| Gendərə | |
|---|---|
| 40°55′ şm. e. 48°24′ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Gendərə | |
Gendərə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Toponimikası
Gendərə kəndi Girdimançayın sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- İsmayıllı rayonu qaralamaları
- Kənd qaralamaları
- İsmayıllı rayonunun ləğv olunmuş kəndləri
- 1997-ci ildə ləğv olunan yaşayış məntəqələri

