Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Fuad Murtuz oğlu Ələsgərov (14 may 1959, Bakı) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi (2017-ci ildən

Fuad Ələsgərov (siyasətçi)

  • Ana Səhifə
  • Fuad Ələsgərov (siyasətçi)

Fuad Murtuz oğlu Ələsgərov (14 may 1959, Bakı) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi (2017-ci ildən) və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri (1998–2017, 2019-cu ildən), Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin müdiri (2017–2019), 1-ci dərəcəli dövlət müşaviri.

Fuad Ələsgərov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Vəzifədədir
31 may 2017-ci ildən
Prezidentİlham Əliyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Vəzifədədir
29 noyabr 2019-cu ildən
Prezidentİlham Əliyev
25 aprel 1998 – 30 may 2017
PrezidentHeydər Əliyev
İlham Əliyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin müdiri
31 may 2017 – 29 noyabr 2019
Prezidentİlham Əliyev
Əvvəlkiözü (Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri kimi)
Vahid Əliyev (Prezidentin müdafiə məsələləri üzrə köməkçisi kimi)
Sonrakıözü (Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri kimi)
Məhərrəm Əliyev (Hərbi məsələlər şöbəsinin müdiri kimi)
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri
22 avqust 1994 – 25 aprel 1998
PrezidentHeydər Əliyev
Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü
29 avqust 1990 – 22 avqust 1994
Şəxsi məlumatlar
Doğum tarixi 14 may 1959(1959-05-14) (66 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Atası Murtuz Ələsgərov
Təltifləri "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar hüquqşünası

Həyatı

Fuad Murtuz oğlu Ələsgərov 1959-cu il mayın 14-də Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirmişdir.

1981–1984-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Notariat və Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Ədliyyə Nazirliyinin Nəzarət və İcranın Yoxlanılması İdarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı Şəhər Suraxanı Rayon Xalq Məhkəməsində xalq hakimi, 1990–1994-cü illərdə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuşdur.

Fuad Ələsgərov 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, 1998–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 31 may 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, eyni zamanda yenidən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.

Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə Fuad Ələsgərova "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir. 13 may 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Fuad Ələsgərova 10 avqust 2004-cü ildə inzibati vəzifələrin ikinci təsnifatı üzrə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Murtuz Ələsgərovun oğludur.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    İslandiya

  • Mart 26, 2026

    Kanada

  • Mart 27, 2026

    Müdafiə Nazirliyi (Azərbaycan)

  • Mart 26, 2026

    Qan dövranı

  • Mart 26, 2026

    Övliya Çələbi

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst