Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eyvaz Mövsüm oğlu Hüseynov (15 fevral 1959, Muğanlı, DQMV) — Azərbayacan Respublikası Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Birinci Qarabağ müharibəsi vet

Eyvaz Hüseynov

  • Ana Səhifə
  • Eyvaz Hüseynov

Eyvaz Mövsüm oğlu Hüseynov (15 fevral 1959, Muğanlı, DQMV) — Azərbayacan Respublikası Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Birinci Qarabağ müharibəsi veteranı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi iştirakçısı.

Eyvaz Hüseynov
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
2 iyul 1992-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1959(1959-02-15) (67 yaş)
Doğum yeri
  • Muğanlı, Martuni rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Texniki Universiteti,
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti dövlət xadimi
Hərbi xidmət
Döyüşlər Birinci Qarabağ müharibəsi
Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Mündəricat

Həyatı və təhsili

Eyvaz Hüseynov 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Xocavənd rayon Kuropatkin kənd tam orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun "Elektron hesablayıcı maşınları" fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir.

Ailəsi

Ailəlidir, 3 övladı var.

Fəaliyyəti

Əmək fəaliyyəti

1981-ci ildə Bakı radio zavodunda mühəndis, 1988-ci ildə Xocavənd rayonu Muğanlı kənd "Səməd Vurğun" adına kolxozda Baş mühasib, 1990-cı ildə Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Birinci Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olmuşdur. Torpaqların müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanmışdır. Xocavənd istiqanətində aparılan bir çox döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 2016-cı il Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikasının nüfuzlu kütləvi informasiya vasitələrində, ictimai siyasi mövzuda araşdırma xarakterli məqalələri dərc olunmuşdur.

Təltifləri

  • Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

Filmoqrafiya

  • Ruhum qarabağlıdır (film, 2012)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    İsim

  • Mart 26, 2026

    Cəlilabad rayonu

  • Aprel 08, 2026

    Ufa (çay)

  • Aprel 16, 2026

    Vyetnam bayrağı

  • Mart 27, 2026

    Kompüter

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst