| Fariz Nəcəfov | |
|---|---|
| Fariz Abdulla oğlu Nəcəfov | |
| Şəxsi məlumatlar | |
| Vətəndaşlığı |
|
| Milliyəti | azərbaycanlı |
| Doğum tarixi | 1 iyun 1978 (48 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| İxtisası | hüquq |
| İdman növü | karate |
| Hərbi rütbəsi |
|
Fariz Abdulla oğlu Nəcəfov (1 iyun 1978, Kəngərli, Ağdam rayonu) — Azərbaycanı təmsil edən karateçi, "Qəbələ" İdman Klubunun prezidenti (2019-cu ildən) və keçmiş vitze-prezidenti (2008–2019), Azərbaycan Silahlı Qüvvələrinin zabiti, İkinci Qarabağ müharibəsi iştirakçısı.
Həyatı
Fariz Abdulla oğlu Nəcəfov 1 iyun 1978-ci ildə SSRİ respublikalarından olan Azərbaycan SSR-in Ağdam rayonuna ərazisində yerləşən Kəngərli kəndində anadan olmuşdur. O, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin tələbəsi olmuş, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuşdur.
Fariz Nəcəfov 2008-ci ildə "Qəbələ" İdman Klubunun vitze-prezidenti postuna təyin olunmuşdur. "Qəbələ" İK Nəcəfovun vitze-prezidentliyi dövründə müxtəlif uğurlara imza atmışdır. "Qəbələ" FK onun vitze-prezidentliyi dövründə, 2015–2016 UEFA Avropa Liqası mövsümündə "Neftçi" PFK və "Qarabağ" FK-dan sonra UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağa vəsiqə qazanan üçüncü Azərbaycan futbol klubu olmuşdur. Həmçinin, Azərbaycandaxili turnirlərdə, 2013–2014, 2014–2015, 2015–2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən "Qəbələ", 2016–2017 və 2017–2018-ci illər mövsümlərində gümüş medal qazanmışdır. Nəcəfov 18 aprel 2019-cu ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərovu əvəz edərək "Qəbələ" İK-nun prezidenti postuna təyin olunmuşdur. O, 11 iyul 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.
Fariz Nəcəfov 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan zabit kimi könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibə zamanı cəbhə bölgəsində hərbi xidmətini davam etdirmişdir.
- 1 iyunda doğulanlar
- 1978-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Ağdam rayonunda doğulanlar
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları
- Bakı Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə idmançılar
- Azərbaycan zabitləri
- Qəbələ FK
- Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları
- Azərbaycanın kişi karateçiləri