yunanlar və ermənilər üzərində daha ağır şəkildə həyata keçirilirdi. Erməni icmasının liderləri gənc kişiləri ordu sıralarına çağırışa tabe olmağa təşviq edirdilər, lakin ağır şərait və ailələrinin taleyi ilə bağlı narahatlıqlar səbəbindən müxtəlif millət və dinlərə mənsub çoxlu sayda əsgər ordudan qaçırdı.
Osmanlı ermənilərinin ən azı 10 faizi səfərbərliyə cəlb edilmişdi, nəticədə icmalar döyüş yaşında olan kişilərdən böyük ölçüdə məhrum qalmışdı və buna görə də 1915-ci ildə deportasiyalara qarşı silahlı müqavimətin təşkili üçün imkanları ciddi şəkildə məhdudlaşmışdı.
Osmanlı ordusunun Rusiya və İran ərazilərinə hücumu zamanı Xüsusi Təşkilat yerli ermənilərə və aysor xristianlara qarşı kütləvi qırğınlar həyata keçirdi. 1914-cü ilin noyabrından başlayaraq Van, Bitlis və Ərzurum vilayətlərinin qubernatorları mərkəzi hökumətə çoxsaylı teleqramlar göndərərək ermənilərə qarşı həm regional səviyyədə, həm də bütün imperiya üzrə daha sərt tədbirlərin görülməsini tələb edirdilər. Bu tələblər 1915-ci ildən əvvəl mərkəzi hökumət tərəfindən dəstəklənmişdi.
1914-cü ilin sonu və 1915-ci ilin əvvəllərində erməni mənşəli dövlət qulluqçuları vəzifələrindən uzaqlaşdırıldı. 1915-ci ilin fevralında isə İttihad və Tərəqqi Komitəsinin rəhbərləri orduda xidmət edən erməni əsgərlərin tərksilah edilməsi və onların əmək batalyonlarına köçürülməsi barədə qərar qəbul etdilər. Əmək batalyonlarında xidmət edən erməni əsgərlərinin böyük hissəsi sistemli şəkildə edam edildi; yalnız müəyyən ixtisaslı işçilər 1916-cı ilə qədər müvəqqəti olaraq saxlanılmışdı.
Başlanğıc
Hərbi nazir Ənvər Paşa Rusiya ərazilərinə hücum məqsədilə Osmanlı ordularının komandanlığını öz üzərinə götürdü və 1914-cü ilin dekabrından 1915-ci ilin yanvarınadək davam edən Sarıqamış döyüşü zamanı Rusiya Qafqaz Ordusunu mühasirəyə almağa çalışdı. Lakin sərt qış şəraitinə lazımi hazırlıq görülmədiyindən onun qüvvələri ağır məğlubiyyətə uğradı və 60 mindən çox əsgər itirildi.
Geri çəkilən Osmanlı ordusu Bitlis vilayətində yerləşən onlarla Osmanlı erməni kəndini dağıtdı və onların sakinlərini qətlə yetirdi. Ənvər Paşa məğlubiyyətə görə açıq şəkildə erməniləri günahlandırdı və onların Rusiyanın tərəfində fəal şəkildə çıxış etdiyini iddia etdi. Bu yanaşma qısa müddətdə İttihad və Tərəqqi Komitəsinin rəhbər dairələrində geniş qəbul olunan mövqeyə çevrildi.
Silah anbarlarının aşkar edilməsi, teleqraf xətlərinin kəsilməsi və baş verən qətllər kimi yerli hadisələr barədə xəbərlər ermənilərin xəyanəti ilə bağlı əvvəldən mövcud olan təsəvvürləri gücləndirdi və İTK rəhbərliyi arasında belə bir şübhə yaratdı ki, imperiyaya qarşı koordinasiya olunmuş erməni sui-qəsdi hazırlanır.
Ermənilərin böyük əksəriyyətinin dövlətə sadiq olduğunu bildirən əks məlumatları nəzərə almayan İTK rəhbərləri imperiyanı xilas etmək üçün ermənilərin aradan qaldırılmasının zəruri olduğu qənaətinə gəldilər.
1914-cü ilin dekabrından etibarən Van vilayətinin Başkale bölgəsi ətrafında erməni kişilərinə qarşı qətliamlar baş verməyə başladı. Erməni İnqilabi Federasiyasının (EİF) rəhbərləri vəziyyəti sakit saxlamağa çalışaraq xəbərdarlıq edirdilər ki, hətta özünümüdafiə məqsədilə edilən hərəkətlər belə zorakılığın daha da genişlənməsinə səbəb ola bilər.
Van vilayətinin valisi Cevdet bəy 1915-ci il 18 aprel tarixində Van ermənilərinə silahlarını təhvil verməyi əmr etdi. Bu tələb ermənilər üçün ciddi dilemma yaratdı: əgər əmri yerinə yetirsəydilər, öldürüləcəklərindən ehtiyat edirdilər; əgər imtina etsəydilər, bu isə qətliamlar üçün bəhanə kimi istifadə edilə bilərdi. Bu şəraitdə ermənilər Van şəhərində müdafiə mövqeləri quraraq 20 aprel tarixində başlayan Osmanlı hücumunu dəf etdilər.
Mühasirə zamanı ətraf kəndlərdə yaşayan ermənilər Cevdet bəyin əmri ilə qətlə yetirildi. 18 may tarixində rus qoşunları Van şəhərini ələ keçirdikdə vilayətdə təxminən 55 min meyit aşkar edildi; bu rəqəm vilayətin müharibədən əvvəlki erməni əhalisinin təxminən yarısına bərabər idi.

Cevdet bəyin qüvvələri daha sonra Bitlis vilayətinə doğru irəlilədi və burada erməni və aysor kəndlərinə hücum etdi. Kişilər dərhal öldürüldü, bir çox qadın və uşaq yerli kürdlər tərəfindən qaçırıldı, digərləri isə sonradan öldürülmək üçün aparıldı. İyunun sonuna doğru vilayətdə cəmi bir neçə on erməni qalmışdı.
Ermənilərin ilk deportasiyaları 1915-ci ilin fevralında Dördüncü Ordunun komandanı Camal Paşa tərəfindən irəli sürüldü. Bu tədbirlər Kilikiyada yaşayan ermənilərə — xüsusilə Aleksandretta, Dörtyol, Adana, Hacın, Zeytun və Sis bölgələrindəki icmalara — yönəlmişdi. Onlar Mərkəzi Anadoluda yerləşən Konya ətrafına köçürülmüşdülər.
Martın sonu və ya aprelin əvvəlində İttihad və Tərəqqi Komitəsinin Mərkəzi Komitəsi cəbhə xətlərinə yaxın ərazilərdə yaşayan ermənilərin genişmiqyaslı şəkildə köçürülməsi barədə qərar qəbul etdi.
1915-ci il 23–24 aprel gecəsi Konstantinopolda və imperiyanın digər bölgələrində yüzlərlə erməni siyasi fəalı, ziyalısı və icma lideri həbs olundu. Tələt Paşa tərəfindən verilmiş bu göstəriş erməni liderliyini və mümkün müqaviməti təşkil edə biləcək şəxsləri aradan qaldırmaq məqsədi daşıyırdı; nəticədə həbs edilənlərin böyük əksəriyyəti sonradan öldürüldü.
Həmin gün Tələt Paşa bütün erməni siyasi təşkilatlarının fəaliyyətini qadağan etdi. O, eyni zamanda əvvəllər Kilikiyadan çıxarılmış ermənilərin yenidən deportasiya olunmasını əmr etdi: bu dəfə ermənilərin ehtimal ki sağ qala biləcəkləri ərazilərdən - Mərkəzi Anadoludan, Suriya səhralarına göndərilmələri nəzərdə tutulurdu.
Sistemli deportasiyalar
Məqsəd
Tələt Paşa, Berliner Tageblatt qəzeti, 4 may 1916-cı il
Birinci Dünya müharibəsi dövründə əsas məqsədi Osmanlı imperiyasının mövcudluğunu qorumaq olan İttihad və Tərəqqi Komitəsi (İTK) tədricən erməni mülki əhalisini dövlət üçün mövcudluq təhlükəsi kimi qəbul etməyə başladı. İTK rəhbərləri qadın və uşaqlar da daxil olmaqla bütün erməniləri imperiyaya xəyanətdə kollektiv şəkildə günahkar hesab edirdilər. Bu baxış 1915-ci ilin əvvəllərində soyqırımı qərarının qəbul olunmasında mühüm rol oynamışdır.
Eyni zamanda müharibə vəziyyəti Tələt Paşanın “erməni məsələsinin qəti həlli” adlandırdığı siyasəti həyata keçirmək üçün imkan yaratdı. İTKrəhbərliyi səhvən hesab edirdi ki, Rusiya imperiyası Şərqi Anadolunu ilhaq etməyə çalışır; buna görə də soyqırımı əmrləri böyük ölçüdə belə bir ehtimalın qarşısını almaq məqsədi ilə verilmişdi.
Bu siyasətin məqsədi imperiyanın şərq vilayətlərində ermənilərin hər hansı muxtariyyət və ya müstəqillik əldə etmək imkanını birdəfəlik aradan qaldırmaq idi. Osmanlı arxiv sənədlərinə görə hökumət deportasiyaların baş verdiyi bölgələrdə ermənilərin sayını yerli əhalinin beş faizindən, deportasiya olunduqları bölgələrdə isə on faizindən artıq olmamaq səviyyəsinə endirməyi planlaşdırırdı. Lakin bu məqsədə kütləvi qətllər olmadan nail olmaq mümkün deyildi.
Ermənilərin deportasiyası və onların torpaqlarında müsəlman əhalinin məskunlaşdırılması Anadolunun demoqrafik strukturunu köklü şəkildə dəyişdirməyə yönəlmiş daha geniş bir layihənin tərkib hissəsi idi. Ermənilərə məxsus evlər, ticarət müəssisələri və torpaq sahələri əsasən imperiya xaricindən gəlmiş müsəlmanlara, köçəri qruplara və Rusiya ilə müharibə nəticəsində öz yerlərindən didərgin düşmüş təxminən 800 min Osmanlı təbəəsinə (əsasən kürdlərə) verilirdi.
Yenidən məskunlaşdırılmış müsəlman əhali daha böyük türk əhalisi arasında paylanırdı və adətən hər hansı bir bölgədə onların payı 10 faizdən çox olmamaqla məhdudlaşdırılırdı. Bu siyasət onların fərqli xüsusiyyətlərini — məsələn, türk olmayan dilləri və ya köçəri həyat tərzini — tədricən itirmələrinə yönəlmişdi.
Bu köçürülən əhali çox vaxt ağır yaşayış şəraiti ilə üzləşir, bəzi hallarda isə zorakılıq və ya yeni məskunlaşdıqları kəndləri tərk etmək qadağası kimi məhdudiyyətlərə məruz qalırdı.
Anadolunun etnik təmizlənməsi — yəni erməni soyqırımı, Aysor soyqırımı və Yunan soyqırımı — son nəticədə etnik-millətçi türk dövlətinin formalaşmasına zəmin yaratdı.
1918-ci ilin sentyabrında Tələt Paşa müharibədə məğlubiyyətə baxmayaraq, Anadoluda “Türkiyəni milli dövlətə çevirmək” məqsədinə nail olduğunu vurğulamışdı.
Deportasiya faktiki olaraq ölüm hökmünə bərabər idi; hakimiyyət orqanları deportasiya edilənlərin ölümünü əvvəlcədən planlaşdırmış və məqsədli şəkildə həyata keçirmişdilər. Deportasiyalar yalnız cəbhə xətlərindən uzaq ərazilərdə, yəni aktiv üsyanların olmadığı bölgələrdə həyata keçirilirdi və bu tədbirlərin həyata keçirilməsi geniş miqyaslı müqavimətin olmaması şəraitində mümkün olmuşdu. Müharibə zonasına yaxın ərazilərdə yaşayan ermənilər isə əksər hallarda kütləvi qırğınlar nəticəsində öldürülürdülər.
Formal olaraq təhlükəsizlik tədbiri kimi əsaslandırılmasına baxmayaraq, ermənilərin deportasiyası və qətlə yetirilməsi imperiyaya hərbi baxımdan heç bir üstünlük qazandırmadı və əksinə, Osmanlı imperiyasının müharibə səylərini zəiflətdi. Dövlət bir tərəfdən erməniləri aradan qaldırmaq məqsədi güdür, digər tərəfdən isə onların əməyinə olan praktik ehtiyac ilə üzləşirdi. Xüsusilə müharibə sənayesində və istehsalat sahələrində işləyən ermənilər Osmanlı ordusunun logistika sistemi üçün əvəzolunmaz hesab olunurdular və bu səbəbdən müəyyən hissəsi saxlanılırdı.
Buna baxmayaraq, 1915-ci ilin sonlarına doğru İttihad və Tərəqqi Komitəsi Şərqi Anadoluda erməni mövcudluğunu demək olar ki, tamamilə aradan qaldırmışdı.
İnzibati təşkilat
1915-ci il 23 may tarixində Tələt Paşa Van, Bitlis və Erzurum vilayətlərində yaşayan bütün ermənilərin deportasiya olunmasını əmr etdi. Artıq şərq vilayətlərində və Kilikiyada geniş şəkildə həyata keçirilən deportasiyalara hüquqi don geyindirmək məqsədilə Nazirlər Şurası Müvəqqəti Deportasiya Qanununu qəbul etdi. Bu qanun hakimiyyət orqanlarına şübhəli hesab edilən hər kəsi deportasiya etmək səlahiyyəti verirdi.
21 iyun tarixində Tələt Paşa imperiyanın bütün ərazisində yaşayan ermənilərin deportasiyasını əmr etdi; bu əmr Rus cəbhəsindən 2 min kilometr məsafədə yerləşən Adrianopol (Ədirnə) kimi şəhərlərə də şamil olunurdu.
Şərqi Anadoluda erməni əhalisinin aradan qaldırılmasından sonra, 1915-ci ilin avqustunda deportasiya siyasəti Qərbi Anadolu və Avropa Türkiyəsində yaşayan ermənilərə yönəldildi. Ermənilərin sayının çox az olduğu bəzi bölgələr və müəyyən şəhərlər — o cümlədən Konstantinopol (İstanbul) — bu tədbirlərdən qismən kənarda saxlanılmışdı.
Ümumilikdə, idarəetmənin milli, regional və yerli səviyyələri soyqırımının həyata keçirilməsində İttihad və Tərəqqi Komitəsi ilə əməkdaşlıq etmişdi. Qəbilələrin və Mühacirlərin Məskunlaşdırılması İdarəsi (QMMİ) deportasiyaların təşkili və boş qalmış evlərdə və torpaqlarda müsəlman köçkünlərin yerləşdirilməsini koordinasiya edirdi. Tələt Paşanın rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən QMMİ və birbaşa İTK Mərkəzi Komitəsindən göstəriş alan Xüsusi Təşkilat öz fəaliyyətlərini sıx şəkildə əlaqələndirirdilər.
Əmrlərin ötürülməsi üçün ikili kommunikasiya sistemi tətbiq olunurdu. Ermənilərin deportasiyası ilə bağlı göstərişlər vilayət qubernatorlarına rəsmi kanallar vasitəsilə çatdırılırdı; lakin cinayət xarakterli əmrlər, məsələn, məhv etmə ilə bağlı göstərişlər partiya kanalları ilə göndərilir və alındıqdan sonra məhv edilirdi.
Deportasiya karvanlarını əsasən jandarm qüvvələri və ya yerli milislər müşayiət edirdi. Cəbhə xəttinə yaxın ərazilərdə qətllər əsasən Xüsusi Təşkilat tərəfindən həyata keçirilirdi; daha uzaq bölgələrdə isə bu prosesə yerli milislər, quldur dəstələri, jandarmlar və ya kürd tayfaları cəlb olunurdu.
Şərqi Anadolunu nəzarətdə saxlayan Üçüncü Ordunun fəaliyyət göstərdiyi ərazilərdə isə ordu yalnız Van, Erzurum və Bitlis vilayətlərində baş vermiş soyqırımı zorakılıqlarında birbaşa iştirak etmişdir.
Soyqırımının həyata keçirilməsində iştirak edən şəxslərin bir çoxu Qafqaz mənşəli idi (xüsusilə çeçenlər və çərkəzlər). Onlar erməniləri tez-tez özlərinin rus hakimiyyəti altında yaşadıqları dövrdəki Rusiya zülmü ilə əlaqələndirirdilər. Köçəri kürd tayfaları soyqırımı zamanı çoxsaylı zorakılıq aktları törətmişdilər, lakin məskunlaşmış kürdlər bu cür hadisələrdə nisbətən nadir hallarda iştirak etmişdilər.
Cinayətləri törədənlərin motivləri müxtəlif idi: ideoloji səbəblər, qisas hissi, erməni əmlakını ələ keçirmək arzusu və ya karyera maraqları. İştirakçıları təşviq etmək məqsədilə dövlət tərəfindən təyin olunmuş imamlar ermənilərin öldürülməsini təşviq edən çağırışlar edirdilər. Qətllərdə iştirak edən şəxslər ermənilərə məxsus daşınar əmlakın üçdə bir hissəsini əldə etmək hüququna malik idilər; əmlakın digər üçdə biri yerli hakimiyyət orqanlarına, qalan hissəsi isə İttihad və Tərəqqi Komitəsinə verilirdi. Bu qaydadan artıq mənimsəmə halları isə cəzalandırılırdı.
Soyqırımına qarşı çıxan Osmanlı siyasətçiləri və məmurları vəzifədən uzaqlaşdırılır və ya qətlə yetirilirdilər. Hökumət eyni zamanda belə bir fərman vermişdi ki, hakimiyyət orqanlarının iradəsinə zidd olaraq hər hansı ermənini gizlədən müsəlman ölüm cəzasına məhkum ediləcək.
Ölüm yürüşləri

Erməni kişilərinin böyük əksəriyyəti artıq orduya səfərbər edilmiş olsa da, digərləri ya fərarilik etmiş, ya hərbi xidmət vergisini ödəmiş, ya da çağırış yaş həddindən kənarda qalmışdılar. Osmanlı ermənilərinə qarşı əvvəlki qırğınlardan fərqli olaraq, 1915-ci ildə ermənilər adətən öz kəndlərində öldürülmürdü; bunun səbəbi əmlakın məhv edilməsinin və ya icazəsiz talanın qarşısını almaq idi. Bunun əvəzinə kişilər çox vaxt deportasiya olunan digər qruplardan ilk günlərdə ayrılır və sonradan edam edilirdilər. Çox az adam müqavimət göstərirdi, çünki belə bir addımın ailələrini daha böyük təhlükə altına qoya biləcəyinə inanılırdı. On iki yaşdan yuxarı (bəzən isə on beş yaşdan yuxarı) oğlanlar böyüklər kimi qəbul edilirdi.
Edam yerləri adətən əsas yolların yaxınlığında və sərt relyefə malik ərazilərdə seçilirdi; həmçinin göllər, quyular və ya su anbarlarının yaxınlığı cəsədlərin gizlədilməsini və ya aradan götürülməsini asanlaşdırırdı.
Deportasiya karvanları tez-tez yaxınlıqdakı tranzit düşərgələrində dayandırılırdı və burada müşayiətçilər ermənilərdən pul tələb edirdilər. Bu pulu ödəyə bilməyənlər isə öldürülürdü.
Qətllərin baş verdiyi yerlərdə çox vaxt Xüsusi Təşkilatın dəstələri yerləşdirilirdi və onlar tez-tez jandarm uniforması geyinirdilər. Deportasiya karvanlarını müşayiət edən jandarmlar isə çox hallarda birbaşa qətllərdə iştirak etmirdilər.
1915-ci ilin iyun ayından etibarən ən azı 150 min erməni Ərzincan şəhərindən keçmişdir; burada yaxınlıqda yerləşən Kemah dərəsindəki qətliam yerlərinə göndərilən insanların axınını nəzarətdə saxlamaq üçün bir sıra tranzit düşərgələri yaradılmışdı.
Xəzər gölü ətrafında minlərlə erməni öldürülmüş, yarımhərbi dəstələr tərəfindən uçurumlardan aşağı itələnmişdir. Malatyadan cənubda yerləşən Fırıncılar düzənliyi isə soyqırımı zamanı ən ölümcül bölgələrdən biri olmuşdur; bu ərazidən 500 mindən çox erməni keçmişdir. Düzənlikdən keçərək Kahta yaylalarına doğru irəliləyən deportasiya karvanları çox vaxt əvvəlki karvanlardan qalmış cəsədlərlə dolu dərələrə rast gəlirdilər.

Digər çoxsaylı qruplar Dəclə, Fərat və ya Murad çaylarının qolları boyunca yerləşən vadilərdə saxlanılır və Xüsusi Təşkilatın dəstələri tərəfindən sistemli şəkildə qətlə yetirilirdilər. Ermənilərin kişiləri tez-tez arxa-arxaya bağlanaraq suya atılmaqla boğulurdular; bu üsul isə qadınlara qarşı tətbiq edilmirdi.
Hakimiyyət orqanları cəsədlərin çaylar vasitəsilə aradan götürülməsini ucuz və səmərəli üsul hesab edirdilər. Lakin bu üsul çayların aşağı axınlarında geniş miqyaslı çirklənməyə səbəb olmuşdur. Dəclə və Fərat çayları ilə aşağı axan çoxsaylı cəsədlər bəzən çayların axınını belə bloklayırdı və onların təmizlənməsi üçün partlayıcı maddələrdən istifadə olunurdu. Digər çürümüş cəsədlər çay sahillərində ilişib qalır, bəziləri isə Fars körfəzinə qədər sürüklənib gedirdi. Bu səbəbdən çaylar qırğınlardan uzun müddət sonra da çirklənmiş qalır və aşağı axın bölgələrində epidemiyalara səbəb olurdu.
On minlərlə erməni yollar boyunca həyatını itirmişdi; onların cəsədləri bəzən tələsik şəkildə basdırılır, lakin çox vaxt sadəcə yol kənarında qoyulurdu. Osmanlı hökuməti həm fotoqrafik sənədləşmənin qarşısını almaq, həm də xəstəlik epidemiyalarının yayılmaması üçün cəsədlərin mümkün qədər tez təmizlənməsi barədə göstəriş vermişdi. Lakin bu əmrlər hər yerdə eyni şəkildə yerinə yetirilmirdi.
Deportasiya olunanların böyük əksəriyyətini təşkil edən qadınlar və uşaqlar adətən dərhal edam edilmirdi; bunun əvəzinə onlar qida və su olmadan dağlıq ərazilərdən keçən ağır yürüşlərə məruz qalırdılar. Yürüşə davam gətirə bilməyənlər isə ya ölümə tərk edilir, ya da güllələnirdi.
1915-ci ildə bəzi deportasiya olunanlar yay istisində 1000 kilometrə qədər məsafəni piyada qət etməyə məcbur edilirdi. Qərbi Anadoludan deportasiya edilən bəzi qruplara isə dəmir yolu ilə səyahət etməyə icazə verilmişdi.
Şərqi Anadoludan göndərilən karvanlarla daha qərb bölgələrindən göndərilən karvanlar arasında mühüm fərq mövcud idi. Şərqdən gələn karvanların demək olar ki, hamısı məhv edilirdi, halbuki daha qərb bölgələrindən gələnlər Suriya ərazilərinə çataraq sağ qalanların böyük hissəsini təşkil edirdi. Məsələn, Ərzurumdan deportasiya edilmiş ermənilərin təxminən 99 faizi təyin olunmuş məntəqəyə çatmamışdı.
İslamlaşdırma

Ermənilərin islamlaşdırılması dövlətin bürokratiyası, polis, məhkəmə sistemi və dini institutlarının iştirakı ilə həyata keçirilən sistemli dövlət siyasəti kimi soyqırımın əsas struktur komponentlərindən biri olmuşdur. Təxminən 100.000–200.000 erməninin islamlaşdırıldığı hesab edilir, həmçinin XXI əsrin əvvəllərində Türkiyə vətəndaşları arasında iki milyona qədər insanın ən azı bir erməni nənə-babasına malik ola biləcəyi ehtimal olunur.
Bəzi ermənilərə İslamı qəbul etməyə və deportasiyadan yayınmağa icazə verilsə də, hakimiyyət onların sayının 5–10 faiz həddini aşdığı və ya milli kimlik və mədəniyyətlərini qoruyub saxlamaq imkanının yarandığı hallarda məhv edilməsini tələb edirdi. Tələt Paşa ermənilərin islamlaşdırılmasını şəxsən təsdiqləmiş və müharibənin sonunadək islamı qəbul etmiş şəxslərin sədaqətini diqqətlə nəzarətdə saxlamışdır.
Prosesin ilk və əsas mərhələsi İslamın qəbul edilməsi olsa da, bu, eyni zamanda erməni adlarının, dilinin və mədəniyyətinin aradan qaldırılmasını, qadınlar üçün isə dərhal müsəlmanlarla evləndirilməni də əhatə edirdi. İslamlaşdırma sağ qalmaq üçün ən mümkün vasitə kimi çıxış etsə də, bu, erməni cəmiyyətinin mənəvi və sosial normalarının pozulması ilə müşayiət olunurdu.
İttihad və Tərəqqi Komitəsi (İTK) erməni qadınların müsəlman ailələrinə ərə verilməsinə icazə vermişdir; bu halda həmin qadınlar erməni kimliklərini itirmiş sayılırdılar. Gənc qadınlar və qızlar tez-tez ev qulluqçusu və ya cinsi istismar məqsədilə istifadə olunurdu. Bəzi oğlan uşaqları müsəlman şəxslər üçün məcburi əməkdə çalışdırılmaq məqsədilə qaçırılırdı.
Bəzi uşaqlar zorla alınır, digərləri isə həyatlarını xilas etmək məqsədilə valideynləri tərəfindən satılır və ya verilir, yaxud bu proses valideynlərin razılığı ilə həyata keçirilirdi. Dövlət tərəfindən idarə olunan xüsusi uşaq evləri də yaradılmış və bu müəssisələrdə tətbiq edilən sərt prosedurlar uşaqların erməni kimliyindən məhrum edilməsinə yönəlmişdi.
Soyqırım zamanı sağ qalan erməni uşaqlarının əksəriyyəti istismar, ödənişsiz ağır əmək, zorla islamlaşdırma, fiziki və cinsi zorakılığa məruz qalmışdı. Sürgün zamanı ələ keçirilən erməni qadınlar türk və ya kürd ailələrinə yerləşdirilmiş, soyqırımın ikinci mərhələsində islamlaşdırılanlar isə ərəb və ya bədəvi mühitində yaşamışlar.
Erməni qadınlara qarşı zorlanma, cinsi zorakılıq və fahişəliyə məcbur etmə halları geniş yayılmışdı. Ermənilər arasında qadınların bu cür zorakılıqlardan yayınmağa çalışdığı qeyd edilsə də, bir çox hallarda yeganə çıxış yolu intihar olurdu.
Sürgün olunanlar Dəməşqdə çılpaq vəziyyətdə nümayiş etdirilir və bəzi bölgələrdə cinsi kölə kimi satılırdı; bu fəaliyyət onları müşayiət edən jandarmalar üçün mühüm gəlir mənbəyi təşkil edirdi. Bəzi qadınlar ərəb qul bazarlarında müsəlman hacılara satılır və nəticədə Tunis və Əlcəzair kimi uzaq bölgələrə qədər aparılırdı.
Əmlak müsadirəsi

Soyqırımın ikinci dərəcəli motivlərindən biri erməni burjuaziyasının məhv edilərək onun yerində türk və müsəlman orta təbəqəsinin formalaşdırılması, eləcə də müsəlman türklər tərəfindən idarə olunan dövlətçi milli iqtisadiyyatın qurulması idi. İqtisadiyyatın türkləşdirilməsi kampaniyası 1914-cü ilin iyun ayında qeyri-müsəlman tacirləri müsəlman işçilər işə götürməyə məcbur edən qanunun qəbul edilməsi ilə başlanmışdır.
Deportasiyalardan sonra qurbanlara məxsus müəssisələr çox vaxt peşəkar hazırlığı olmayan müsəlmanların nəzarətinə keçmiş, bu isə iqtisadi çətinliklərə səbəb olmuşdur. Soyqırım Osmanlı iqtisadiyyatına ağır zərbə vurmuşdur; ixtisaslı mütəxəssislərin deportasiyası nəticəsində müsəlman əhali də zərər görmüş, kənd təsərrüfatı ilə məşğul olan əhalinin köçürülməsi bəzi bölgələrdə aclıqla nəticələnmişdir.
Osmanlı İmperiyası və daha sonra Türkiyə hökumətləri ermənilərdən müsadirə edilmiş əmlakı idarə etmək və yenidən bölüşdürmək məqsədilə bir sıra “Tərk edilmiş əmlak haqqında qanunlar” qəbul etmişdir. Bu qanunlarda dövlətin yalnız guya yoxa çıxmış ermənilərin əmlakını müvəqqəti olaraq idarə etdiyi iddia edilsə də, həmin əmlakın sahiblərinə qaytarılması ilə bağlı heç bir mexanizm nəzərdə tutulmamışdı — belə hesab olunurdu ki, onlar artıq mövcud deyillər.
Tarixçilər Tanər Akçam və Ümid Qurd qeyd edirlər ki, “Türkiyə Respublikası və onun hüquq sistemi müəyyən mənada ermənilərin mədəni, sosial və iqtisadi sərvətlərinin mənimsənilməsi və erməni varlığının aradan qaldırılması üzərində qurulmuşdur”.
Müsadirə edilmiş əmlakın satışından əldə olunan gəlirlər çox vaxt ermənilərin deportasiyasının maliyyələşdirilməsinə, müsəlman əhalinin yerləşdirilməsinə, eləcə də ordu, milis və digər dövlət xərclərinə yönəldilmişdir. Nəticədə bu proses 1923-cü ildən sonrakı respublikanın sənaye və iqtisadi strukturunun əsas hissəsini formalaşdırmış, ona ilkin sərmayə təmin etmişdir.
Erməni rəqiblərin mülksüzləşdirilməsi və sürgünü bir çox aşağı təbəqədən olan türklərin (məsələn, kəndlilər, əsgərlər və fəhlələr) orta təbəqəyə yüksəlməsinə şərait yaratmışdır. Ermənilərə məxsus əmlakın müsadirəsi XX əsrin ikinci yarısına qədər davam etmişdir, və 2006-cı ildə Milli Təhlükəsizlik Şurası 1915-ci ilə aid əmlak sənədlərinin milli təhlükəsizlik məqsədilə qapalı saxlanılması barədə qərar qəbul etmişdir.
İstanbuldan kənarda Türkiyədə erməni varlığının izləri — kilsələr və monastırlar, kitabxanalar, xaçkarlar, eləcə də yer və heyvan adları — müharibə dövründən başlayaraq və sonrakı onilliklər ərzində sistemli şəkildə silinmişdir.
Təyinat yeri


1915-ci ilin ortalarında ilk deportasiya olunanlar Hələb şəhərində yerləşdirilmişdir. Lakin noyabr ayının ortalarından etibarən karvanların şəhərə daxil olmasına icazə verilməmiş və onlar Bağdad dəmir yolu boyunca və ya Fərat çayı istiqamətində Mosul tərəfə yönləndirilmişdir. İlk tranzit düşərgəsi Hələbin şərqində yerləşən Sibil məntəqəsində yaradılmışdı; hər gün bir karvan gəlir, digəri isə Meskene və ya Deyr əz-Zor istiqamətində yola salınırdı.
Suriya və Yuxarı Mesopotamiya ərazilərində onlarla toplama düşərgəsi yaradılmışdır. 1915-ci ilin oktyabrına qədər təxminən 870.000 deportasiya olunan şəxs bu bölgələrə çatmışdı. Onların əksəriyyəti düşərgələr arasında dəfələrlə köçürülür, hər birində bir neçə həftə saxlanılırdı və nəticədə sağ qalanların sayı getdikcə azalırdı.
Bu strategiya ermənilərin fiziki cəhətdən zəifləməsinə və xəstəliklərin yayılmasına səbəb olmuş, hətta bəzi düşərgələrdə xəstəliklərin Osmanlı ordusuna keçməsi təhlükəsi səbəbilə 1915-ci ilin sonlarında onların bağlanmasına gətirib çıxarmışdır.
1915-ci ilin sonlarında Hələb ətrafındakı düşərgələr ləğv edilmiş və sağ qalanlar Ras əl-Ayn istiqamətində yürüş etməyə məcbur edilmişdir. 1916-cı ilin əvvəllərində Ras əl-Ayn ətrafındakı düşərgələr də bağlanmış və sağ qalanlar Deyr əz-Zor bölgəsinə göndərilmişdir.
Ümumiyyətlə, ermənilər Suriya səhrasına doğru məcburi yürüş zamanı və sonrasında qida və sudan məhrum edilirdilər; onların çoxu aclıq, tükənmə və ya xəstəliklərdən — xüsusilə dizenteriya, tif və pnevmoniyadan — həyatını itirirdi. Bəzi yerli məmurlar ermənilərə qida təmin etsə də, digərləri bunu yalnız rüşvət müqabilində edirdi. Yardım təşkilatlarına deportasiya olunanlara qida vermək rəsmi şəkildə qadağan edilmişdi, baxmayaraq ki, bəzi hallarda bu qadağalara nəzarət edilmirdi.
Sağ qalanların ifadələrinə görə, bəzi ermənilər göstərilən yardımı qəbul etmirdilər, çünki bunun yalnız əzablarını uzadacağını düşünürdülər. Mühafizəçilər qadın məhbusları zorlayır, eyni zamanda bədəvilərin gecə düşərgələrə hücum edərək talan və zorakılıq törətməsinə şərait yaradırdılar; bəzi qadınlar məcburi nikaha cəlb olunurdu.
Minlərlə erməni uşağı övladı olmayan türk, ərəb və yəhudi ailələrinə satılırdı; bu şəxslər düşərgələrə gələrək uşaqları valideynlərindən alırdılar. Levantın qərb hissəsində, Camal Paşanın rəhbərlik etdiyi Osmanlı Dördüncü Ordusunun nəzarəti altında toplama düşərgələri və genişmiqyaslı qırğınlar müşahidə olunmurdu; əksinə, ermənilər yenidən yerləşdirilir və müharibə sahələrində işləmək üçün cəlb olunurdular. Bununla belə, onlar İslamı qəbul etməyə məcbur edilir və ya əks halda başqa ərazilərə deportasiya edilirdilər.
Ermənilərin uyğunlaşma və sağ qalma qabiliyyəti icraçıların gözlədiyindən daha yüksək olmuşdur. Hələb mərkəzli, ermənilər tərəfindən idarə olunan və təşkil edilmiş müqavimət şəbəkəsi bir çox deportasiya olunanlara yardım göstərərək onların həyatını xilas etmişdir. 1916-cı ilin əvvəlində Suriya və Mesopotamiya ərazilərində təxminən 500.000 deportasiya olunmuş şəxs hələ də sağ idi.
Sağ qalan ermənilərin müharibədən sonra öz yurdlarına qayıtmasından ehtiyat edən Tələt Paşa 1916-cı ilin fevralında qırğınların ikinci dalğasını əmr etmişdir. Deportasiyaların növbəti mərhələsi Anadolu ərazisində qalan erməniləri hədəfə almışdır.
1916-cı ilin mart-oktyabr ayları arasında 200.000-dən çox erməni qətlə yetirilmişdir; bu qırğınlar əsasən Deyr əz-Zor ətrafındakı ucqar bölgələrdə və Xabur çayı vadisinin bəzi hissələrində həyata keçirilmişdir ki, cəsədlər ictimai sağlamlıq üçün təhlükə yaratmasın. Bu qırğınlar düşərgə sistemindən sağ çıxmış ermənilərin əksəriyyətinin ölümünə səbəb olmuşdur.
Beynəlxalq reaksiya

Osmanlı imperiyası jurnalistlərin və fotoqrafların baş verən hadisələrin sənədləşdirməsinin qarşısını almağa çalışır, onları həbslə hədələyirdi. Bununla belə, kütləvi qırğınlar haqqında təsdiqlənmiş məlumatlar Qərb qəzetlərində geniş şəkildə işıqlandırılmışdı. 1915-ci il mayın 24-də Antanta ölkələri (Rusiya, Böyük Britaniya və Fransa) Osmanlı imperiyasını rəsmi surətdə “insanlıq və sivilizasiya əleyhinə cinayətlər” törətməkdə ittiham etmiş və bu əməlləri törədən şəxslərin məsuliyyətə cəlb olunacağını bəyan etmişdi. Şahid ifadələri 1916-cı ildə nəşr olunmuş "The Treatment of Armenians in the Ottoman Empire" və 1918-ci ildə çap edilmiş "Səfir Morgentaunun hekayəsi" kimi kitablarda dərc edilərək soyqırımı barədə ictimai məlumatlılığın artmasına səbəb olmuşdu.
Alman imperiyası Birinci dünya müharibəsi dövründə Osmanlı imperiyasının hərbi müttəfiqi idi. Alman diplomatları 1915-ci ilin əvvəlində ermənilərin məhdud miqyaslı köçürülməsini bəyənsələr də, sonradan soyqırımın qarşısını almaq üçün heç bir addım atmamışdılar; bu məsələ sonralar mübahisə mövzusuna çevrilmişdir.
Sağ qalan ermənilərə yardım göstərmək məqsədilə onlarla ölkədə yardım kampaniyaları təşkil olunmuşdu. 1925-ci ilə qədər 49 ölkədə insanlar humanitar yardım üçün vəsait toplamaq məqsədilə “Qızıl Qayda Bazar günləri” (ing. Golden Rule Sundays) adlı aksiyalar keçirir, həmin günlərdə erməni qaçqınlarının qida rasionuna uyğun qidalanırdılar. 1915–1930-cu illər arasında "Near East Relief" Fondu Osmanlı imperiyasından olan qaçqınlara yardım üçün 110 milyon ABŞ dolları toplamışdı ki, bu da inflyasiya nəzərə alınmaqla 2,1 milyard ABŞ dollarına bərabərdir.
Birinci Dünya müharibəsinin başa çatması
Ermənilərin qəsdən və dövlət tərəfindən təşkil olunmuş kütləvi qırğınları əsasən 1917-ci ilin yanvar ayının sonlarına doğru dayandırılmışdır, lakin ayrı-ayrı qətliamlar və aclıq halları davam etmişdir. Müasir şahidlər və sonrakı tarixçilər tərəfindən verilən qiymətləndirmələrə görə, bu soyqırım zamanı təxminən 1 milyon erməni həyatını itirmişdir; ümumi rəqəmlər isə 600.000-dən 1,5 milyonadək dəyişir.
Ümumilikdə 800.000–1,2 milyon erməni deportasiya olunmuş, 1916-cı ilin sonlarına yaxın isə onların yalnız təxminən 200.000 nəfərinin sağ qaldığı qeyd edilmişdir. 1917–1918-ci illərdə Britaniya ordusunun Levant istiqamətində şimala doğru irəliləməsi nəticəsində, Osmanlı ordusu üçün ağır şəraitdə işlədilən təxminən 100.000–150.000 erməni azad edilmişdir; bu rəqəmlərə ərəb tayfalarının nəzarəti altında saxlanılan şəxslər daxil deyildir.
Oktyabr inqilabı və onun ardınca Mərkəzi dövlətlərlə bağlanmış ayrı sülh müqaviləsi nəticəsində Rusiya ordusu bölgədən geri çəkilmiş, Osmanlı qüvvələri isə Şərqi Anadolu istiqamətində irəliləmişdir. Bu prosesin fonunda 1918-ci ilin may ayında Ermənistan Demokratik Respublikası elan edilmişdir; həmin dövrdə əhalinin təxminən 50%-ni qaçqınlar təşkil edir, ölkə ərazisinin isə 60%-i Osmanlı işğalı altında qalırdı.
Mudros müqaviləsindən sonra, 1918-ci ilin oktyabrında Osmanlı qoşunları Ermənistanın bəzi ərazilərindən geri çəkilmişdir. 1918–1920-ci illər ərzində erməni silahlı dəstələri tərəfindən minlərlə müsəlmanın öldürülməsi halları qeydə alınmış, bu hadisələr sonradan bəzi mənbələrdə soyqırımı əsaslandırmaq üçün geriyə yönəlik arqument kimi təqdim edilmişdir.
1918-ci ildə Ermənistanda, əsasən qaçqınlar olmaqla, azı 200.000 nəfər aclıq və xəstəliklər nəticəsində həlak olmuşdur. Bu humanitar fəlakət qismən ərzaq təchizatına tətbiq olunan blokada, həmçinin Osmanlı qoşunları tərəfindən — həm müharibədən əvvəl, həm də Mudros müqaviləsindən sonra — Ermənistan ərazisində əkin sahələrinin məqsədli şəkildə məhv edilməsi ilə əlaqələndirilir.
Ermənilər tərəfindən “vorpahavak” (hərfi mənada “yetimlərin toplanması”) kimi tanınan koordinasiyalı təşəbbüs təşkil edilmiş və bu çərçivədə oğurlanmış, eləcə də islamlaşdırılmış minlərlə erməni qadın və uşaq geri qaytarılmışdır. Bu proses zamanı erməni dini və ictimai liderləri ənənəvi patrilineal mənsubiyyət prinsipindən imtina edərək, erməni qadınlardan və onların müsəlman əsir götürənlərindən doğulmuş uşaqları da erməni kimi qəbul etmişlər.
Aleksandropol şəhərində yerləşən uşaq evi 25.000 yetimə sığınacaq verərək həmin dövrdə dünyada ən böyük belə müəssisə hesab olunurdu. 1920-ci ildə Konstantinopol Erməni Yeparxiyası tərəfindən verilən məlumata əsasən, onların nəzarəti altında 100.000 yetim uşaq var idi və əlavə olaraq təxminən 100.000 uşağın hələ də əsirlikdə qaldığı ehtimal edilirdi.
Məhkəmə prosesləri
Atəşkəsdən sonra Müttəfiq dövlətlər Erməni soyqırımı cinayətlərinin təşkilatçılarının məsuliyyətə cəlb olunmasını dəstəklədilər.{{sfn|Dadrian|Akçam|2011|pp=23–24} Osmanlı imperiyasının böyük vəziri Kürəkən Fərid Paşa açıq şəkildə etiraf etmişdi ki, dövlət siyasəti nəticəsində 800 min erməni əsilli Osmanlı vətəndaşı həyatını itirmişdir və “insanlıq və sivilizasiyalar bu faciə qarşısında titrəmiş və həmişə titrəyəcəkdir”.
Müharibədən sonrakı Osmanlı hökuməti Xüsusi Hərbi Tribunal adlı məhkəmələr təşkil edərək məsuliyyəti İttihad və Tərəqqi Komitəsi rəhbərliyinin üzərinə yönəltməyə çalışdı və bununla da imperiyanı bütövlükdə məsuliyyətdən kənar göstərmək, eyni zamanda Müttəfiqlər tərəfindən bölünmənin qarşısını almaq istədi. Məhkəmə qərarına əsasən, ermənilərə qarşı “kütləvi qətl” cinayəti məhz bu təşkilatın yüksək rəhbərliyi tərəfindən planlaşdırılıb həyata keçirilmişdir.
Tribunalın qərarlarına əsasən, ümumilikdə 18 nəfər ölüm cəzasına məhkum edilmişdir (o cümlədən Tələt Paşa, Ənvər Paşa və Camal Paşa), lakin onların yalnız üçü faktiki olaraq edam olunmuş, digərləri isə qaçaraq qiyabi mühakimə edilmişdir. 1920-ci il Sevr müqaviləsi ilə Ermənistana Şərqi Anadoluda geniş ərazilərin verilməsi planlaşdırıldıqdan sonra Osmanlı hökumətinin bu məhkəmələri davam etdirməkdə marağı azalmışdır. Eyni zamanda, bəzi müsəlman icmalar arasında ermənilərə qarşı həyata keçirilən tədbirlərin cəzalandırılmalı cinayət olmadığına dair geniş yayılmış inanc məhkəmə proseslərinə maneə törədirdi. Getdikcə bu hadisələr türk milli dövlətinin qurulması üçün zəruri və əsaslandırılmış addım kimi təqdim olunmağa başlanmışdır.
1921-ci il 15 mart tarixində Tələt Paşa Berlin şəhərində Erməni İnqilabi Federasiyası tərəfindən təşkil olunmuş gizli əməliyyat çərçivəsində qətlə yetirilmişdir. Bu əməliyyatın məqsədi Erməni soyqırımı cinayətlərinə görə məsul şəxsləri aradan qaldırmaq idi. Onun qatili olduğunu etiraf edən Soqomon Teyliryanın məhkəmə prosesi əsasən Tələt Paşanın soyqırımdakı roluna yönəlmişdir. Nəticədə Teyliryan alman münsiflər heyəti tərəfindən bəraət almışdır.
Türkiyə İstiqlal Müharibəsi


İttihad və Tərəqqi Komitəsi sonradan yenidən təşkil olunaraq Türkiyə İstiqlaliyyət müharibəsi dövründə fəaliyyət göstərən Türk Milli Hərəkatının tərkibinə daxil oldu və bu mübarizədə həm Erməni soyqırımı icraçılarına, həm də bu prosesdən fayda əldə etmiş şəxslərin dəstəyinə arxalandı. Bu hərəkat üçün sağ qalmış ermənilərin geri qayıtması milli məqsədlər və tərəfdarlarının maraqları üçün ciddi təhlükə kimi qəbul edilirdi. Buna görə də Anadolu ərazisinin böyük hissəsində onların geri dönməsi faktiki olaraq mümkünsüz idi və geri qayıtmağa çalışan minlərlə erməni öldürülmüşdü.
Tarixçi Raymond Kevorkyan qeyd edir ki, İstiqlal müharibəsi “erməni, yunan və aysor sağ qalanların tamamilə aradan qaldırılması ilə soyqırımın tamamlanmasına yönəlmişdi”. 1920-ci ildə türk generalı Kazım Qarabəkir Ermənistan ərazisinə hücum edərək “Ermənistanı fiziki və siyasi cəhətdən məhv etmək” əmri ilə hərəkət etmişdir. Nəticədə, Zaqafqaziyada türk ordusu tərəfindən təxminən 100 min erməni qətlə yetirilmiş, daha 100 min nəfər isə Kilikiya bölgəsindən fransız qoşunlarının geri çəkilməsi zamanı qaçmağa məcbur olmuşdur. Kevorkyanın fikrincə, yalnız Sovet ordusunun Ermənistanı işğal etməsi daha geniş miqyaslı yeni bir qətliamın qarşısını almışdır.
Qələbə qazanan milli qüvvələr 1923-cü ildə Türkiyə Respublikasının yaradıldığını elan etdilər. İttihad və Tərəqqi Komitəsi ilə əlaqəli müharibə cinayətkarlarına amnistiya verild və həmin il imzalanan Lozanna müqaviləsi Türkiyənin bugünkü sərhədlərini müəyyənləşdirdi və yunan əhalisinin köçürülməsini nəzərdə tutdu. Müqavilədə qeyri-müsəlman azlıqların qorunmasına dair müddəalar olsa da, onların icrasını təmin edən mexanizm mövcud deyildi və praktikada bu müddəalara əməl olunmadı.
Erməni soyqırımından sağ qalan ermənilər əsasən üç bölgədə cəmləşmişdilər. Təxminən 295 min nəfər soyqırım dövründə rusların nəzarətində olan ərazilərə qaçmış və sonradan əsasən Sovet Ermənistanında məskunlaşmışdı. Təxminən 200 min erməni qaçqın Yaxşın Şərq regionuna yerləşərək erməni diasporasının yeni dalğasını formalaşdırdı. Türkiyədə isə təxminən 100 min erməni İstanbul şəhərində, əlavə olaraq 200 min nəfər isə əyalətlərdə yaşayırdı. Bu əhali əsasən zorla din dəyişdirmiş qadın və uşaqlardan ibarət idi. İstanbuldakı ermənilər ayrı-seçkiliyə məruz qalsalar da, müəyyən dərəcədə öz mədəni kimliklərini qoruyub saxlaya bilirdilər. Türkiyənin digər bölgələrində yaşayan ermənilər isə 1923-cü ildən sonra da zorla islamlaşdırma və qızların oğurlanması kimi təzyiqlərlə üzləşirdilər. 1922–1929-cu illər arasında Türkiyə hakimiyyəti ölkənin cənub bölgələrində qalan erməniləri də sistemli şəkildə aradan qaldıraraq minlərlə insanı Livan və Suriyadakı Fransız mandatı ərazisinə deportasiya etmişdir.
Miras
Tarixçi Marqaret Laviniya Andersonun fikrincə, Erməni soyqırımı İkinci Dünya müharibəsindən əvvəl “təsəvvür edilə bilən dəhşətlərin zirvəsi” kimi “ikonik status” qazanmışdı. Müasirləri bu hadisəni “bir millətin qətli”, “irqin məhv edilməsi”, “dövrün ən böyük cinayəti” və “müasir tarixdə ən qara səhifə” kimi təsvir edirdilər. Tarixçi Stefan İriqin fikrincə isə, Almaniyada nasistlər 1923-cü ildən sonrakı Türkiyəni soyqırımdan sonrakı “model” kimi qiymətləndirmiş və Erməni soyqırımından çıxarılan “dərsləri”, taktika və “nəticələri” öz ideoloji dünyagörüşlərinə daxil etmişdilər.
Türkiyə
1920-ci illərdə kürdlər və ələvilər ermənilərin yerini tutaraq Türkiyə dövlətinin nəzərində əsas “daxili düşmən” kimi qəbul edilməyə başlanmışdı. Militarizm, hüququn aliliyinin zəifliyi, azlıqların hüquqlarının məhdudlaşdırılması və xüsusilə Türkiyənin daim təhlükə altında olduğu düşüncəsi, bunun nəticəsində dövlət zorakılığına haqq qazandırılması, Erməni soyqırımının Türkiyədə qoyduğu əsas miraslardan biri hesab olunur.
Müharibədən sonrakı Türkiyədə soyqırımın icraçıları milli mübarizənin şəhidləri kimi təqdim edilirdi. Türkiyənin Erməni soyqırımını rəsmi şəkildə inkar etməsi bu gün də İttihad və Tərəqqi Komitəsinin öz əməllərinə verdiyi əsaslandırmalara söykənir. Türkiyə hökuməti ermənilərin kütləvi deportasiyasını imperiyanın mövcudluğuna yönəlmiş təhlükəyə qarşı qanuni tədbir kimi qiymətləndirir, lakin erməni xalqını məhv etmək niyyətinin olmadığını bildirir. Hökumətin bu mövqeyi Türkiyə vətəndaşlarının böyük əksəriyyəti tərəfindən dəstəklənir.
Özləri də Türkiyədə siyasi təqiblərə və repressiyalara məruz qalmış bir çox kürd isə Erməni soyqırımını tanımış və onu açıq şəkildə pisləmişdir.
Erməni soyqırımının açıq şəkildə müzakirə olunması Türkiyə tərəfindən respublikanın təməli ilə əlaqəli olduğuna görə milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir və bu mövzu onilliklər boyunca ciddi senzura altında saxlanılmışdır.

2002-ci ildə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) hakimiyyətə gəlməsindən sonra senzura müəyyən dərəcədə yumşaldılmışdır. Məsələnin ictimai müstəvidə daha geniş diqqət qazanmasına isə barışığın tərəfdarı kimi tanınan türk-erməni jurnalisti Hrant Dinkin 2007-ci ildə qətlə yetirilməsi səbəb olmuşdur. AK Partiya dövlətin rəsmi inkar ritorikasını müəyyən qədər yumşaldaraq erməniləri Osmanlı imperiyasının müharibə itkilərinin bir hissəsi kimi təqdim etsə də, 2010-cu illərdə siyasi repressiyalar və senzura yenidən güclənmişdir. Türkiyənin soyqırımın xarici ölkələrdə tanınmasının və ya ümumiyyətlə yad edilməsinin qarşısını almağa yönəlmiş yüzillik siyasəti milyonlarla dollar məbləğində lobbiçilik fəaliyyətini, eləcə də hədələmə və təzyiq üsullarını əhatə etmişdir.
Azərbaycan və Ermənistan
1988-ci ildə Ermənistan SSR-də başlayan Qarabağ hərəkatı, ermənilər və azərbaycanlılar arasında beynəlxalq səviyyədə Azərbaycan ərazisinin kimi tanınan Dağlıq Qarabağ uğrunda münaqişə yaranmasına səbəb olmuşdur. Əvvəlcə ermənilər tərəfindən keçirilən dinc nümayişlərlə başlayan hərəkat, sonradan zorakılıq xarakteri almış və hər iki tərəfin törətdiyi qırğınlarla müşayiət olunmuşdur; nəticədə yarım milyondan çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə dövründə Azərbaycan və Ermənistan hökumətləri mütəmadi olaraq bir-birini soyqırımı planlaşdırmaqda ittiham etmişdir. Azərbaycan həmçinin Erməni soyqırımının inkar edilməsinə yönəlmiş Türkiyə siyasətinə qoşulmuşdur.
Erməni Soyqırımı Qurbanlarının Anım Günü hər il 24 aprel tarixində Ermənistanda və xarici ölkələrdə qeyd olunur; bu tarix erməni ziyalılarının deportasiyasının ildönümünə təsadüf edir.
1965-ci il 24 apreldə Yerevan şəhərində 100 mindən çox erməni nümayiş keçirmiş, diaspora erməniləri isə dünyanın müxtəlif ölkələrində soyqırımın tanınması və Türkiyədən ərazi tələbləri ilə bağlı aksiyalar təşkil etmişdilər. İki il sonra soyqırım qurbanlarının xatirəsinə Yerevan şəhərinin yaxınlığında Tsitsernakaberd memorial kompleksi inşa edilmişdir.

Beynəlxalq qəbulu
Türkiyənin davam edən rəsmi inkar siyasətinə cavab olaraq, erməni diasporunun bir çox fəalı Erməni soyqırımının beynəlxalq səviyyədə rəsmi şəkildə tanınması istiqamətində lobbiçilik fəaliyyəti aparmışdır; bu məsələ tədricən, erməni diasporunun əsas fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.
1970-ci illərdən etibarən bir çox dövlət Türkiyə ilə yaxşı münasibətləri qorumaq məqsədilə soyqırımın tanınmasından yayınmışdır. 2025-ci ilə olan məlumata görə, Erməni soyqırımı BMT-yə üzv 34 dövlət, eləcə də Müqəddəs Taxt və Avropa Parlamenti tərəfindən rəsmi şəkildə tanınmışdır.
Mədəniyyətdə
Yaxın Şərqdə erməni soyqırımından sağ çıxmış şəxslərlə görüşdükdən sonra avstriyalı yazıçı Frans Verfel nasizmin təhlükələrinə xəbərdarlıq məqsədilə "Musa dağın qırx günü" romanını qələmə almışdır. Əsər Musa dağındakı erməni üsyanının bədii şəkildə yenidən işlənmiş təsviridir. Tarixçi Stefan İriqin fikrincə, 1933-cü ildə nəşr olunan bu kitab soyqırımı mövzusuna həsr edilmiş XX əsr ədəbiyyatının ən mühüm əsərlərindən biridir və “dünyanın müxtəlif yerlərində yaşayan ermənilər üçün hələ də vacib oxu materialı hesab olunur”.
Soyqırımı mövzusu ingilisdilli erməni-amerikan ədəbiyyatının da əsas istiqamətlərindən birinə çevrilmişdir. Erməni soyqırımı haqqında ilk ekran işi olan "Parça-parça olmuş Ermənistan" filmi, 1919-cu ildə Yaxın Şərq Yardım Komitəsi üçün vəsait toplamaq məqsədilə çəkilmişdir. Film, Avrora Mardiqanyanın sağ qalma hekayəsinə əsaslanırdı və o, filmdə öz başına gələnləri təsvir etmişdi. Sonrakı dövrlərdə soyqırımı haqqında başqa filmlər də çəkilmişdir, lakin onların geniş tamaşaçı auditoriyasına çatması üçün bir neçə onillik keçmişdir.
Abstrakt ekspressionist rəssam Arşil Qorkinin yaradıcılığı soyqırımı təcrübəsinin təsiri altında formalaşmışdır. Hadisələrin xatirəsini əbədiləşdirmək məqsədilə dünyanın 32 ölkəsində 200-dən çox memorial ucaldılmışdır.
Arxivlər və tarixşünaslıq
Erməni soyqırımı, Almaniya, Avstriya, ABŞ, Rusiya, Fransa və Birləşmiş Krallıq arxivlərində, eləcə də Osmanlı arxivlərində geniş şəkildə sənədləşdirilmişdir. Bundan əlavə, Osmanlı ərazisində çalışmış Avropa missionerləri və erməni sağ qalanları tərəfindən təqdim edilmiş çoxsaylı şahid ifadələri də mövcuddur.
1944-cü ildə “soyqırımı” terminini irəli sürmüş polyak-yəhudi hüquqşünası Rafael Lemkin 1921-ci ildə Soqomon Teyliryanın Tələt Paşanın qətli ilə bağlı məhkəmə prosesini oxuduqdan sonra müharibə cinayətləri məsələsi ilə maraqlanmağa başlamışdı. Lemkin ermənilərin taleyini XX əsrin ən mühüm qırğınlardan biri kimi qiymətləndirirdi.
Türkiyədən kənardakı tarixçilərin və alimlərin demək olar ki, hamısı, eləcə də bir sıra türk tədqiqatçıları Osmanlı imperiyası ərazisində ermənilərin məhv edilməsini soyqırımı kimi tanıyırlar.
Qeydlər
- 1.5 milyon ən çox istifadə edilən rəqəmdir, Lakin, müxtəlif mənbələrdə 800,000-dən 1,800,000-ə kimi müxtəlif rəqəmlər göstərilir.
- Azərbaycan dövlətinin 1915-ci ildə baş vermiş bu hadisələri soyqırım olaraq tanımamasına görə, azərbaycandilli elmi və publisistik ədəbiyyatda həmin hadisələrdən bəhs edilərkən əksər hallarda adın əvvəlinə "Qondarma" və ya "Uydurma" sözü də əlavə edilir.
- Bütün nüfuzlu ensiklopediyalar və əksər akademik mənbələrdə hadisə "Erməni soyqırımı" adıyla təqdim edilir.
- Klassik erməni orfoqrafiyası ilə Հայոց ցեղասպանութիւն
- Talaat əvvəllər “bəy” titulunu daşıyırdı və buna görə 1917-ci ildə “paşa” titulunu alana qədər “Talaat bəy” kimi tanınırdı.
Ədəbiyyat
- Akçam, Taner. "When Was the Decision to Annihilate the Armenians Taken?". Journal of Genocide Research. 21 (4). 2019: 457–480. doi:10.1080/14623528.2019.1630893. ISSN 1462-3528.
- Ben Aharon, Eldad. "Recognition of the Armenian Genocide after its Centenary: A Comparative Analysis of Changing Parliamentary Positions". Israel Journal of Foreign Affairs. 13 (3). 2019: 339–352. doi:10.1080/23739770.2019.1737911. hdl:1887/92270.
- Bjørnlund, Matthias. "The 1914 cleansing of Aegean Greeks as a case of violent Turkification". Journal of Genocide Research. 10 (1). 2008: 41–58. doi:10.1080/14623520701850286.
- Ekmekçioğlu, Lerna. "A Climate for Abduction, a Climate for Redemption: The Politics of Inclusion during and after the Armenian Genocide". Comparative Studies in Society and History. 55 (3). 2013: 522–553. doi:10.1017/S0010417513000236. hdl:1721.1/88911. JSTOR 23526015.
- Kaiser, Hilmar. "Financing the Ruling Party and Its Militants in Wartime:The Armenian Genocide and the Kemah Massacres of 1915". Études arméniennes contemporaines (12). 2019: 7–31. doi:10.4000/eac.1942.
- Kurt, Ümit. "Cultural Erasure: The Absorption and Forced Conversion of Armenian Women and Children, 1915–1916". Études arméniennes contemporaines (7). 2016. doi:10.4000/eac.997.
- Miller, Angela. "Achilles the Bitter: Gorky and the Genocide". Oxford Art Journal. 33 (3). 2010: 392–396. doi:10.1093/oxartj/kcq025.
- Shirinian, George N. "Starvation and Its Political Use in the Armenian Genocide". Genocide Studies International. 11 (1). 2017: 8–37. doi:10.3138/gsi.11.1.01.
- Tusan, Michelle. "'Crimes against Humanity': Human Rights, the British Empire, and the Origins of the Response to the Armenian Genocide". The American Historical Review. 119 (1). 2014: 47–77. doi:10.1093/ahr/119.1.47.
- Watenpaugh, Keith David. "'Are There Any Children for Sale?': Genocide and the Transfer of Armenian Children (1915–1922)". Journal of Human Rights. 12 (3). 2013: 283–295. doi:10.1080/14754835.2013.812410.
- Гурко-Кряжин В.: Армянский вопрос (БСЭ. Изд. 1, т. 3. — М.: 1926, С.437–440.) 2008-07-20 at the Wayback Machine, Баку : Коммунист, 1990. – 16 с. – 50000 экз. – На азерб. и рус. яз.
- Türkan Məhərrəmova. 24 APREL 1915: TARİXİ FAKTLAR VƏ TƏHRİF EDİLMİŞ YANAŞMALAR Arxiv surəti 15 fevral 2026 tarixindən Wayback Machine saytında. Journal of “HISTORY OF SCIENCE” (ISSN: 2790-0029), 2026, Cild 7, Say 1, Sıra 24. ss.29-35
Fəsillər
- Ahmed, Ali. Turkey // Encyclopedia of the Developing World (ingilis). Routledge. 2006. 1575–1578. ISBN 978-1-57958-388-0.
- Anderson, Margaret Lavinia. Who Still Talked about the Extermination of the Armenians? // A Question of Genocide: Armenians and Turks at the End of the Ottoman Empire (ingilis). Oxford University Press. 2011. 199–217. ISBN 978-0-19-539374-3.
- Astourian, Stephan. The Silence of the Land: Agrarian Relations, Ethnicity, and Power // A Question of Genocide: Armenians and Turks at the End of the Ottoman Empire. Oxford University Press. 2011. 55–81. ISBN 978-0-19-539374-3.
- Bloxham, Donald; Göçek, Fatma Müge. The Armenian Genocide // The Historiography of Genocide (ingilis). Palgrave Macmillan UK. 2008. 344–372. ISBN 978-0-230-29778-4.
- Chorbajian, Levon. 'They Brought It on Themselves and It Never Happened': Denial to 1939 // The Armenian Genocide Legacy (ingilis). Palgrave Macmillan UK. 2016. 167–182. ISBN 978-1-137-56163-3.
- Cora, Yaşar Tolga. Towards a Social History of the Ottoman War Economy: Manufacturing and Armenian Forced Skilled-Laborers // Not All Quiet on the Ottoman Fronts: Neglected Perspectives on a Global War, 1914–1918. Ergon-Verlag. 2020. 49–72. ISBN 978-3-95650-777-9.
- Der Mugrdechian, Barlow. The Theme of Genocide in Armenian Literature // The Armenian Genocide Legacy (ingilis). Palgrave Macmillan UK. 2016. 273–286. ISBN 978-1-137-56163-3.
- Dündar, Fuat. Pouring a People into the Desert: The "Definitive Solution" of the Unionists to the Armenian Question // A Question of Genocide: Armenians and Turks at the End of the Ottoman Empire (ingilis). Oxford University Press. 2011. 276–286. ISBN 978-0-19-539374-3.
- Göçek, Fatma Müge. Reading Genocide: Turkish Historiography on 1915 // A Question of Genocide: Armenians and Turks at the End of the Ottoman Empire. Oxford University Press. 2011. 42–52. ISBN 978-0-19-539374-3.
- Kaiser, Hilmar. Genocide at the Twilight of the Ottoman Empire // The Oxford Handbook of Genocide Studies (ingilis). Oxford University Press. 2010. 365–385. ISBN 978-0-19-923211-6.
- Kaligian, Dikran. Convulsions at the End of Empire: Thrace, Asia Minor, and the Aegean // Genocide in the Ottoman Empire: Armenians, Assyrians, and Greeks, 1913–1923 (ingilis). Berghahn Books. 2017. 82–104. ISBN 978-1-78533-433-7.
- Kévorkian, Raymond. // Destruction and Human Remains: Disposal and Concealment in Genocide and Mass Violence (ingilis). Manchester University Press. 2014. 89–116. ISBN 978-1-84779-906-7. JSTOR j.ctt1wn0s3n.9. 16 aprel 2021 tarixində orijinalından arxivləşdirilib.
- Kévorkian, Raymond. The Final Phase: The Cleansing of Armenian and Greek Survivors, 1919–1922 // Collective and State Violence in Turkey: The Construction of a National Identity from Empire to Nation-State (ingilis). Berghahn Books. 2020. 147–173. ISBN 978-1-78920-451-3.
- Kieser, Hans-Lukas; Bloxham, Donald. Genocide // The Cambridge History of the First World War: Volume 1: Global War. Cambridge University Press. 2014. 585–614. ISBN 978-0-511-67566-9.
- Koinova, Maria. Conflict and Cooperation in Armenian Diaspora Mobilisation for Genocide Recognition // Diaspora as Cultures of Cooperation: Global and Local Perspectives (ingilis). Springer International Publishing. 2017. 111–129. ISBN 978-3-319-32892-8.
- Leonard, Thomas C. When news is not enough: American media and Armenian deaths // America and the Armenian Genocide of 1915. Cambridge University Press. 2004. 294–308. ISBN 978-0-521-82958-8.
- Maksudyan, Nazan. The Orphan Nation: Gendered Humanitarianism for Armenian Survivor Children in Istanbul, 1919–1922 // Gendering Global Humanitarianism in the Twentieth Century: Practice, Politics and the Power of Representation (ingilis). Springer International Publishing. 2020. 117–142. ISBN 978-3-030-44630-7.
- Marsoobian, Armen. The Armenian Genocide in Film: Overcoming Denial and Loss // The History of Genocide in Cinema: Atrocities on Screen (ingilis). Bloomsbury Publishing. 2016. 73–86. ISBN 978-1-78673-047-3.
- Mouradian, Khatchig. Internment and destruction: Concentration camps during the Armenian genocide, 1915–16 // Internment during the First World War: A Mass Global Phenomenon (ingilis). Routledge. 2018. 145–161. ISBN 978-1-315-22591-3.
- Üngör, Uğur Ümit. (PDF) // Holocaust and Other Genocides (PDF) (ingilis). NIOD Institute for War, Holocaust and Genocide Studies / Amsterdam University Press. 2012. 45–72. ISBN 978-90-4851-528-8. 25 aprel 2021 tarixində (PDF) arxivləşdirilib. İstifadə tarixi: 7 may 2026.
- Üngör, Uğur Ümit. The Armenian Genocide in the Context of 20th-Century Paramilitarism // The Armenian Genocide Legacy (ingilis). Palgrave Macmillan UK. 2016. 11–25. ISBN 978-1-137-56163-3.
- Zürcher, Erik Jan. Renewal and Silence: Postwar Unionist and Kemalist Rhetoric on the Armenian Genocide // A Question of Genocide: Armenians and Turks at the End of the Ottoman Empire. Oxford University Press. 2011. 306–316. ISBN 978-0-19-539374-3.
Jurmal məqalələri
- Akçam, Taner. "When Was the Decision to Annihilate the Armenians Taken?". Journal of Genocide Research. 21 (4). 2019: 457–480. doi:10.1080/14623528.2019.1630893. ISSN 1462-3528.
- Ben Aharon, Eldad. "Recognition of the Armenian Genocide after its Centenary: A Comparative Analysis of Changing Parliamentary Positions". Israel Journal of Foreign Affairs. 13 (3). 2019: 339–352. doi:10.1080/23739770.2019.1737911. hdl:1887/92270.
- Bjørnlund, Matthias. "The 1914 cleansing of Aegean Greeks as a case of violent Turkification". Journal of Genocide Research. 10 (1). 2008: 41–58. doi:10.1080/14623520701850286.
- Ekmekçioğlu, Lerna. "A Climate for Abduction, a Climate for Redemption: The Politics of Inclusion during and after the Armenian Genocide". Comparative Studies in Society and History. 55 (3). 2013: 522–553. doi:10.1017/S0010417513000236. hdl:1721.1/88911. JSTOR 23526015.
- Kaiser, Hilmar. "Financing the Ruling Party and Its Militants in Wartime:The Armenian Genocide and the Kemah Massacres of 1915". Études arméniennes contemporaines (12). 2019: 7–31. doi:10.4000/eac.1942.
- Kurt, Ümit. "Cultural Erasure: The Absorption and Forced Conversion of Armenian Women and Children, 1915–1916". Études arméniennes contemporaines (7). 2016. doi:10.4000/eac.997.
- Miller, Angela. "Achilles the Bitter: Gorky and the Genocide". Oxford Art Journal. 33 (3). 2010: 392–396. doi:10.1093/oxartj/kcq025.
- Shirinian, George N. "Starvation and Its Political Use in the Armenian Genocide". Genocide Studies International. 11 (1). 2017: 8–37. doi:10.3138/gsi.11.1.01.
- Tusan, Michelle. "'Crimes against Humanity': Human Rights, the British Empire, and the Origins of the Response to the Armenian Genocide". The American Historical Review. 119 (1). 2014: 47–77. doi:10.1093/ahr/119.1.47.
- Watenpaugh, Keith David. "'Are There Any Children for Sale?': Genocide and the Transfer of Armenian Children (1915–1922)". Journal of Human Rights. 12 (3). 2013: 283–295. doi:10.1080/14754835.2013.812410.
- 1923-cü ilin terror hadisələri
- Erməni soyqırımı
- Birinci Dünya müharibəsi
- Ermənistan–Türkiyə münasibətləri
- Avropada etnik təmizləmə
- Asiyada etnik təmizləmə
- Xalqların deportasiyası
- Ermənistan tarixi
- Erməni qırğınları
- 1915-ci ildə Osmanlı imperiyası




