Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Güngör Dilmən Qalyoncu (türk. Güngör Dilmen Kalyoncu; 27 may 1930, Təkirdağ – 8 iyul 2012, İzmir) türk dramaturq. Tarix və mifologiyadan ilhamlanan Midas'ın kul

Güngör Dilmen

Vikipediya, azad ensiklopediya
Güngör Dilmen
türk. Güngör Dilmen
Doğum tarixi 27 may 1930(1930-05-27)
Doğum yeri
  • Təkirdağ, Türkiyə
Vəfat tarixi 8 iyul 2012(2012-07-08) (82 yaşında)
Vəfat yeri
  • İzmir, Türkiyə
Dəfn yeri
  • Bayraklı
Fəaliyyəti yazıçı
Təhsili
  • İstanbul Universitetinin Ədəbiyyat fakültəsi[d]
IMDb ID1081067

Güngör Dilmən Qalyoncu (türk. Güngör Dilmen Kalyoncu; 27 may 1930, Təkirdağ8 iyul 2012, İzmir) türk dramaturq. Tarix və mifologiyadan ilhamlanan Midas'ın kulaklarıBen Anadolu Dilmenin ən vacib əsərlərdən sayılır.

Haqqında

Dilmən İstanbul Universitetin ədəbiyyat fakültənin klassik filologiya şöbəsində oxuyub 1960-cı ildə məzun oldu. İlk şeiri 1956-cı ildə Yücəl jurnalında nəşr edilmişdir. 1959-cu ildə Cinema - Teatr Jurnalı tərəfindən açılan müsabiqədə Dilmənin Midasın kulakları pyesi birincilik mükafatını qazandı. Midas Üçləməsi adlı trilogiyanin ilk əsəri olan Midasın kulakları, Gənclik Teatrında və sonra Ankara Dövlət Teatrında səhnəyə qoyuldu. Ali təhsilini bitirdikdən sonra 1961-ci ildə Fulbright Təqaüdü alaraq ABŞ-yə getdi və Yale Teatr Məktəbində rejissorluq, səhnə işıqlandırması və səhnə dizaynı kimi mövzulara maraq göstərdi. Eyni ildə Təl-Əvivdəki Həbima teatrın qonağı olaraq İsrailə getdi, sonra bir müddət Yunan hökumətinin köməyi ilə Afinada yaşadı. ABŞ-da yazdığı Canlı Maymun Lokantası pyesi Türkiyənin Xalq evləri cəmiyyətindən ona bir mükafat qazandı.

1964-1966 arasında İstanbul Bələdiyyə Şəhər Teatrının işıqlandırma şöbəsində çalışmışdır. 1966-cı ildə İstanbul Radiosunda dramaturgiyaya başladı. 1967-cu ildə bir Anadolulu qadının dramından bəhs edən Qurban pyesini yazdı. Midas Trilogiyasının ikinci oyunu Midas'ın Altınları Dövlət Teatrının səhnələrində oynandı.

Üst