Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kom

Gığı dərəsi

Vikipediya, azad ensiklopediya
Gığı dərəsi
Gığı dərəsi (Ermənistan)
Nöqtə
Qafan
Nöqtə
Gığı dərəsi
Nöqtə
Qazangöldağ
Gığı dərəsinin Ermənistan fiziki xəritəsindəki mövqeyi (39°13′37″ şm. e. 46°08′25″ ş. u.HGYO)

Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə.

1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib.

Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır.

Adı

Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.

Zəngəzurun aran kəndlərindən Gığı dərəsinə yaylağa gələn azərbaycanlılar dərəni Qaravun dərə adlandırsalar da, Gığı dərəsinin yerli camaatı eyni adla Gərd kəndi yaxınlığındakı yaylaqları adlandırıblar.

İnzibati vahid kimi

SSRİ yarananda milli məsələyə ciddi fikir verilmiş, qaçqınların əksəriyyəti öz yerlərinə qayıtmış və o vaxt Gığı dərəsinə Qafan rayonunun daxilində, "Gığı Nim rayonu" statusu verilmişdir. Gığı Nim rayonunun rəhbəri isə əslən naxçıvanlı olan, Qafanda mis mədənində fəhlə işləyən Abbas Həmidov olmuşdur. Sonralar bu inzibati struktur ləğv olunmuş, ancaq az-az hallarda Gığı Nim rayonu sözü işlədilmişdir.

Kəndləri

Gığı dərəsi kəndləri
azərbaycanca adı ermənicə adı qeyd hal-hazırda yaşayış
1Acıbacerm. Աջաբաջ
Acabac
var
2Baharlı1983-cü ildə su anbarı tikintisi ilə əlaqədar əhalisi Zeyvə kəndinə köçürülərək ləğv edilibyoxdur
3Çirişkənd əhalisi 1950-ci illərdə aqrar-iqtisadi səbəblərə görə qonşu Kurud və Kirs kəndlərinə köçərək orada məskunlaşıbyoxdur
4Daşbaşıyoxdur
5Dərməzüryoxdur
6Gərderm. Կարդ
Kard
yoxdur
7Gığıerm. Գեղի
Geği
var
8Həçətierm. Ոչեթի
Voçeti
yoxdur
9Hüçütüyoxdur
10Keypəşinerm. կեֆաշեն
Kefaşen
erm. Աստղաբերդ
Astğaberd
yoxdur
11Kuruderm. Քարուտ
Karut
yoxdur
12Kirserm. Կիցք
Kitsk
yoxdur
13Qovşuderm. Կավճուտ
Kavçut
var
14Qarabaşəhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilibyoxdur
15Mahmudluerm. Գետիշեն
Getişen
1949-cü ildə kəndin adı dəyişdirilərək Çaykənd edilib.var
16Mollalıyoxdur
17Pəyhanerm. Փայահան
Payahan
erm. Նոր Աստղաբերդ
Nor Astğaberd
var
18Pürülüerm. Վերին Գեղավանք
Verin Geğavank
yoxdur
19Pışanyoxdur
20Səncərəliyoxdur
21Yuxarı Gərderm. Վերին Կարդ
Verin Kard
yoxdur
22Zeyvəerm. Դավիթ Բեկ
Davıt Bek
var
  1. Keypəşin kəndi Ermənistan SSRErmənistan Respublikası dövründə "Kefaşen" şəklində adlansa da, hal-hazırda bəzi online xəritələrdə kənd ərazisi "Astğaberd" kimi göstərilir 2011-08-26 at the Wayback Machine. Qonşu, bitişik Pəyhan kəndi isə rəsmi şəkildə Nor Astğaberd (azərb. Yeni Astğaberd) adı ilə adlandırılır və özündə bir neçə kəndi birləşdirən kənd icmasıdır. Nor Astğaberd kənd icması özündə Acabac  (erm.), Getişen  (erm.), Nor Astğaberd  (erm.), Voçeti  (erm.) kəndlərini birləşdirsə də, icmanı təşkil edən kəndlər arasında ən yaxın kəndin Astğaberdin adı görsənmir. Görünür Keypəşin kəndi uzun müddətdir mövcud deyil.
  2. Pışan (Pşan) kəndi bəzən Fişən adlandırılıb.
Gığı dərəsindən mənzərə, Pəyhan kəndi

Yaylaqları

Dağlarında on min hektarlarla yaylaq olan Gığı dərəsi qədim vaxtlardan bəri otluluq və bol sululuğuna görə Zəngəzurun aran kəndlərinin əhalisini və Qarabağ ellərini özünə çəkib. Həmin yaylaqlarda bir çox elin, kəndin öz adına yaylağı olub, son vaxtlara kimi həmin adlarla adlandırılıb. Yaylaqların əksəriyyətində yaylaq vaxtı dünyadan köçənlərin dəfn edildiyi qəbiristanlıqlar da olub.

Cəbrayıl, Füzuli elləri Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqlarına gələrdilər. Həmin ərazidə eyniadlı böyük Harami qəbiristanlığı da yerləşib. Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi ermənilərin qadağalarına baxmayaraq Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşud (Qovşudlu), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər.

Dərədə Qubadlı rayonunun Xanlıq, Zilanlı, Mahrızlı (Marfuzlu), Xocahan, Məmər, Hal, Qazyan, Qarağac, Çərəli, Göyyal, Fərcan kəndlərinin, Zəngilan rayonunun Məmmədbəyli, Ağalı, Zərnəli, Alıbəyli, Hüseynbəyli, Hacallı, Yeməzli, Ağbiz (Ağbis), Qaraqoyunlu, Seyidlər və başqa kəndlərinin adı ilə adlanan yaylaqlar da olub.


Gığı dərəsi yaylaqlarının adları:

  • Ağməscid
  • Ağyurd
  • Aranyurd
  • Bələk
  • Böyük Qüzey
  • Cıdalı
  • Çayarası
  • Çəmən yurd
  • Çiçəkli
  • Çobanöldürən
  • Çola
  • Dəf
  • Dərəyurd
  • Dəvəboynu
  • Dibəkli
  • Eşşəkmeydan
  • Əbədərə
  • Əlibəy yurdu
  • Əriməz
  • Əvran oylağı
  • Gicitkanlı
  • Girəvəzür
  • Güneyyurd
  • Hacı Misirxan yaylağı
  • Haçaqaya
  • Harami
  • Xəngəlli
  • Kəkilli
  • Kiçik Əbədərə
  • Kilədərə
  • Kürddüşən
  • Qanqallı
  • Qaraarxac
  • Qaraçanqıl
  • Qaragab
  • Qarağatlı
  • Qaraqaya
  • Qatar yaylağı
  • Qazmaca
  • Qəyməs
  • Qırxbulaq
  • Qırxlar
  • Lalalı
  • Məçidli
  • Mistapılan
  • Novruz yurdu
  • Ocaqyurd
  • Piralata
  • Sarıdərə
  • Sarımsaqlı
  • Sarıyurd
  • Seyiddüşən
  • Siçanlı
  • Soyuqbulaq
  • Şəhərcik yaylağı
  • Şıppırlı
  • Şirinbaldırqanlıq
  • Yeməzli yurdu
  • Yiyəliqaya

Qeydlər

  1. 1958-ci ildə Zəngilan rayonunun Hüseynbəyli və Qarakilsə kəndləri birləşdikdən sonra yeni yaşayış məntəqəsi Yenikənd adlandırılmağa başlanıb.
  2. Mötərizə içində verilən adlar həmin kəndlərin Gığı dərəsində adlandırma şəklidir.
Üst