Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Güclü Avqust (12 may 1670[…], Drezden – 1 fevral 1733[…], Varşava) — 7 may 1694-cü ildən Saksoniya kürfürstü, 1697-ci il sentyabrın 15-dən (17 iyun 1697-ci ildə

Güclü Avqust

Vikipediya, azad ensiklopediya
Güclü Avqust
alm. August der Starke‎
Polşa kralı
20 oktyabr 1709 – 1 fevral 1733
ƏvvəlkiStanislav Leşşinski
SonrakıStanislav Leşşinski
15 sentyabr 1697 – sentyabr 1706
ƏvvəlkiSobieski
SonrakıStanislav Leşşinski
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1670(1670-05-12)[…]
Doğum yeri
Vəfat tarixi 1 fevral 1733(1733-02-01)[…] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qanqren
Dəfn yeri
  • Vavel kafedralı[d]
Fəaliyyəti rəsm kolleksiyaçısı[d], siyasətçi, əsilzadə, kral
Uşaqları
Dini lüteranlıq
Elmi fəaliyyəti
Elm sahəsi siyasət

Təltifləri "Qara qartal" ordeni — 1728 "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni — 1712 Knight of the Order of St. Alexander Nevsky — 1725 "Qızıl yun" ordeninin cəngavər dərəcəsi — 1697 "Ağ qartal" ordeni — 1703 "Fil" ordeninin cəngavər dərəcəsi — 1686
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Güclü Avqust (12 may 1670[…], Drezden – 1 fevral 1733[…], Varşava) — 7 may 1694-cü ildən Saksoniya kürfürstü, 1697-ci il sentyabrın 15-dən (17 iyun 1697-ci ildə kral elan edilmişdir) 1704-cü il fevralın 16-dək (1-ci dəfə, əslində, 24 sentyabr 1706-cı ilə qədər) Polşa Kralı və Litvanın böyük knyazı.

1694-cü ildən I Fridrix Avqust adı altında, 1697-ci ildən isə II Avqust adı ilə Saksoniyanın kürfürstü kimi hökm sürmüşdür. Polşa taxtını tutmaq üçün protestant Avqust 1697-ci il iyunun 1-də katolikliyi qəbul etdi. Onun daxili islahatlar və kral hakimiyyətini gücləndirmək cəhdləri uğursuzluqla nəticələndi, eyni zamanda Rusiya imperiyasına bölgədə öz təsirini artırmağa imkan verdi. İsveçə qarşı Şimal Müharibəsində (1700-1721) I Pyotrun müttəfiqi olmuşdur.

Onun hakimiyyəti Polşanın milli rifahının və onun sakinlərinin döyüşkən ruhunun süqutu dövrü idi. II Avqustun dövründə Polşa ordusu 80.000-dən 18.000-ə endirilmiş və biri milli, digəri isə xarici qoşunlardan ibarət olmaqla iki hissəyə bölünmüşdür.

Həmçinin bax

  • Qızıl atlı (Drezden)
Üst