| Günəş yanıqları | |
|---|---|
| |
| XBT-10 | L55 |
| XBT-10-KM | L55 |
| XBT-9 | 692.71 |
| XBT-9-KM | 692.71 |
| MedlinePlus | 003227 |
| MeSH | D013471 |

Günəş yanıqları — günəş şüalarının birbaşa təsiri nəticəsində baş verən yanıqlar.
Sadə şəkildə desək, günəş yanıqları bədənin açıq hissələrinə günəş şüalarının uzun müddətli təsiri nəticəsində (ultrabənövşəyi şüalanma) əmələ gəlir.
Günəş yanıqlarında tipik olan əlamətlərdən dərinin intensiv qızarması və ağrılı olmasıdır. Bu əlamətlər, bir qayda olaraq, insolyasiyadan (günəş şüalarının təsiri) 20–401 sonra baş verir.
Günəş yanıqlarının simptomları
Günəş yanıqlarının simptomları aşağıdakilərdir:
- ağrı;
- dərinin qızarması, qaşınması və şişməsi;
- üşümə;
- baş ağrısı;
- halsızlıq;
- hərarətin qalxması;
- ağır hallarda suluqların əmələ gəlməsi, ürəkbulanma, qusma hətta bayılma.
Günəş yanığının fəsadları
Fotoyaşlanma əlamətləri - qırışlar, dərinin elastikliyinin azalması, tünd ləkələrin yaranması. Həm UVA , həm də UVB şüalarının uzun müddətli təsiri nəticəsində gələcəkdə dəri xərçənginin yaranma ehtimalı ola bilər.
Həmçinin bax
- Yanıq;
- Zədə;
- Dəri;
- Günəş.
Qeydlər
- UVA şüaları — dərinin yaşlanmasını sürətləndirən şüalardır.
- UVB şüaları — dərini yandıran şüalardır.
- Əlifba sırasına görə xəstəliklər
- Tibb