| Gülbacı İmanova | |
|---|---|
| Gülbacı Əliəkbər qızı İmanova | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | musiqiçi, dirijor |
| Fəaliyyət illəri | 1980-günümüzə |
| Janr | xor |
| Mükafatları | |
Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycan dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən).
Həyatı
Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirmişdir.1980-ci ildən BMA-da "xor dirijorluğu" ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın "dirijorluq" kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999–2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb. Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var. Evlidir. 3 övladı var
Mükafatları
- 1996 — Gürcüstan respublikasının mədəniyyət nazirliyinin və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları
- 1999–2000 — Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları
- 2000 — "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı
- 2005 — Xalq artisti
- 2011 — Prezident mükafatı
- 30 aprel 2014-cü ildə növbəti dəfə Prezident Mükafatına layiq görülmüşdür.
- 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
- 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
- 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
- 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
- 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
- 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
- 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
- 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
- Yaşayan insanlar
- 13 fevralda doğulanlar
- 1956-cı ildə doğulanlar
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə musiqiçilər
- Bakıda doğulanlar
- Azərbaycan xor dirijorları
- Azərbaycan dirijorları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri