Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları aras

Firuzə (opera)

Vikipediya, azad ensiklopediya
Bu məqalə Üzeyir Hacıbəyovun "Firuzə" operası haqqındadır. Digər mənalar üçün Firuzə səhifəsinə baxın.
Firuzə
Bəstəkar
Yaradılma tarixi 1945

Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası.

Tarixçə

1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu. Tərtibçi və redaktor Ə. Abbasov. B., 1975) nəşr edilmişdir.

Yarımçıq qalan operanı Xalq artisti, professor İsmayıl Hacıbəyov bəstələməyə davam etmiş, librettosunu qələmə almışdır. İ.Hacıbəyovun vəfatından sonra yenidən yarımçıq qalan operanın III və IV şəkillərinin orkestrləşdirilməsini bəstəkar Rüfət Xəlilov həyata keçirmiş, şeirlərin mətnini isə Xalq şairi Cabir Novruz yazmışdır.

Üst