Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Eyvaz Əbdürəhman oğlu Məmmədov (1921 – 1984) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ədliyyə naziri (1970–1980).

Eyvaz Məmmədov

Vikipediya, azad ensiklopediya
Eyvaz Məmmədov
Azərbaycan SSR ədliyyə naziri
2 noyabr 1970 29 yanvar 1980
Əvvəlkiİshaq Gülməmmədov
(1959-cu ilədək)
SonrakıNəriman Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi 1921(1921)
Vəfat tarixi 1984(1984) (62–63 yaşında)
Dəfn yeri
  • II Fəxri Xiyaban
Təhsili
  • Bakı Dövlət Universiteti
Rütbəsi
  • polkovnik
Təltifləri Dövlət təhlükəsizliyinin fəxri işçisi — 1960

Eyvaz Əbdürəhman oğlu Məmmədov (19211984) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ədliyyə naziri (1970–1980).

Həyatı

Eyvaz Əbdürəhman oğlu Məmmədov 1921-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1938–1944-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur.

1944–1965-ci illərdə dövlət təhlükəsizliyi orqanlarında xidmət edən Eyvaz Məmmədov 1965–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini, Azərbaycan SSR Nazirlər Soveti yanında Hüquq Komissiyası sədrinin müavini vəzifələrində işləmişdir.

Eyvaz Məmmədov 1970-ci ildə Ədliyyə Nazirliyi yenidən təsis olunduqda nazir vəzifəsinə təyin edilmiş, 1980-ci ildə təqaüdə çıxanadək bu vəzifədə işləmişdir. O, 1942-ci ildə ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 8 və 9-cu çağırış deputatı seçilmişdir.

Həmçinin bax

  • Azərbaycan ədliyyə nazirlərinin siyahısı
Üst