| Fikrət Əhmədov | |
|---|---|
| | |
| 27 mart 1980 – 20 noyabr 1987 | |
| Sədr | Əli İbrahimov Həsən Seyidov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 8 may 1930 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 25 oktyabr 1989 (59 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | dövlət xadimi, tarixçi, pedaqoq |
| Uşaqları |
|
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| Elmi adı |
|
| Təltifləri | |
Fikrət Həmid oğlu Əhmədov (8 may 1930, Moskva – 25 oktyabr 1989, Kiyev) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1980–1987).
Həyatı
Fikrət Həmid oğlu Əhmədov 8 may 1930-cu ildə Moskvada anadan olmuşdur. Onun atası Naxçıvan MSSR sərhədlərinin qorunmasında fərqlənmiş hərbi qulluqçu olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1952-ci ildən komsomol işində çalışmış, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Tələbə gənclər şöbəsinin təlimatçısı olmuşdur. 1953–1954-cü illərdə Azərbaycan LKGİ Bakı Komitəsinin Tələbə gənclər şöbəsinin müdiri olmuşdur.
Fikrət Əhmədov 1954–1957-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun marksizm-leninizm kafedrasının assistenti, baş müəllimi olmuşdur. Dosent elmi adını almışdır. 1957-ci ildən 1960-cı ilədək Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı, şöbə müdirinin müavini vəzifələrində işləmiş, 1960-cı ildən Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının aspirantı olmuşdur. 1963-cü ildə aspiranturanı başa vurmuş və tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
Fikrət Əhmədov 1963-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeologiya (təbliğat-təşviqat) şöbəsinin təlimatçısı, mühazirəçilər qrupunun rəhbəri vəzifələrində çalışmışdır. 1969-cu ildən Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsi müdirinin birinci müavini, 1972-ci ilin noyabr ayından isə Mərkəzi Komitənin Elm və tədris müəssisələri şöbəsinin müdiri olmuşdur. 1980-ci ilin mart ayından Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmış və 1987-ci ildə Sovet İttifaqı əhəmiyyətli təqaüdə çıxmışdır.
Fikrət Əhmədov 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış (8–11-ci çağırışlar) deputatı seçilmişdir. 1971–1976-cı illərdə (28-ci qurultay) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmiş və 1976-cı ildən (29–30-cu qurultaylar) Mərkəzi Komitənin üzvü olmuşdur. 1979-cu ildə SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü seçilmişdir. İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, iki dəfə "Şərəf nişanı" ordeni, eləcə də medallarla təltif edilmiş, "SSRİ maarif əlaçısı" adına layiq görülmüşdür.
Fikrət Əhmədov uzun sürən ağır xəstəlikdən sonra 25 oktyabr 1989-cu ildə Kiyevdə vəfat etmiş və Bakıda, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Fikrət Əhmədov Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun və bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın atasıdır.
- 8 mayda doğulanlar
- 1930-cu ildə doğulanlar
- Moskvada doğulanlar
- 25 oktyabrda vəfat edənlər
- 1989-cu ildə vəfat edənlər
- 59 yaşında vəfat edənlər
- Kiyevdə vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin məzunları
- Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının məzunları
- Tarix elmləri namizədləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər
- Tarix üzrə fəlsəfə doktorları
- Dosentlər
- Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər