Fuad Murtuz oğlu Ələsgərov (14 may 1959, Bakı) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi (2017-ci ildən) və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri (1998–2017, 2019-cu ildən), Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin müdiri (2017–2019), 1-ci dərəcəli dövlət müşaviri.
| Fuad Ələsgərov | |
|---|---|
Vəzifədədir | |
| 31 may 2017-ci ildən | |
| Prezident | İlham Əliyev |
Vəzifədədir | |
| 29 noyabr 2019-cu ildən | |
| Prezident | İlham Əliyev |
| 25 aprel 1998 – 30 may 2017 | |
| Prezident | Heydər Əliyev İlham Əliyev |
| 31 may 2017 – 29 noyabr 2019 | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | özü (Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri kimi) Vahid Əliyev (Prezidentin müdafiə məsələləri üzrə köməkçisi kimi) |
| Sonrakı | özü (Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri kimi) Məhərrəm Əliyev (Hərbi məsələlər şöbəsinin müdiri kimi) |
| 22 avqust 1994 – 25 aprel 1998 | |
| Prezident | Heydər Əliyev |
| 29 avqust 1990 – 22 avqust 1994 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 14 may 1959 (66 yaş) |
| Doğum yeri |
|
| Partiya | |
| Təhsili | |
| Fəaliyyəti | siyasətçi |
| Atası | Murtuz Ələsgərov |
| Təltifləri | |
Həyatı
Fuad Murtuz oğlu Ələsgərov 1959-cu il mayın 14-də Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirmişdir.
1981–1984-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Notariat və Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Ədliyyə Nazirliyinin Nəzarət və İcranın Yoxlanılması İdarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı Şəhər Suraxanı Rayon Xalq Məhkəməsində xalq hakimi, 1990–1994-cü illərdə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuşdur.
Fuad Ələsgərov 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, 1998–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 31 may 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, eyni zamanda yenidən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.
Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə Fuad Ələsgərova "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir. 13 may 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Fuad Ələsgərova 10 avqust 2004-cü ildə inzibati vəzifələrin ikinci təsnifatı üzrə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Murtuz Ələsgərovun oğludur.