Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fəttah Səməd oğlu Heydərov (23 fevral 1938, Çeşməbasar, Naxçıvan rayonu – 4 avqust 2020, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis

Fəttah Heydərov

Vikipediya, azad ensiklopediya
Fəttah Heydərov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
24 noyabr 1995 4 avqust 2020
Azərbaycan Ağsaqqallar Şurasının sədri
16 fevral 2013 4 avqust 2020
ƏvvəlkiBudaq Budaqov
SonrakıEldar Quliyev
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri
17 noyabr 1990 1995
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıNizami Həmzəyev
Naxçıvan MSSR mədəniyyət naziri
1983 17 noyabr 1990
Sonrakıvəzifənin adı dəyişdirilib
Azərbaycan Kommunist Partiyası Culfa Rayon Komitəsinin birinci katibi
1980 1983
SonrakıƏli Məmmədov
Azərbaycan Kommunist Partiyası Ordubad Rayon Komitəsinin birinci katibi
1978 1980
SonrakıŞəmsəddin Xanbabayev
Naxçıvan MSSR əhaliyə məişət xidməti naziri
1976 1978
Şəxsi məlumatlar
Doğum tarixi 23 fevral 1938(1938-02-23)
Doğum yeri
Vəfat tarixi 4 avqust 2020(2020-08-04) (82 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti siyasətçi
Uşağı
Dini İslam

Təltifləri "İstiqlal" ordeni — 2018 "Şərəf" ordeni — 2013 "Şöhrət" ordeni — 2008 "Şərəf nişanı" ordeni — 1975
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəttah Səməd oğlu Heydərov (23 fevral 1938, Çeşməbasar, Naxçıvan rayonu4 avqust 2020, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri.

Həyatı

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MSSR Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad Rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.

1976–1978-ci illərdə Naxçıvan MSSR əhaliyə məişət xidməti naziri işləmişdir. 1978-ci ildən Ordubad, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri işləmişdir.

1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin I (1995–2000), II (2000–2005), III (2005–2010), IV (2010–2015), V (2015–2020), VI (2020) çağırış deputatı olmuşdur. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuşdur. Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsində işləmişdir.

4 avqust 2020-ci ildə vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları

  • SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilmişdir.
  • 20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şöhrət" ordeni ilə təltif edilmişdir
  • 22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şərəf" ordeni ilə təltif edilmişdir.
  • 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəttah Səməd oğlu Heydərov "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Ailəsi

  • 5 övladı olmuşdur.
  • Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.
  • "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun babasıdır.
Üst