Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mehrəliyev Eybalı Qara oğlu Mehrəliyev (1930, Bico – oktyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor.

Eybalı Mehrəliyev

Vikipediya, azad ensiklopediya
Eybalı Mehrəliyev
Doğum tarixi 1930(1930)
Doğum yeri
  • Bico, Azərbaycan
Vəfat tarixi oktyabr 2011(2011-10) (80–81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru

Mehrəliyev Eybalı Qara oğlu Mehrəliyev (1930, Bico – oktyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor.

Həyatı

1930-cu ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur.

1951-ci ildə ADPİ-nu bitirmişdir. İnstitutda laborant, Coğrafiya İnstitutunda kiçik elmi işçi, EA-nın İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent işləmişdir.

APİ-nin dekanı olmuş, Kosmik tədqiqatlar EİB-nin laboratoriya müdiri işləmiş, Coğrafiya İnstitutunda "Əhali coğrafiyası" şöbəsini yaratmış və ona rəhbərlik etmişdir.

E.Q.Mehrəliyev 1958-ci ildə Bakıda namizədlik, 1992-ci ildə Kiyevdə doktorluq dissertasiyası müdafiə etmişdir.

150-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabçanın, 14 çap olunmuş elmi işin, 14 elmi-tədqiqat hesabatının müəllifidir.

Dövlət İdarəçilik Akademiyasında işləyirdi. 2011-ci ildə oktyabr ayında Bakı şəhərində vəfat etmişdir.

Üst