Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Eynişah Sultan 1475-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlə

Eynişah Sultan

Vikipediya, azad ensiklopediya
Eynişah Sultan
türk. Aynişah Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1463(1463)
Doğum yeri
  • Amasya ili, Türkiyə
Vəfat tarixi 1514(1514) (50–51 yaşında)
Vəfat yeri
Fəaliyyəti əsilzadə
Atası II Bəyazid
Anası Şirin Xatun
Həyat yoldaşları Gödək Əhməd
Malkoçoğlu Yəhya Paşa
Uşaqları Nəslihan xanım Sultan
Xanzadə xanım Sultan
Sultanzadə Zeynəlabidin bəy
Ailəsi Osmanlı xanədanı
Dini İslam

Eynişah Sultan (1463, Amasya ili1514, İstanbul) — 8-ci Osmanlı sultanı II Bəyazidin qızı.

Həyatı

Eynişah Sultan 1475-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Eynişah Sultan və anası 1480-ci ildə Trabzon sancaqbəyi təyin edilən qardaşı Şahzadə Abdullahla birlikdə Trabzona, ertəsi il isə Konyaya yollandı. Qardaşının ölümünədək burada qalan Eynişah Sultan və anası daha sonra Bursaya getdi.

1489-cu ildə Eynişah Sultan atasının istəyilə, Ağqoyunlu sultanı Uzun Həsən Osmanlılara sığınan oğlu Uğurlu Məhəmmədlə bibisi Gövhər Sultanın oğlu Gödək Əhməd bəylə nikahlandı. Bir neçə il sonra Şərqi Anadoluda başlayan taxt mübarizəsinə qatılan Gödək Əhməd qısa müddət hakimiyyətdə qaldıqdan sonra 1497-ci ildə qətlə yetirildi. Bu müddət ərzində İstanbulda qalan Eynişah Sultan müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1506-cı ildə Fatehdə sübyan məktəbi inşa etdirdi və vəfatından sonra vəsiyyətinə əsasən, bu məktəbin həyətinə dəfn edildi. Anası Şirin Xatunun Muradiyə külliyəsindəki türbəsində dəfn olunan Eynişah Sultan isə qardaşı Şahzadə Abdullahın qızıdır.

Qardaşları və atası arasında başlayan taxt mübarizəsində vasitəçilik etməyəçalışan Eynişah Sultan taxta çıxan ögey qardaşı Yavuz Sultan Səlimə məktub yazaraq onu təbrik etdi. 26 sentyabr 1535-ci ildə İstanbulda vəfat etmişdir.

Övladları

  • Nəslixan xanım Sultan — dayısı Şahzadə Əhmədin oğlu Ələddin Əliylə evlənmişdir.
    • Xundi Sultan — Kastamonu sancaqbəyi Sunullah bəylə evlənmişdir.
  • Xanzadə xanım Sultan — 1508-ci ildə Malqoçoğlu Yəhya Paşanın oğlu Bali bəylə evləndi.
    • Dərviş bəy
  • Sultanzadə Zeynəlabdin bəy
Üst