Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fariz Abdulla oğlu Nəcəfov (1 iyun 1978, Kəngərli, Ağdam rayonu) — Azərbaycanı təmsil edən karateçi, "Qəbələ" İdman Klubunun prezidenti (2019-cu ildən) və keçmi

Fariz Nəcəfov

Vikipediya, azad ensiklopediya
Fariz Nəcəfov
Fariz Abdulla oğlu Nəcəfov
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi 1 iyun 1978(1978-06-01) (48 yaş)
Doğum yeri
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti,
  • Bakı Dövlət Universiteti
İxtisası hüquq
İdman növü karate
Hərbi rütbəsi
  • zabit[d]

Fariz Abdulla oğlu Nəcəfov (1 iyun 1978, Kəngərli, Ağdam rayonu) — Azərbaycanı təmsil edən karateçi, "Qəbələ" İdman Klubunun prezidenti (2019-cu ildən) və keçmiş vitze-prezidenti (2008–2019), Azərbaycan Silahlı Qüvvələrinin zabiti, İkinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı

Fariz Abdulla oğlu Nəcəfov 1 iyun 1978-ci ildə SSRİ respublikalarından olan Azərbaycan SSR-in Ağdam rayonuna ərazisində yerləşən Kəngərli kəndində anadan olmuşdur. O, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin tələbəsi olmuş, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuşdur.

Fariz Nəcəfov 2008-ci ildə "Qəbələ" İdman Klubunun vitze-prezidenti postuna təyin olunmuşdur. "Qəbələ" İK Nəcəfovun vitze-prezidentliyi dövründə müxtəlif uğurlara imza atmışdır. "Qəbələ" FK onun vitze-prezidentliyi dövründə, 2015–2016 UEFA Avropa Liqası mövsümündə "Neftçi" PFK"Qarabağ" FK-dan sonra UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağa vəsiqə qazanan üçüncü Azərbaycan futbol klubu olmuşdur. Həmçinin, Azərbaycandaxili turnirlərdə, 2013–2014, 2014–2015, 2015–2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən "Qəbələ", 2016–2017 və 2017–2018-ci illər mövsümlərində gümüş medal qazanmışdır. Nəcəfov 18 aprel 2019-cu ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərovu əvəz edərək "Qəbələ" İK-nun prezidenti postuna təyin olunmuşdur. O, 11 iyul 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.

Fariz Nəcəfov 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan zabit kimi könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibə zamanı cəbhə bölgəsində hərbi xidmətini davam etdirmişdir.

Üst