Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fərhad Qurban oğlu Xəlilov (26 oktyabr 1946, Bakı) — Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan Rəs

Fərhad Xəlilov

Vikipediya, azad ensiklopediya
Fərhad Xəlilov
Azərbaycan Rəssamlar İttifaqının sədri
Vəzifədədir
1987-ci ildən
ƏvvəlkiYusif Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 26 oktyabr 1946(1946-10-26) (79 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1961–1966),
  • Moskva Ali Rəssamlıq-Sənaye Məktəbi (1966–1968),
  • Moskva Poliqrafiya İnstitutu[d] (1969–1975)
Fəaliyyəti rəssam
Atası Qurban Xəlilov

Təltifləri "Şərəf" ordeni — 2016 "Şöhrət" ordeni — 2006 1-ci dərəcəli "Əmək" ordeni — 2021"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "İncəsənət və ədəbiyyat" ordeni kavaleri (Fransa) — 2000 "Puşkin" medalı
"Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2002 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988
İmzanın şəkli
farhadkhalilov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərhad Qurban oğlu Xəlilov (26 oktyabr 1946, Bakı) — Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan Rəssamlar İttifaqının sədri (1987-ci ildən).

Həyatı

Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil almışdır. İlk peşə təhsilini 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almışdır. Daha sonra o, 1966–1968-ci illərdə Stroqanov Rəssamlıq Məktəbində və 1969–1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlamışdır.

F. Xəlilov 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

Rəssamın yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri — Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər.

Rəssamın əsərləri dəfələrlə dünyanın müxtəlif ölkələrində, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilmişdir.

Təltif və mükafatları

  • Rusiya Rəssamlıq Akademiyasının gümüş medalı — 1987
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 7 may 1988[⇨]
  • "İncəsənət və ədəbiyyat" ordeni (Fransa) — 2000
  • "Puşkin" medalı (Rusiya) — 2000
  • "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 30 may 2002
  • "Şöhrət" ordeni — 25 oktyabr 2006
  • Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı — 2012
  • "Şərəf" ordeni — 25 oktyabr 2016
  • Müstəqil Dövlətlər Birliyinin "Birliyin ulduzu" mükafatı — 2017
  • 1-ci dərəcəli "Əmək" ordeni — 23 noyabr 2021
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024
Üst