Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fatimilər xilafəti (ərəb. الخلافة الفاطمية‎, əl-Xilafa əl-Fatimiyyə) — Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fat

Fatimilər xilafəti

  • Ana Səhifə
  • Fatimilər xilafəti

Fatimilər xilafəti (ərəb. الخلافة الفاطمية‎, əl-Xilafa əl-Fatimiyyə) — Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fatimi xəlifəsi Ubeydullah əl-Mehdi (909–934) ərəb və bərbər tayfalarının köməyi ilə Əğləbiləri hakimiyyətdən salaraq Fatimilər xilafətinin əsasını qoymuşdu. O, az bir muddətdə Mərakeş istinsa olmaqla bütün Şimali Afrikanı tutmuşdur. Yarım əsr sonra Fatimilər Misir və Suriya ya da yerləşmişdir. 969-cu ildə Fatimi sərkərdəsi Cauhər Misiri tutmuş və Qahirə şəhərinin əsası qoyulmuşdur. 973-cü ildə ildə Qahirə Misirin paytaxtı elan edilmişdir. X əsrin sonunda Fatimilərin hakimiyyəti Suriyadan Mərakeşə qədər yayılmışdı.

Tarixi dövlət
Fatimilər xilafəti
ərəb. الدَّولةُ الفَاطميَّةُ‎ əd-Daula əl-Fətimiya
Fatimilər yüksəliş dövründə
Fatimilər yüksəliş dövründə
909 — 1171
Paytaxt Mehdiyyə, əl-Mənsuriyyə, Qahirə
Dil Bərbər dili, ərəb dili, qibti dili
Rəsmi dilləri ərəb dili
Pul vahidi Dinar, Dirhəm
Ərazisi 5100000
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fatimi xəlifələri (xəlifə eyni zamanda ismaili imamı sayılırdı) tədricən feodal hakimlərinə çevrilmişdilər. X əsrin sonlarında, xüsusən xəlifə Əzizin (975–996) dövründə məhsuldar qüvvələrin artması, əkinçiliyin inkişafı, sənətkarlıq və ticarətin genişlənməsi nəzərə çarpırdı. XI əsrin ortalarında Fatimilər xilafəti zəifləmiş, 1048-ci ildə Şimali Afrika Fatimilər xilafətindən ayrılmışdır. XII əsrin ortalarına qədər normanlar Siciliya, Malta, Tripoli, Mehdiyyə və s. şəhərləri zəbt etmişdilər. Suriya səlibçilərin, sonra isə səlcuqların hakimiyyəti altına girmişdir. 1169-cu ildə Fatimilər xilafətində vəzir təyin olunmuş Səlahəddin Əyyubi 1171-ci illə hakimiyyəti ələ keçirmiş və Misirdə Əyyubilər sülaləsinin əsasını qoymuşdur.

Ədəbiyyat

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin (10 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. səh. Fatimilər xilafəti.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Simens körpüləri

  • Mart 29, 2026

    Nəsibə Zeynalova

  • Mart 26, 2026

    Azərbaycan laylaları

  • Aprel 02, 2026

    Əfrasiyab Bədəlbəyli

  • Aprel 05, 2026

    Bakı Kommunası

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst