Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Füzuli Ələkbərov (3 fevral 1958, Saltaq, Culfa rayonu) — Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.

Füzuli Ələkbərov

  • Ana Səhifə
  • Füzuli Ələkbərov

Füzuli Ələkbərov (3 fevral 1958, Saltaq, Culfa rayonu) — Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.

Füzuli Ələkbərov
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
7 fevral 2006 – 22 oktyabr 2013
ƏvvəlkiƏli Nağıyev
SonrakıSəlim Müslümov
Şəxsi məlumatlar
Doğum tarixi 3 fevral 1958(1958-02-03) (68 yaş)
Doğum yeri
  • Saltaq, Culfa rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti siyasətçi

Həyatı

Füzuli Ələkbərov 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.

Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb.

Rus, türk və ingilis dillərində sərbəst danışır. Ailəlidir, dörd övladı var. İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Ələkbərovun qardaşıdır.

İctimai-siyasi fəaliyyəti

Füzuli Ələkbərov Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987–1991-ci illərdə "Sputnik" Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb.

1992–2006-cı illərdə "İmproteks" Şirkətlər Qrupunun prezidenti olub. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 1996-cı ildən Azərbaycan Respublikası Cüdo Federasiyasının prezidentidir. 1993-cü ildən YAP-nın üzvüdür.

Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2006-cı il tarixli 1277 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 26, 2026

    Gülhüseyn Hüseynoğlu

  • Aprel 03, 2026

    Nəriman İmranov

  • Mart 26, 2026

    Ədliyyə Nazirliyi (Azərbaycan)

  • Mart 27, 2026

    Hamiləlik

  • Aprel 08, 2026

    Rəng (muğam)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst