Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fuad Məsum (tam adı: Məhəmməd Fuad Məsum Həvrami; kürdcə:فوئاد مەعسووم ; ərəb. محمد فؤاد معصوم‎; 1 yanvar 1938, Köysancaq, İraq Kürdüstanı) — Kürd əsilli İraq d

Fuad Məsum

Vikipediya, azad ensiklopediya
Fuad Məsum
tam adı: Məhəmməd Fuad Məsum Həvrami
ərəb. محمد فؤاد معصوم
İraq Prezidenti
24 iyul 2015 2 oktyabr 2018
Baş nazirHeydər əl-Abadi
ƏvvəlkiCəlal Talabani
İraq Nümayəndələr Məclisinin sədri
10 iyun 2010 11 noyabr 2010
ƏvvəlkiAyad əl-Samarray
SonrakıÜsamə ən-Nuceyfi
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1938(1938-01-01) (88 yaş)
Doğum yeri
Partiya
  • Kürd Vətən İttifaqı,
  • Kürdüstan Demokrat Partiyası (1964–1975)
Təhsili Əl-Əzhər Universiteti
Bağdad Universiteti
İxtisası hüquq və şəriət
Fəaliyyəti siyasətçi, vəkil, filosof
Həyat yoldaşı Ronak Mustafa Əbdül Şahid
Dini İslam
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fuad Məsum (tam adı: Məhəmməd Fuad Məsum Həvrami; kürdcə:فوئاد مەعسووم ; ərəb. محمد فؤاد معصوم; 1 yanvar 1938, Köysancaq, İraq Kürdüstanı) — Kürd əsilli İraq dövlət xadimi. İraq Respublikasının 7-ci Prezidenti. Milliyyətcə kürddür.

Gəncliyi və təhsili

Məhəmməd Fuad Məsum Həvrami 1 yanvar 1938-ci ildə İraqın Süleymaniyə əyalətinin Koya şəhərində anadan olmuşdur. Ailəsi kürd olan Fuad Məsum Kürdüstanın din məktəblərində təhsil alıb. Bağdad Universitetində hüquq və şəriət dərsləri alan Fuad, 1958-ci ildə Əl-Əzhər Universitetində magistr təhsilini davam etdirmək üçün Misirin paytaxtı Qahirə şəhərinə getdi. 1968-ci ildə Bəsrə Universitetində professor kimi işləməyə başladı. 1975-ci ildə Əl-Əzhər Universitetində islam fəlsəfəsi doktoru adını aldı.

Siyasi fəaliyyəti

1962-ci ildə İraq Kommunist Partiyasına daxil oldu. Bu partiyada 1964-cü ilə qədər davam etdi. Orada Kommunist Partiyasının sədri Xalid Bəkdaşı qarşılamaq üçün Suriyaya getdi. Fuad Məsum Xalid Bəkdaşın kürdlərə qarşı münasibətini görüb Kürdüstan Demokratik Partiyasına qoşulmaq üçün komunist partiyasından ayrıldı.

1968-ci ildə Kürdistan Demokratik Partiyasının Bəsrə təşkilatının sədri oldu. 1975-ci ildə Qahirədə Kürd inqilabının üzvlərindən biri idi. 1976-cı ildə Kürdistan Yurdsevərlər Birliyinin təsisçilərindən idi. 1992-ci ildə İraq Kürd Muxtariyyətinin ilk baş naziri oldu. 2003-cü ildə İraqın işğalından sonra Kürdistanı təmsil edən heyət üzvlərindən biri olaraq Bağdada gəldi və Konstitusiya komitəsinin üzvü oldu. 2004-cü ildə İraq Nümayəndələr Konseyinin sədri oldu. 11 iyul 2014-cü ildə İraq Nümayəndələr Konseyində səs çoxluğu ilə ölkə prezidenti seçildi.

Şəxsi həyatı

Fuad Məsum Ronak Mustafa Əbdül Şahid adlı xanımla evlənmiş və bu evlilikdən 5 qız uşağı dünyaya gəlmişdir.

Üst