Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fərid Xeyrulla oğlu Məhəmmədşin (tatar. Фәрит Хәйрулла улы Мөхәммәтшин; d. 22 may 1947) — rus dövlət və siyasi xadimi. Tatarıstan Respublikası Dövlət Şurasının

Fərid Məhəmmədşin

Vikipediya, azad ensiklopediya
Fərid Məhəmmədşin
tatar. Фәрит Хәйрулла улы Мөхәммәтшин
Tatarıstan Respublikası Dövlət Şurasının sədri
Vəzifədədir
27 may 1998-ci ildən
ƏvvəlkiVasili Lixaçov
Tatarıstan Respublikasının baş naziri
16 yanvar 1995 28 may 1998
ƏvvəlkiMəhəmməd Sabirov
SonrakıRüstəm Minnexanov
Şəxsi məlumatlar
Doğum tarixi (79 yaş)
Doğum yeri Əlmət, Tatarıstan, SSRİ
Partiya Sov.İKP
Vahid Rusiya
Təhsili Ufa Dövlət Neft Texniki Universiteti
Saratov ali partiya məktəbi
Fəaliyyəti siyasətçi, dövlət xadimi, mühəndis
Elmi fəaliyyəti
Elmi dərəcələri
  • siyasi elmlər doktoru[d],
  • sosiologiya elmləri namizədi[d]

Təltifləri "Şərəf" ordeni (Rusiya) "Dostluq" ordeni (Rusiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərid Xeyrulla oğlu Məhəmmədşin (tatar. Фәрит Хәйрулла улы Мөхәммәтшин; d. 22 may 1947) — rus dövlət və siyasi xadimi. Tatarıstan Respublikası Dövlət Şurasının sədri (27 may 1998-ci ildən). Siyasət elmləri doktoru (2001).

Həyatı

Fərid Xeyrulla oğlu Məhəmmədşin 22 may 1947-ci ildə Tatarıstanın Əlmət şəhərində anadan olub.

Əmək fəaliyyətinə 1963-cü ildə Əlmətdə benzin istehsal edən zavodda trestində avtonəqliyyat bürosunun sürücüsü kimi başlayıb.

1966—1968-ci illərdə Sovet ordusunda xidmət edib.

1968—1970 illərdə — "Almetyevneft" neft mədənləri idarəsində çilingər işləyib.

1972-ci ildə — Əlmət qaz sənayesi texnikumunu bitirib.

Tatarıstan MSSR-də partiya fəaliyyəti

1970—1978 illərdə — komsomol və partiya işlərində çalışıb.

1979-cu ildə Ufa Dövlət Neft Texniki Universitetini bitirib.

1985—1987 illərdə — Almatyev Sov.İKP şəhər komitəsinin (qorkom) ikinci katibi işləyib.

1986-cı ildə - Saratov ali partiya məktəbini bitirib.

1989—1990 illərdə — Tatarıstan MSSR-in ticarət naziri olub.

1990-cı ildə Almatyev Sov.İKP şəhər komitəsinin birinci katibi işləyib.

Tatarıstan hökumətində

1990—1991 illərdə — Tatarıstan SSR Nazirlər Sovetinin sədr müavini işləyib.

1995—1998 illərdə — Tatarıstan Respublikasının baş naziri olub.

1998-ci ildən — Tatarıstan Respublikası Dövlət Şurasının sədridir.

1999-cu ildən — Tatarıstan Respublikası Təhlükəsizlik Şurasının sədr müavinidir.

Mükafatları

  • 2017 - III dərəcəli "Vətənə xidmət üçün" ordeni
  • 2012 - IV dərəcəli "Vətənə xidmət üçün" ordeni
  • 2005 - "Şərəf" ordeni
  • 1997 - Dostluq ordeni

Ailəsi

Evlidir. Yetkin oğlu və qızı var. Dörd nəvəsi var. Qızı Liliya həkim işləyir, oğlu Dəmir Kazan şəhərindəki "Tatneft" şirkətinin baş direktor müavinidir.

Üst