Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Füzuli Hacıyev (4 aprel 1956, Siyəzən) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (1995–2002), Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2002–2007), tarix elmlə

Füzuli Hacıyev

  • Ana Səhifə
  • Füzuli Hacıyev

Füzuli Hacıyev (4 aprel 1956, Siyəzən) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (1995–2002), Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2002–2007), tarix elmləri üzrə fəlsəfə doktoru.

Füzuli Hacıyev
Lerik Rayon İcra Hakimiyyətinin başçısı
22 iyun 2002-ci il – 2 aprel 2007-ci il
ƏvvəlkiNovruz Novruzov
SonrakıRövşən Bağırov
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı
4 avqust 1995-ci il – 22 iyun 2002-ci il
ƏvvəlkiFirudin Əhmədov
SonrakıMövsüm Bədirxanov
Şəxsi məlumatlar
Doğum tarixi 4 aprel 1956(1956-04-04) (70 yaş)
Doğum yeri
  • Siyəzən, Siyəzən rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti tarixçi

Təltifləri "Tərəqqi" medalı

Həyatı

Füzuli Mirzə oğlu Hacıyev 1956-cı il aprelin 4-də Siyəzən şəhərində anadan olmuşdur. 1973-cü ildə Siyəzən şəhər 2 saylı orta məktəbini, 1977-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, daha sonra isə aspiranturanı bitirmişdir.

1977–1992-ci illərdə Dəvəçi və Siyəzən rayonlarında orta məktəblərdə tarix müəllimi işləmişdir.

1992-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 1992–1995-ci illərdə Siyəzən Rayon Xalq Deputatları Sovetinin sədri, 1995–2002-ci illərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2007-ci illərdə isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

1990–1995-ci illərdə Şabran (Dəvəçi) Rayon Xalq Deputatları Sovetinin və Siyəzən Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.

2007-ci ilin aprel ayında SOCAR Eİ ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

2000-ci ildə "XVIII-XIX əsrin birinci otuzilliyində Azərbaycan — Dağıstan münasibətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

Yeni Azərbaycan Partiyasının üzvü, bir kitabın (ali məktəblər üçün dərslik) müəllifidir. "Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanına və "Ən yaxşı əyalət məmuru" nominasiyası üzrə mükafata layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Ailəlidir üç qızı, bir oğlu var.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    Sovetlər Birliyi

  • Aprel 04, 2026

    Şirvanşahlar türbəsi

  • Aprel 04, 2026

    Nəqliyyat vasitəsi

  • Mart 26, 2026

    Fel

  • Aprel 06, 2026

    Səhiyyə iqtisadiyyatı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst