Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Giorgi Marqvelaşvili (gürc. გიორგი მარგველაშვილი; 4 sentyabr 1969, Tbilisi) — Gürcüstanın 4-cü Prezidenti (17 noyabr 2013-cü ildən). 2012-ci ildən Bidzina İvani

Georgi Marqvelaşvili

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Giorgi Marqvelaşvili
gürc. გიორგი მარგველაშვილი
Gürcüstan Prezidenti
17 noyabr 2013 16 dekabr 2018
ƏvvəlkiMixeil Saakaşvili
SonrakıSalome Zurabişvili
25 oktyabr 2012 18 iyul 2013
ƏvvəlkiXatiya Dekanoidze
SonrakıTamar Sanikidze[d]
Şəxsi məlumatlar
Doğum tarixi 4 sentyabr 1969(1969-09-04) (56 yaş)
Doğum yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Partiya
Təhsili
  • Mərkəzi Avropa Universiteti,
  • Tbilisi Dövlət Universiteti,
  • Gürcüstan Milli Elmlər Akademiyası
Fəaliyyəti siyasətçi, filosof
Həyat yoldaşı
  • Maka Çiçiua
Dini şərqi ortodoks xristianlıq
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə elmləri doktoru

İmzanın şəkli
president.gov.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Giorgi Marqvelaşvili (gürc. გიორგი მარგველაშვილი; 4 sentyabr 1969, Tbilisi) — Gürcüstanın 4-cü Prezidenti (17 noyabr 2013-cü ildən). 2012-ci ildən Bidzina İvanişvili hökumətində təmsil olunub.

Həyatı

Giorgi Marqvelaşvili 4 sentyabr 1969-cu ildə Tbilisi şəhərində anadan olub. O, 1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri doktorudur. 1993–1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. Marqvelaşvili 1995–2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan nümayəndəliyində işləyib.

Fəaliyyəti

1992–1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzlə ixtisaslaşan turistik firmada bələdçi çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assisteni olub. 1994–1995-ci ildə Biznes gündəliklər kompaniyasında marketinq üzrə departament müdiri çalışıb. 1996–1997-ci illərdə Giorgi Marqvelaşvili Azad Tbilisi Universitetində fəlsəfə müəllimi kimi dərs deyib. 2000–2012-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunda işləyib ki, o cümlədən 2000–2006-cı illər və 2010–2012-ci illər arasında institutun rektoru olub.

Siyasi fəaliyyəti

2013-cü il fevralın 7-də Giorgi Marqvelaşvili Gürcüstan Baş nazirinin müavini vəzifəsinə təyin olunub. 2012-ci ilin oktyabrında Marqvelaşvili seçkilərdə qalib gələn Gürcü Arzusu koalisiyasının rəhbəri Bidzina İvanişvilinin yeni formalaşdırdığı hökumətdə təhsil naziri vəzifəsinə təyin olunur. Marqvelaşvili heç bir siyasi partiyanın üzvü deyil. 2013-cü il mayın 11-də hakim Gürcü Arzusu Partiyası qarşıdan gələn prezident seçkilərində Marqvelaşvilini öz namizədi görüdüyünü açıqladı. 16 iyul 2013-cü ildə o, könüllü olaraq təhsil naziri vəzifəsindən istefa verərək seçki kampaniyasına başladı. Bununla belə, baş nazirin müavini vəzifəsini icra etməkdə davam edir. 9 sentyabr 2013-cü ildə Marqvelaşvili rəsmən Gürcüstan prezidentliyinə namizəd kimi qeydə alındı. Giorgi Marqvelaşvili 2013-cü ilin oktyabrın 27-də keçirilən seçkilərdə qalib gəlib.

Şəxsi həyatı

Rəsmən evli deyil, bir qız övladı var. İngilis və rus dillərini bilir. Hobbisi hörgüdür.

Üst