| Eyvaz Məmmədov | |
|---|---|
| |
| 2 noyabr 1970 – 29 yanvar 1980 | |
| Əvvəlki | İshaq Gülməmmədov (1959-cu ilədək) |
| Sonrakı | Nəriman Yusifov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1921 |
| Vəfat tarixi | 1984 (62–63 yaşında) |
| Dəfn yeri |
|
| Təhsili |
|
| Rütbəsi |
|
| Təltifləri | |
Eyvaz Əbdürəhman oğlu Məmmədov (1921 – 1984) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ədliyyə naziri (1970–1980).
Həyatı
Eyvaz Əbdürəhman oğlu Məmmədov 1921-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1938–1944-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur.
1944–1965-ci illərdə dövlət təhlükəsizliyi orqanlarında xidmət edən Eyvaz Məmmədov 1965–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini, Azərbaycan SSR Nazirlər Soveti yanında Hüquq Komissiyası sədrinin müavini vəzifələrində işləmişdir.
Eyvaz Məmmədov 1970-ci ildə Ədliyyə Nazirliyi yenidən təsis olunduqda nazir vəzifəsinə təyin edilmiş, 1980-ci ildə təqaüdə çıxanadək bu vəzifədə işləmişdir. O, 1942-ci ildə ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 8 və 9-cu çağırış deputatı seçilmişdir.
Həmçinin bax
- Azərbaycan ədliyyə nazirlərinin siyahısı
- 1921-ci ildə doğulanlar
- 1984-cü ildə vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar
- Bakı Dövlət Universitetinin məzunları
- Dövlət təhlükəsizliyinin fəxri işçiləri
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan hüquqşünasları
- Azərbaycan SSR ədliyyə nazirləri
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
