| Fuad Nəcəfov | |
|---|---|
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | İsmayıllı rayonu, Azərbaycan SSR |
| Vəfat tarixi | |
| Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
| Dəfn yeri | İsmayıllı rayonu, Azərbaycan |
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Müdafiə Nazirliyi |
| Qoşun növü | |
| Xidmət illəri | 2008—2009 / 2010—2020 |
| Rütbəsi | |
| Döyüşlər | • Qarabağ müharibəsi (2020)
|
| Təltifləri | |
Fuad Taleh oğlu Nəcəfov (1 oktyabr 1990, İsmayıllı rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin miçmanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı
Fuad Taleh oğlu Nəcəfov 1990-cı il, oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub.
2008-ci ildə İsmayıllı rayonu Qalınçaq kənd tam orta məktəbindən məzun olub.
2008-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2008–2009-ci illərdə Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissədə xidmət edib.
2010-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin müvafiq əmrinə əsasən "miçman" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 10 il ərzində radiokəşfiyyat taqımının (REM-T) qrup rəisi, xüsusi təyinatlı qrupun dalğıcı-kəşfiyyatçı vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 7-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. İsmayıllı rayonunun Qalınçaq kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Nazlı adında bir oğlu var.
- 1 oktyabrda doğulanlar
- 1990-cı ildə doğulanlar
- 30 yaşında vəfat edənlər
- 7 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin məzunları
- Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanları
- "Qarabağ" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İsmayıllı rayonunda doğulanlar
- Cəbrayıl rayonunda vəfat edənlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar