Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907, Odessa, Xerson quberniyası – 29 fevral 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr

Fatma Qədri

Vikipediya, azad ensiklopediya
Fatma Qədri
Fatma Qədri Gülbahar rolunda ("Anamın kitabı")
Fatma Qədri Gülbahar rolunda ("Anamın kitabı")
Doğum tarixi 1 (14) aprel 1907(1907-04-14)
Doğum yeri
  • Odessa, Odessa qəzası[d], Xerson quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 29 fevral 1968(1968-02-29) (60 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Həyat yoldaşı
  • Əsəd bəy Axundov
Fəaliyyəti aktrisa
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Teatr
  • Bakı Türk İşçi Teatrı (1926–1932)
  • Bakı İşçi Teatrı (1933–1935)
  • Azərbaycan Dövlət Dram Teatrı (1935–1968)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1936
"Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni — 1959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907, Odessa, Xerson quberniyası29 fevral 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943).

Həyatı və fəaliyyəti

Milli səhnəmizin ilk peşəkar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır.

Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1936-cı ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir.

Teatrlarda çıxış etmək qadağası aldıqdan sonra ağır depressiyadan çıxa bilməyən sənətçi 1968-ci ildə, 60 yaşında yaşadığı mənzildə intihar etmişdir.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959
  • "Qırmızı əmək bayrağı" ordeni
Üst