Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929, Naxçıvan – 14 sentyabr 1992, Bakı)—Azərbaycan Dəmiryol idarəsi rəisi

Fikrət Kəngərli

Vikipediya, azad ensiklopediya
Fikrət Kəngərli
Şəxsi məlumatlar
Doğum tarixi 4 oktyabr 1929(1929-10-04)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 14 sentyabr 1992(1992-09-14) (62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1958–)
Təhsili
  • Azərbaycan Texniki Universiteti,
  • Gürcüstan Texniki Universiteti
Fəaliyyəti mühəndis

Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929, Naxçıvan14 sentyabr 1992, Bakı)—Azərbaycan Dəmiryol idarəsi rəisi

Həyatı

Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdu. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi.

Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı.

Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.

Üst