Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fuad Taleh oğlu Nəcəfov (1 oktyabr 1990, İsmayıllı rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin miçmanı;

Fuad Nəcəfov

Vikipediya, azad ensiklopediya
Fuad Nəcəfov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsmayıllı rayonu, Azərbaycan SSR
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Azərbaycan
Dəfn yeri İsmayıllı rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Silahlı Qüvvələrin TTM-i
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Azərbaycan Hərbi Dəniz Qüvvələri
Xidmət illəri 2008—2009 / 2010—2020
Rütbəsi
Miçman
Döyüşlər

 • Qarabağ müharibəsi (2020)

    • Cəbrayılın azad edilməsi
Təltifləri "Qarabağ" ordeni "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Fuad Taleh oğlu Nəcəfov (1 oktyabr 1990, İsmayıllı rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin miçmanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı

Fuad Taleh oğlu Nəcəfov 1990-cı il, oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub.

2008-ci ildə İsmayıllı rayonu Qalınçaq kənd tam orta məktəbindən məzun olub.

2008-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2008–2009-ci illərdə Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissədə xidmət edib.

2010-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin müvafiq əmrinə əsasən "miçman" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 10 il ərzində radiokəşfiyyat taqımının (REM-T) qrup rəisi, xüsusi təyinatlı qrupun dalğıcı-kəşfiyyatçı vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 7-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. İsmayıllı rayonunun Qalınçaq kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Nazlı adında bir oğlu var.

Üst