| Fərhad Rəcəbli | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Vətəndaşlığı |
|
| Doğum tarixi | 11 oktyabr 1959 (67 yaş) |
| Doğum yeri |
|
| İdman növü | cüdo |
Fərhad Rəcəbli (11 oktyabr 1959, Qusar) — Azərbaycan cüdoçusu, veteranlar arasında 12 dəfə dünya və 10 dəfə Avropa çempionu, daha öncə dəfələrlə Avropa, SSRİ-də müxtəlif titullar qazanmış və həmçinin dəfələrlə Azərbaycan çempionu olmuşdur.
Həyatı
Fərhad Rəcəbli 1959-cu il oktyabrın 11-də Qusar rayonunun Əcəxur kəndində anadan olub. 1967-ci ildən Sumqayıt şəhərində yaşayıb. 1971-ci ildən idmanla məşğul olmağa başlayıb.
Peşəkar karyerası
İlk dəfə məktəblilər arasında 1975-ci ildə Azərbaycan çempionu olub, daha sonra yeniyetmələr arasında Azərbaycan çempionu titulunu qazanıb. 1978-ci ildə SSRİ çempionu titulunu qazanıb, daha sonra Avropa çempionatında 3-cü yerə layiq görülüb. 1979-cu ildə SSRİ ikincisi, 1980-ci ildə birinci, 1981-ci ildə isə üçüncü yerə layiq görülüb. 1981-ci, 1982-ci illərdə ardıcıl olaraq Kubada keçirilən "A” kateqoriyalı beynəlxalq turnirdə ikinci yerlərə layiq görülüb. 1986-cı ildən sonra fəaliyyətini həm də məşqçi kimi də davam etdirir. 1988-ci ildə Azərbaycan çempionatında ikinci yerə layiq görülüb, həmin ildə SSRİ çempionatında da ikinci yerə layiq görülüb. 1989-cu ildən 1995-ci ilədək keçirilən Azərbaycan çempionatlarında ardıcıl olaraq birinci yerə layiq görülüb. Uzunmüddətli fasilədən sonra, artıq 42 yaşından veteranlar arasında təşkil olunan cüdo yarışlarında iştirak etməyə başlayıb və 12 dəfə dünya və 8 dəfə avropa çempionu olub.
- 11 oktyabrda doğulanlar
- 1959-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Qusar rayonunda doğulanlar
- Əlifba sırasına görə idmançılar
- Beynəlxalq dərəcəli SSRİ idman ustaları
- "Tərəqqi" medalı ilə təltif edilənlər