Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fəzlulla Zahidi (17 may 1892, Həmədan – 2 sentyabr 1963, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın Baş naziri.

Fəzlulla Zahidi

Vikipediya, azad ensiklopediya
Fəzlulla Zahidi
fars. فضل‌الله زاهدی
İranın Baş naziri
19 avqust 1953 7 aprel 1955
ƏvvəlkiMəhəmməd Müsəddiq
SonrakıHüseyn Əla
İranın xarici işlər naziri
7 aprel 1953 29 aprel 1953
SonrakıAbdullah İntizam
17 mart 1951 14 iyul 1951
ƏvvəlkiHüseyn Əla
SonrakıMəhəmmədibrahim Əmir Teymur
Şəxsi məlumatlar
Doğum tarixi 17 may 1892(1892-05-17)
Doğum yeri
  • Həmədan, İran
Vəfat tarixi 2 sentyabr 1963(1963-09-02) (71 yaşında)
Vəfat yeri
  • Cenevrə, Cenevrə kantonu, İsveçrə
Partiya
  • İran Silahlı Qüvvələri
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Uşaqları
  • Ərdəşir Zahidi
Dini şiəlik
Rütbəsi
  • general
Təltifləri Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük xaçı Tac ordeni "Ləyaqət" ordeni "Zülfüqar" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fəzlulla Zahidi qızi Homa və oğlu Ərdəşir ilə yanaşı

Fəzlulla Zahidi (17 may 1892, Həmədan2 sentyabr 1963, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın Baş naziri.

Həyatı

Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925–1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927–1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi.

Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947–1949-cu illərdə Fransada yaşadı.

Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu. 1951-ci ildə İranın daxili işlər naziri vəzifəsinə irəli çəkildi. 1953-cü ildə baş nazirə qarşı qiyamda iştirak etdi. Məhəmməd Müsəddiq devrildi.

Fəzlulla Zahidi 1953–1955-ci illərdə İranın baş naziri oldu. Sonra İranın Avropada BMT-dəki nümayəndəsi vəzifəsinə göndərildi.

Həmçinin bax

  • İranın baş nazirlərı
  • İran Kazak diviziyası
Üst