Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fəxrəddin Təhməzov (10 yanvar 1951, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri (1992-1993).

Fəxrəddin Təhməzov

  • Ana Səhifə
  • Fəxrəddin Təhməzov

Fəxrəddin Təhməzov (10 yanvar 1951, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri (1992-1993).

Fəxrəddin Təhməzov
Fəxrəddin Ayət oğlu Təhməzov
Azərbaycan Respublikasının 2-ci Milli Təhlükəsizlik Naziri
17 may 1992 – iyun 1993
Əvvəlkiİlhüseyn Hüseynov
SonrakıNəriman İmranov
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1951 (75 yaş)
Doğum yeri Salyan rayonu, Qaraçala, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti dövlət qulluqçusu
Rütbəsi General-mayor

Həyatı

Fəxrəddin Ayət oğlu Təhməzov 1951-ci il yanvar ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olmuşdur.

1968-ci ildə Əli-Bayramlı şəhərində (İndiki Şirvan şəhəri) orta məktəbi, 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləmişdir.

Həqiqi hərbi xidmətə çağırılan F.Təhməzov 1975-ci ildə xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirmişdir.

1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil almış, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından 1990-cı ilin iyun ayına qədər Azərbaycan Respublikasının DTK-nın mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərmişdir.

1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına qədər MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışmışdır.

F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunmuş və həmin ayın 23-də general-mayor rütbəsi almışdır.

F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilmişdir. Həmin ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası almışdır.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Naxçıvan Muxtar Respublikası

  • Mart 26, 2026

    Beyləqan rayonu

  • Mart 29, 2026

    Raquf Orucov

  • Mart 30, 2026

    Damokl qılıncı

  • Mart 27, 2026

    Müdafiə Nazirliyi (Azərbaycan)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst