Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fuad İsgəndərov (tam adı: Fuad Eldar Oğlu İsgəndərov; d. 6 avqust 1961, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı və Lixte

Fuad İsgəndərov

  • Ana Səhifə
  • Fuad İsgəndərov

Fuad İsgəndərov (tam adı: Fuad Eldar Oğlu İsgəndərov; d. 6 avqust 1961, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığında Fövqəladə və səlahiyyətli səfiri.

Fuad İsgəndərov
Azərbaycan Respublikasının
İsveçrə Konfederasiyasındakı
Fövqəladə və səlahiyyətli səfiri
26 iyul 2021 – Hal-hazırda
ƏvvəlkiXanım İbrahimova
Azərbaycan Respublikasının
Lixtenşteyn Knyazlığındakı
Fövqəladə və səlahiyyətli səfiri
29 noyabr 2021 – Hal-hazırda
ƏvvəlkiXanım İbrahimova
Azərbaycan Respublikasının
Belçika Krallığındakı
Fövqəladə və səlahiyyətli səfiri
25 sentyabr 2012 – 26 iyul 2021
SonrakıVaqif Sadıqov
Şəxsi məlumatlar
Doğum tarixi 6 avqust 1961(1961-08-06) (64 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Taras Şevçenko adına Kiyev Milli Universiteti
Fəaliyyəti diplomat
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, bundan öncə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı olmuşdur.

Mündəricat

Həyatı

Fuad İsgəndərov orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Eyni ildə Kiyev Milli Universiteti Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq İnstitutuna qəbul edilmişdir. 1983-cü ildə həmin universitetin Beynəlxalq iqtisadi münasibətlər / İngilis dili üzrə tərcümə fakültəsini bitirmişdir. Bundan əlavə, o, müxtəlif təlim kurslarında iştirak etmişdir. 1999-cu ilin noyabr ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Hüquq-Mühafizə Akademiyasının Böhranların idarə edilməsi üzrə ixtisasartırma təlim proqramına qoşulmuşdur.

Daha sonra isə 2001-ci ildə ABŞ-nin Harvard universitetinin C.F. Kennedi İdarəçilik Məktəbinin Qara Dəniz ixtisasartırma proqramının iştirakçısı olmuşdur. 2002-ci ilin iyul ayında ABŞ Dövlət Departamenti, ABŞ Ədliyyə Nazirliyi tərəfindən təşkil edilən qanunvericilik üzrə icra kurslarında iştirak etmişdir. 2006-cı ilin yanvar ayında Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Milli Hərbi Strategiya üzrə Seminarında iştirak etmişdir.

Rus, ingilis və türk dillərində sərbəst danışır.

Fəaliyyəti

Elmi fəaliyyəti

Fuad İsgəndərov 1983–1986-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Siyasi iqtisadiyyat kafedrasında aspirant elmi işçi və dosent vəzifəsində çalışmışdır. Bundan əlavə, 1984–1985-ci illərdə Azərbaycan Dillər Universitetinin Tərcümə nəzəriyyəsi kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərib. Uzun müddətdən sonra o, 2000–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq kafedrasında müəllim vəzifəsində çalışmışdır.

Siyasi və diplomatik fəaliyyəti

Fuad İsgəndərov 1986–1995-ci illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ilin aprel ayında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin İnformasiya və təhlil idarəsinin rəisi vəzifəsində işə başlamışdır. 2002–2006-cı illərdə Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, 2006–2007-ci illərdə isə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının baş katibi olmuşdur.

Fuad İsgəndərov 2007-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri olmuşdur. 2012-ci il sentyabrın 25-dən 26 iyul 2021-ci ilədək Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri olmuşdur. 26 iyul 2021 tarixindən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Fövqəladə və səlahiyyətli səfiridir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Kompüter platforması

  • Mart 26, 2026

    Qurban Səid

  • Mart 28, 2026

    Hüseynbala Mirələmov

  • Aprel 02, 2026

    General-mayor (Azərbaycan)

  • Mart 26, 2026

    Xocalı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst